Türkiyə: PKK və PYD liderləri barəsində həbs qərarı çıxarılıb

partlayış Fotonun müəllifi Getty Images
Image caption 17 fevralda Ankaranın Mərasim Küçəsində baş vermiş partlayış nəticəsində 29 insan ölüb

Bu il 17 fevralda Ankarada baş vermiş hücumla bağlı aparılan istintaq çərçivəsində PKK liderləri Zübeyir Aydar, Remzi Kartal, Cemil Bayık, Murat Karayılan və Fehman Hüseyin və PYD lideri Salih Müslim də daxil olmaqda 48 şəxs barəsində həbs qərarı çıxarılıb.

Bu hücum zamanı 29 nəfər ölüb və 61 adam yaralanıb.

İstintaqı Konstitusiya Quruluşuna Qarşı Cinayətlər Bürosu aparır.

Hücuma görə məsuliyyəti TAK (Kürdüstan Azadlıq Şahinləri/ TeyrêBazên Azadiya Kurdistan) üzərinə götürüb.

Hücumla bağlı başladılan istintaq çərçivəsində ümumilikdə 15 nəfər saxlanılıb.

Hazırda şübhəli bilinən 48 nəfər axtarışa verilib.

Baş Prokurorluğun axtarış barədə tələbində yazılır ki, "bombalı avtomobilin partladılması yolu ilə həyata keçirilən terror hadisəsi təlimatı PKK/KCK-nin liderləri verib, təşkilat üzvləri bu təlimatı həyata keçirib və hadisənin həyata keçməsinə təşkilat üzvü olmayan bəzi şəxslər də yardım edib".

Bu barədə daha geniş