Tu-154 qəzası: ikinci "qara qutu" tapılıb

Gəmilər Fotonun müəllifi AFP
Image caption Qara dənizdə axtarış əməliyyatı davam edir

Bazar günü Suriyaya uçarkən Qara dənizdə qəzaya uğramış Rusiyanın Tu-154 təyyarəsinin uçuş informasiyasını yazan ikinci qurğu tapılıb, Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Təyyarənin birinci qara qutusu Moskvaya göndərilib və, Rusiya Müdafiə Nazirliyinə yaxın mənbələrin məlumatına görə, onun yazısı açıqlanıb.

Life Rusiya nəşrinin məlumatına görə, birinci qara qutunun yazısından aydın olur ki, dərhal qəzadan əvvəl ekipaj təyyarənin qanadlarının arxa hissəsində yerləşən və təyyarənin qalxması və enməsi zamanı, eləcə də az sürətlə uçanda onun daşıma qabiliyyətini artıran altqanadcıqlarında nasazlıq aşkar edib.

Life qara qutunun ehtimal olunan yazısını dərc edib:

- ... Sürət 300... (oxunmaz).

- (Oxunmaz).

- Dayaqları yığışdırdım, komandir.

- (Oxunmaz).

- Ah, sənin!..

(Güclü siqnal səsi gəlir).

- Qanadcıqlar, ah sənin o..., bu nə zibil işdir!

- Hündürlükölçən (cihaz)!

- Bizim... (Oxunmaz).

(Yerə təhlükəli yaxınlaşma haqqında həyəcan siqnalı səslənir).

- (Oxunmaz).

- Komandir, biz düşürük!

Yazının sonu.

Daha əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) qəzaya terror aktının səbəb olması ehtimalını rədd etmişdi.

Rusiya nəqliyyat naziri Maksim Sokolova görə, "terror versiyası əsas versiya kimi nəzərdən keçirilmir".

Hazırda bir neçə versiya nəzərdən keçirilir:

  • Mühərrikə kənar əşyaların düşməsi;
  • İdarəetmə səhvi;
  • Texniki nasazlıq;
  • Keyfiyyətsiz yanacaq;

Bu barədə daha geniş