Rustam Aselderov: Rusiya Qafqazında öldürülən "İD lideri"

İslam Dövləti silahlıları

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

İslam Dövləti silahlıları

Özünü İslam Dövləti adlandıran qrupun Qafqaz Vilayəti adlandırdığı ərazinin lideri Rustam Aselderov-un, dekabrın 3-ü Rusiya təhlükəsizlik qüvvələri tərəfindən, Rusiyanın cənubunda yerləşən Dağıstan respublikasında öldürüldüyü xəbəri yayılıb.

Bir qədər əvvəl Çeçenistan və Dağıstan hüquq-müdafiə orqanları onun harada yerləşdiyi barədə məlumat verənlərin mükafatlandırılacağı haqqında elan vermişdi.

Rusiya mediasında o, "Dağıstan döyüşçüləri arasında həqiqi təsir gücünə malik son şəxs" kimi təsvir edilib və bəzi ekspertlər onun ölümü ilə Şimali Qafqaz üsyanlarının zəifləyəcəyini söyləyiblər.

Əsas faktlar

Abu-Muhammad al-Qadari və ya Abu Mukhammad Kadarskiy kimi də tanınan Aselderov, 2015-ci ilin iyununda Rusiyanın Şimali Qafqazında İD döyüşçülərinin lideri təyin olunub.

2014-cü ildə o, regionda Əl-Qaidə-nin Qafqaz Əmirliyi qiyamçı qruplaşmasına qarşı vuruşan ön cəbhə komandirlərindən biri olub və İslam Dövləti üçün sədaqət andı içərək döyüşçülər arasında ayrı seçkilik yaradıb.

1981-ci il doğumlu Aselderov-u, Rusiya hüquq-müdafiə orqanları 2007-ci ildə, qiyamçılara dəstəyinə və qeyri-qanuni silah saxladığına görə məhkəmə məsuliyyətinə cəlb olunarkən tanıyıb. Lakin hakimlər ona bəraət qazandırmışdılar.

2009-cu ildə döyüşçü qruplaşmalarından birinə qoşulan, Aselderov üç il sonra, Şimalı Qafqaz qiyamçı lideri Dokka Umarov tərəfindən Dağıstan qiyamçılarının başçısı təyin olunub.

Rusiya xüsusi təyinatlı qüvvələrinə əsasən, o, 2013-cü ildə Volqoqrad şəhərində 34 nəfərin ölümü ilə nəticələnən iki bombalamanın və Qafqaz və Cənubi Rusiyada baş verən terror hücumlarının təşkilatçılarından olub.

Öz sözləri

2014-vü ilin dekabrında Aselderov bildirib ki, İD lideri Al-Baghdadi ilə birləşmək üçün qiyamçıların liderləri ilə danışıqlar aparsa da, bu uğurlu alınmayıb.

"Qardaşlar, öz fikirlərində (İD ilə bağlı) israrlıdırlar və bu gün onların qərarını dəyişmək qeyri-mümkündür. Allahın (İD tanımadığı üçün) cəzasından qorxduğumuz üçün biz, sədaqət andı içirik. Son zamanlar əlaqədə olduğumuz Dağıstan vilayətinin bütün mücahidləri eyni fikirdədir," həmin vaxt o, video müraciətdə deyib.

"Biz İslam Dövləti qardaşlarımızın doğru yolda olduğuna heç vaxt şübhə etməmişik. Xəlifəlik yaranmamışdan öncə də, onları özümüz üçün nümunə bilmişik," o bildirmişdi.

Başqaları nə deyir

Geniş yayılan Kommersant qəzeti dekabrda onu "Dağıstan döyüşçüləri arasında həqiqi təsir gücünə malik son şəxs" kimi təsvir edib. (kommersant.ru/doc3161827)

Kavkazskiy Uzel internet səhifəsinə verdiyi şərhdə rusiyalı jurnalist Orkhan Dzhemal, onun ölümünün Şimali Qafqazda üsyançı fəaliyyətinə ciddi təsir edəcəyini bildirib.

"İD üçün o, Qafqaz Vilayətindəki hərbi əməliyyatları icra edən bir rəhbər idi. Bununla belə, təhlükəli sayılmazdı. O, özündən sonra xatırlanacaq geniş miqyaslı əməliyyatlar qoymayıb. Bir sözlə, İD qüvvələri burada parçalandı demək olar," Dzhemal deyib. (http://bit.ly/2h5yD4m)

Rusiya İqtisadi və İctimaiyyət Xidməti Akademiyasının baş tədqiqatçı dosenti Denis Sokolov da deyilənlərlə razılaşmayıb. O, Kavkazskiy Uzel-a Aselderov-un ölümü ilə İD-yə qarşı olan rəğbətin zəifləyəcəyini söyləyib.

"Müqavimət hərəkatının liderinin, xüsusilə də Aselderov kimi təcrübəli bir liderinin öldürülməsi ciddi zərbədir. İD-nin Qafqaz Vilayətinə başçılıq etdiyi üçün məncə bu, (onun ölümü) Şimalı Qafqazda getdikcə qruplaşmaya qarşı rəğbətin azalması və Əl-Qaidə təsirinin yenidən güclənməsi deməkdir," Sokolov bildirib. (http://bit.ly/2h5yD4m)