İranda dəb işçiləri "fahişəliyin təbliği"nə görə həbs ediliblər

örtüklər

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

1979-ci ildən bəri İranda qadınların başlarını bağlaması məcburidir

İranda dəb sahəsində fəaliyyət göstərən 12 nəfərin İnternetdə fotolar paylaşdıqdan sonra "fahişəliyin təbliği"nə görə həbs edildiyi deyilir.

Şiraz məhkəməsi 8 qadın və 4 kişiyə 5 aydan 6 ilədək həbs cəzası verib, İlna xəbər agentliyinə vəkil söyləyib.

Onlara həmçinin həbsdən sonra dəb sahəsində çalışmaq və xaricə səyahət etmək qadağan edilib, Mahmoud Taravat söyləyib.

O əlavə edib ki, onun müştəriləri ittihamlardan narazıdır və appelyasiya şikayət verməyi planlaşdırırlar.

12 nəfər "Qərbin çılpaqlıq mədəniyyət üsulunu" yaymaq və dəb şouları təşkil etməklə, müsəlmanları özlərini pozmağa təhrik etməklə açıq-saçıq fotoların onlayn paylaşılması ilə, fahişəlik və pozğunluğun təbliği ittihamı ilə həbs ediliblər.

Cənab Taravat agentliyə müsahibəsində həbs edilmiş şəxslərin adlarını çəkməyib.

O əlavə edib ki, kişilərdən birinə 6 il həbs cəzası verilib və ona azadlığa çıxdıqdan sonra 2 il müddətinə jurnalistikada və dövlət işlərində çalışmaq qadağan edilib; Bir qadın və kişi 5 il həbs cəzası alıb və ona dəb sahəsində çalışmaq qadağan edilib; bir kişi isə iki illiyə həbs olunub və fotoqrafiya sahəsində çalışmaq qadağası qoyulub.

Bu ilin əvvəlində İran məhkəməsi dəb modellərinə qarşı "İslama zidd" davranışa görə şiddətli təzyiqlərə başlayıb.

Bu ilin mayında Tehranın kiber cinayət məhkəməsi 8 nəfəri sosial mediada qadınların örtüksüz fotolarının paylaşılmasına görə həbs edib.

İran qanunvericiliyinə görə bütün qadınlar ictimai yerlərdə örtük geyinməlidirlər.