İstanbul: TAK partlayışları törətdiyini deyir

Hökümət təhlükəsizliyə dair iki saatlıq iclas keçirib Fotonun müəllifi DHA
Image caption Hökümət təhlükəsizliyə dair iki saatlıq iclas keçirib

İstanbulda baş vermiş bomba hücumlarına görə prezident Recep Tayyip Erdoğan hökümətində təhlükəsizliyə dair iclas keçirilib.

İclas iki saat davam edib.

Türkiyə Parlamentində AKP, CHP və MHP hücumları qınayan birgə bəyanat verib.

Bəyanatda "Terrorçular ya yox olacaq, ya da ədalətə hesab verəcək. Biz, kədərimizin ortaq olduğunu və hər cür siyasi düşüncə fərqliliyini bir kənara qoyaraq bu dərin kədəri paylaşdığımızı, ürəyimizdə hiss etdiyimizi xüsusilə ifadə edirik" deyilib.

Bu bəyanatdan sonra HDP-nin Adanadan deputatı Meral Danış Beştaş partiyasının adından bildirib ki, hücumları qınayırlar.

"Böyük bir kədər duyuruq, yaşanan acıları paylaşırıq. Hücumlarda həyatlarını itirənlərə rəhmət və yaxınlarına başsağlığı, yaralılara şəfa diləyirik."

Fotonun müəllifi Reuters
Image caption İstanbulda törədilmiş bomba hücumlarına görə məsuliyyəti TAK (Kürdistan Azadlıq Şahinləri) qruplaşması götürüb.

İstanbulda törədilmiş bomba hücumlarına görə məsuliyyəti TAK (Kürdistan Azadlıq Şahinləri) qruplaşması götürüb.

Təşkilat bildirib ki, hücumları Abdullah Öcalanın həbsdə olması və cənub-şərqdəki əməliyyatlara görə törədib.

Hücumlar zamanı iki üzvünün öldüyünü deyın TAK baş verənlərin məsuliyyətinin AKP höküməti olduğunu əlavə edib.

Türkiyə höküməti TAK və PKK-ni eyni təşkilat hesab edir.

PKK isə TAK-la heç bir əlaqəsi olmadığını deyir.

Ötən axşam İstanbulda baş vermiş iki ayrı bomba hücumu nəticəsində ölənlərin sayı 38-ə çatıb, 155 nəfərin isə yaralandığı bildirilir.

Hücumlara etirazlar

Fotonun müəllifi Selin Girit
Image caption Bir neçə partiya üzvləri, həmçinin sadə vətəndaşlar Stadion önünə gələrək hücumlara etiraz edib

İstanbulda Vodafone Arena stadionun önündə hücumlara etiraz edilir, BBC Türkcə xəbər verir.

Səhər saatlarında Türkiyə Demokratiya Platformasının üzvləri hadisə yerində mətbuat konfransı keçirib.

Bundan sonra Cumhuriyet Halk Partisi (CHP) üzvləri stadion önünə gələrək hücuma etiraz edib.

Gün boyu davam edən mərasimlərə qatılan şəxslər hadisə yerinə qərənfillər qoyub.

Fotonun müəllifi AFP
Image caption "Biz bu yola çıxarkən kəfənlərimizi geyərək çıxdıq", Recep Tayyip Erdoğan söyləyib

Haseki Xəstəxanasında xəstələri ziyarət edən prezident Recep Tayyip Erdoğan jurnalistlərə söyləyib ki, "əgər bizi bunlarla qorxutması filan hədəfləyirlərsə, biz elə qorxub meydanı bu alçaqlara, bu fahişələrə buraxacaq qədər alçalmadıq. Biz bu yola çıxarkən kəfənlərimizi geyərək çıxdıq".

O əlavə edib ki, hücumları edənlər ağır bədəl ödəyəcək.

Rusiya, İran və Azərbaycan hadisəni qınayıb

Fotonun müəllifi OZAN KOSE
Image caption Rusiya, İran və Azərbaycan hadisəni qınayıb

Hadisədən sonra Rusiya, İran və Azərbaycan hücumları qınadığını bildirib və başsağlığı verib.

Prezident İlham Əliyev həmkarına başsağlığı verib.

İranın xarici işlər nazirinin sözcüsü Behram Kasımi bu cür hücumların davam etməsinin "kədərli və qayğı verici" olduğunu vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin həmkarına başsağlığı verib və bu hücumu "qəti şəkildə qınadığını" bildirib.

Stadionlarda bayraqlar yarıyadək endiriləcək

Fotonun müəllifi DHA

Türkiye Futbol Federasiyası bildirib ki, bugün və sabah oynanılacaq oyunlarda 1 dəqiqəlik anma mərasimi olacaq, stadionlardakı bayraqlar yarıyadək endiriləcək və musiqi yayımı edilməyəcək.

"İntiqam alacağıq"

Fotonun müəllifi Reuters

Bu gün Türkiyədə hücumlarda həyatını itirən polis və hüquq-mühafizə işçiləri üçün Aksaray İstanbul Polis İdarəsi qarşısında mərasim keçirilib.

Mərasimdə çıxış edəb daxili işlər naziri Süleyman Soylu bildirib ki, "şəhidlərimizin önündə o insanlıqdan çıxmış alçaqlara deyirik ki, şəhidlərimizin intiqamini alacağıq: havada, quruda, dənizdə qanlarını yerdə buraxmayacağıq".

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
İstanbulda stadion yaxınlığında partlayış

Cənab Soylu söyləyib ki, aparılan ilkin təhqiqata görə əlamətlər hücumların PKK tərəfindən törədildiyini göstərir.

"Dünən axşam mənfur hücumda şəhadətə çatmış vətən övladlarımız 38-ə çatdı. Onların 30-u polis məmuru və hüquq-mühafizə işçisi, yeddisi mülki vətəndaşımız və birinin isə hələlik kimliyi müəyyən edilməyib", Soylu deyib.

Fotonun müəllifi Reuters
Image caption Stadionun qapısındakı hücum bomba qoyulmuş avtomobilin partlaması nəticəsində baş verib

Dünən axşam saatlarında İstanbulda Dolmabahçe-də yerləşən Vodafone Arena Stadionunun bir qapısının önündə və əks istiqamətdə yerləşən Maçka Parkında eyni zamanda iki bomba partladılıb. Hökumət, hücumların hədəfinin çevik polis qüvvələri olduğunu bildirib.

Stadionun qapısındakı hücum bomba qoyulmuş avtomobilin, Maçka Parkındakı hücum isə intihar bombacısının partlaması nəticəsində baş verib.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
İstanbul stadionunda partlayış anı

Səhiyyə naziri Recep Akdağ ilə birgə etdiyi açıqlamada Soylu onu da bildirib ki, "xəstəxanalarda müşahidə altında olan 136 vətəndaşımız var. Bu adamların 14-nün vəziyyəti ağır, beşi isə əməliyyatdadır. Xəstəxanalarda hazırda bu hadisə ilə üzləşdikdən sonra müalicə edilən 155 vətəndaşımız var".

Image caption Hadisədən sonra Vodafone Stadionunda dumanlar müşahidə edilib

"Dostlarımızın apardığı dəyərləndirmələr çərçivəsində şübhələr PKK-ya işarə edir. Hadisənin dərhal ardından 10 nəfər, sonradan aparılan əməliyyatlarla da üç nəfər olmaqla, ümumilikdə 13 nəfər saxlanılıb" Soylu bildirib.

Baş nazirin köməkçisi Numan Kurtulmuş hadisələrə görə şübhəlinin PKK olduğunu söyləyib.

Onun məlumatına görə çevik polis qüvvələrini hədəfləyən hücumlarda azı 300-400 kiloqram bomba istifadə edilib.

Bu barədə daha geniş