Donald Trump-ın seçilməsi Rusiyaya nə vəd edir?

Putin və Trump

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı,

Andrew Foxhall: "Rusiyaya müttəfiq kimi yanaşacaq Donald Trump Vladimir Putindən xoşlandığını gizlətməyəcək"

BBC-nin Rus Xidməti Donald Trump-ın ABŞ prezidenti kimi Rusiya ilə münasibətlərini necə quracağı barədə ekspertlərin fikirlərini öyrənib.

"Rusiyaya müttəfiq kimi yanaşacaq Donald Trump Vladimir Putindən xoşlandığını gizlətməyəcək" - deyə Henry Jackson Society analitik mərkəzinin nəzdindəki Rusiya Araşdırma Mərkəzinin rəhbəri Andrew Foxhall bildirib.

Hər iki siyasətçi ümumdünya konspirasiya nəzəriyyəsini dəstəkləyir. Həmin nəzəriyyəyə görə, Rusiya korrupsiyalaşmış və avtoritar dövlət olsa da, Qərb bundan hec də üstün vəziyyətdə deyil. Trump baş verən mühüm hadisələrin Rusiya interpretasiyasını təkrar edib. O, Rusiyanın Ukraynaya müdaxilə etmədiyini, Demokratik Partiyanın Milli Komitəsinin elektron poçtunu sındıran xakerlərin Rusiya ilə əlaqəli olmadığını və NATO-nun gələcəyinin sual altında olduğunu deyib.

Ətrafına rusiyapərəst məsləhətçilər toplamış Trumpı Rusiya ilə yeni alyansın yaradılması ideyası daha da həvəsləndirir. Onun iddialarına görə müxtəlif məsələlərdə - Suriyadan tutmuş silahlandırmaya nəzarət məsələsinə qədər irəliləyiş əldə etmək üçün hər iki ölkəyə münasibətlərində yeniliklər etmək lazımdır.

Risk həvəskarı?

"Trump istənilən anda təhlükəli oyuna can ata bilər" - Oksford Universitetinin Sent-Entoni kollecinin elmi əməkdaşı, siyasi elmlər doktoru Vladimir Pastuxov deyib.

"Mənim fikrimcə, Trump qalib gələcəyi təqdirdə münasibətlər "Lunapark yelləncəkləri" kimi olacaq. Əvvəlcə yuxarı, sonra aşağı. Ya da əvvəlcə aşağı sonra yuxarı. Lakin hec vaxt bərabər olmayacaq", o deyir.

"Trump Amerika xalqının Rusiya üçün secdiyi ən yaxşı namizəddir" fikirlərilə razılaşmadığını bildirən Pastuxov "onun mədəniyyət biznesi var və bu da onun hər an gəlir əldə etmək üçün təhlükəli oyunlara hazır olduğunu göstərir. Bu mənada biznesmenlər aktyorlara bənzəyirlər. Amma biz prezident-aktyorlardan xeyir görmədiyimizi xatırlayırıq. Ümumiyyətlə, kişilər üçün sevgidən nifrətə bir addimdir, necə ki qadınlar üçün də nifrətdən sevgiyə bir addım sayılır. Mən düşünmürəm ki Trump-a Putinlə asan olacaq. İlkin olaraq Trump Putinə "Krım günahlarını" bağışlaya bilər və onu Yaxın Şərqdə birgə əməliyyatlar keçirmək ideyasına cəlb edə bilər. Putinin ayağı büdrəməyincə, hər şey yaxşı olacaq. Lakin Putin büdrədiyi anda Trump fürsəti əldən verməyəcək və düşünmədən "müttəfiqini" uçuruma yuvarlayacaq" -deyə Pastuxov fikirlərini yekunlaşdırıb.

Şəklin mənbəyi, Reuters

Döndürülməsi çətin olan buzqıran gəmi

"Trump-ın müşavirlərinə belə xəbər vermədən təyyarəyə minib Putinlə görüşmək üçün Moskvaya uçması ehtimal oluna bilər"- deyə Dünya Təhlükəsizlik İnstitutunun Rusiya və Asiya proqramlarının direktoru Nikolay Zlobin deyib.

"Tramp- rus ruletidir. Onun yaşında və onun vəziyyətində bu çox əyləncəli səslənir, Trump çox təzə başlayan siyasətçidir. Rusiyada Clintonla bağlı fikir söyləyəcək çox ekspert var. Onunla işləyənlər, onunla danışıq aparanlar, analiz edənlər, mübahisə edənlər və onunla tanışlığı olanlar Clinton barədə fikir yürüdə bilərlər. Amma rusiyalı siyasətçilər üçün Trump tamamilə yaddır. Trump xarici siyasəti biznes münasibətləri tərzinə keçirə bilər, hansı ki orda uzun müddətli münasibətlərdənsə gəlir və xeyir daha vacib sayılır.

Amerika - ağır buz qıran gəmidir, çox yavaş hərəkət edir. Və bu gün bu buzqıran gəmi Rusayadan başqa istiqamətdə üzməyə dogru gedir. Trump bu gəmini geri çevirməyə cəhd edə bilər, amma inersiya böyükdür. Trump nümayişkaranə addımlar ata bilər. Məsələn, o hansısa bəyanat verə və Putinlə görüşə bilər və ya hansısa nümayəndə heyətini Moskvaya səfərə göndərə bilər. Lakin Trump-ın bu gəmini bizim hiss edəcəyimiz və görəcəyimiz şəkildə real olaraq geri cevirəcəyinə şübhə ilə yanaşıram. Onəmli olan ABŞ Konqresinin Rusiyaya qarşı olduğunu başa düşməkdir. Cünki ABŞ-da Konqres xarici siyasətə ciddi təsir gücünə malikdir. Yeni Konqresin necə olacağına baxarıq. İstənilən halda ABŞ-ın yeni prezidentinin Rusiya ilə münasibətlər qurmaq üçün tam səlahiyyəti olmayacaq ", - deyə Zlobin qeyd edib.