Polisdən qaçan sürücü maşını aeroportun içinə sürür

Polisdən qaçan sürücü maşını aeroportun içinə sürür

Rusiyada polis maşınları tərəfindən təqib edilən sürücü öz avtomobilini Kazan şəhərinin aeroport binasına sürüb.

Bunun ardınca hava limanının terminalı müvəqqəti olaraq bağlanılıb.

"Kazanski reportyor" qəzeti sükan arxasında sabiq polis əməkdaşının olduğunu bildirir.

Təqib, sürücü maşını saxlamaq tələbinə tabe olmadıqdan sonra başlayıb.

Sürücünün aeroport binasına yetirdiyi maddi zərər 6 milyon (175 755 AZN) rubla yaxın olub, polis bildirir.