Yamalda güclü şaxtalar: onlarla yük maşını yolda qalıb

Yük maşını

Şəklin mənbəyi, RIA Novosti

Şəklin alt yazısı,

Sürücülər temperaturun mənfi 64 dərəcəyə endiyini bildirirər.

Rusiyanın şimalındakı Yamalo-Nenetsk muxtar vilayətində güclü şaxtalar Noyabrsk yolunda onlarla yük maşınının hərəkətini məhudlaşdırıb.

Muxtariyyatın nümayəndəsinin sözlərinə görə Karamovsk məntəqəsindəki "Rosneft"in yanacaqdoldurma stansiyasında içində 45 nəfər olan 37 yük maşını ilişib qalıb.

Rəhbərliyin RİA Novosti agentliyinə verdiyi verdiyi məlumata görə məntəqənin yaxınlığında isinmək və tibbi yardım göstərilməsi üçün yer ayrılıb.

"Hazırda yük avtomobilləri hərəkətə başlayıb. Məntəqədəki 37 yük avtomobilindən cəmisi 25-i qalıb və bunlardan 5 texniki xidmət gözləyir" - deyə nümayəndə bilrdib.

"Komsomolskaya pravda"-nın yazdığına görə sürücülərə şəhərin mehmanxanalarında qalmaq təklif edilsə də, onlar bundan imtina ediblər. Sürücülər bunu maşınları sahibsiz qoyacaqları təqdirdə, sonra işə sala bilməyəcəkləriylə əlaqələndiriblər.

Avtohəvəskarların Car72.ru forumuna yazan sürücülər artıq 4 gündür ki, Noyabrskdan 50 km aralıda dayandıqlarını qeyd ediblər.

"Artıq 4 gündür ki, burda dayanmışıq. Havanın temperaturu mənfi 64 dərəcəyə enib. Bütün ehtiyatlarımız, yemək, su və yanacaq yalnız sabaha qədər bəs edər ", - deyə forumdakı məlumatda bildirirlib.

Şəhər rəhbərliyindən heç bir kömək almadıqlarını yazan sürücülər donmamaq üçün təkər yandırdıqlrını söyləyiblər.

"Bütün bunların hesabına biz salamatıq və maşınlarımız işləyir. Lakin səhər, yanacaq bitdikdən sonra nələr olacağını bir Allah bilir", - deyə sürücülər yazıblar.

"İnterfax" agentliyinin məlumatına görə güclü şaxtalar üzündən Noyabrskdan uçan bütün aviareyslər təxirə salınıb.