Türkiyə: onlarla HDP üzvü olan rayon rəhbərləri saxlanılıb

Şəklin mənbəyi, DHA
Xalqların Demokratik Partiyasının (HDP) müxtəlif şəhərlərin vilayət və əyalətlər rəhbərliklərinə qarşı həyata keçirilən əməliyyatlar nəticəsində onlarla insan saxlanılıb.
Anadolu Agentliyi bildirir ki, İstanbul, Ankara, Adana, Manisa, Hakkari və Mersində HDP üzvü olan 118 nəfər həbs edilib.
Səhərə yaxın həmçinin İstanbul Terrorla Mübarizə Şöbə Müdirliyi Sultangazi, Arnavutköy, Küçükçekmece, Bağcılar, Esenyurt rayonlarında HDP-lilərin ola biləcəyi çox sayda ünvanda axtarış tədbirləri keçirib.
Şəklin mənbəyi, DHA
Əməliyyatlarda HDP İstanbul rayon rəhbəri Aysel Güzel də daxil olmaqla 20 nəfər saxlanılıb.
Ankarada 17 nəfər, Adanada 25 və Manisada 5 nəfər saxlanılıb.
Əməliyyatlarla bağlı rəsmi açıqlama hələlik verilməyib.

İstanbul: TAK partlayışları törətdiyini deyir
Türkiyənin daxili işlər naziri Süleyman Soylu ötən axşam İstanbulda baş vermiş iki ayrı bomba hücumu nəticəsində ölənlərin sayının 38-ə çatdığını, 155 nəfərin isə yaralandığını bildirib.