İD münaqişəsi: döyüşdə 14 türk əsgəri öldürülüb

Türkiyə Suriya əməliyyatını bu ilin avqust ayında başladıb Fotonun müəllifi Reuters
Image caption Türkiyə Suriya əməliyyatını bu ilin avqust ayında başladıb

14 türk əsgəri Suriyada özünü İslam Dövləti adlandıran qruplaşma ilə gedən döyüşdə öldürülüb, Türkiyə hərbisi deyir.

Çərşənbə günü döyüş al-Bab şəhərində başlayıb. Türkiyə bu şəhəri İD-nin nəzarətindən çıxarmaq üçün üsyançı qruplaşmalara yardım edir.

Məlumata görə, daha 33 türk əsgəri yaralanıb.

Bu, Türkiyə ordusunun avqust ayından Suriyada başlatdığı əməliyyatdan indiyə qədər bir gün ərzində ən böyük miqyaslı itkisi hesab olunur.

Türkiyə hərbiyəsi deyib ki, İD çox saylı intiharçı hücumlardan istifadə edib və döyüşdə onların 138 əsgəri öldürülüb. Bu rəqəmi müstəqil molaraq araşdırmaq mümkün olmayıb.

Suriya döyüşlərində başqa bir məqam da ondan ibarətdir ki, Hələb tamamilə Suriya hökumət qüvvələrinin nəzarəti altına keçməyə yaxınlaşdığına görə al-Bab üçün döyüşlər daha da intensivləşib.

Türkiyə sərhəddindən 20 kilometr uzaqlıqda olan və strateji hesab edilən şəhər İD və Kürd döyüşçülərinin geri çəkilməsi üçün Türkiyə qoşunlarının 4 aylıq döyüşdəki hədəfi olub.

Türkiyə deyib ki, onların hərbi əməliyyatı İD-nin böyük itkilərinə səbəb olub və al-Bab şəhərində qrupun dözümlüyüyünü sarsıdıb, BBC-nin Orta Şərq üzrə təhlilçisi, Sebastian Usher deyir.

Lakin Türkiyənin Suriya daxilinə nə qədər irərliləmək istədiyi və onlar İD-nin de facto paytaxtı olan Raqqa şəhərindən çıxarılması əməliyyatında rol alacağı ilə bağlı sual açıq olaraq qalır, müxbir əlavə edir.

Bu barədə daha geniş