"Trump-ın qələbəsində Rusiyanın rolu" - BBC-nin yeni filmində

John Sweeney və Donald Trump
Image caption 2013-cü ildə John Sweeney, Donald Trump-ın qonağı olub. 2016-cı ildə isə Trump onun sualına cavab verməkdən imtina edib və müsahibəni tərk edib.

BBC-nin "Panorama" verilişi növbəti efirini, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump ilə Rusiya arasındakı münasibət və onun, Rusiya xüsusi təyinatlı qüvvələrinin dəstəyi ilə seçkilərdə qalib gəlməsi ehtimallarına həsr edib.

"Onlarda [Rusiya] kibercasusluq ilə əldə etdikləri hər hansısa məlumat ola bilər. Bu, ona, reputasiyasına və ya biznes maraqlarına pis təsir göstərə bilər... Düşünürəm ki, bunun belə olduğu ehtimalı ağlabatandır," Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş icraçı direktoru John McAlpin BBC-yə müsahibəsində bildirib.

John Sweeney-in Rusiyanın Amerika seçkilərində rolu haqqındakı sənədli filmi, yanvarın 16-sı, bazar ertəsi günü yayımlanıb.

Müxbir, Britaniya kəşfiyyatının keçmiş üzvü tərəfindən yazıldığı ehtimal edilən və MKİ tərəfindən dərc olunan yazıdakı dəlillərin həqiqət olub-olmaması ilə bağlı suallara cavab axtarıb. Burada bildirilir ki, rus xüsusi təyinatlıları Donald Trump haqqında bir neçə ildir ki, məlumat əldə edirmişlər və əllərində Moskva mehmanxanalarının birində fahişələrin iştirakı ilə lentə alınan video yazı kimi dəlillər var.

Həm Trump, həm də Kreml nümayəndələri bunu tamamilə təkzib ediblər.

"KQB-in köhnə stili"

BBC-nin müxbiri John Sweeney, Malcolm Nance - Rusiya casusluğu yollarını araşdıran Amerika kəşfiyyatının keçmiş üzvü - da daxil olmaqla bir neçə ekspertlərlə söhbət edib.

Onun sözlərinə görə, bu cür otellərin əksər otaqları, dinləmə qurğuları və informasiya yığan sistemlərlə təchizatlanıb. Bu vasitələr, uzaqdan nəzarəti həyata keçirmək imkanı verir.

"Bu məruzədə yazılanların hamısı, rus kəşfiyyatının iş forması ilə üst-üstə düşür," Nance deyib.

Fotonun müəllifi AP
Image caption Demokratik partiyanın serverinə hücum zamanı, rus hakerlərindən ibarət olduğu ehtimal edilən Fancy Bears qrupu günahlandırılırdı

"Mən əminəm ki, cənab Trump-ın Qırmızı meydan ilə üzbəüz qaldığı mehmanxananın o otağına, xüsusi cihaz yerləşdirilibmiş... KQB-nin köhnə stili onlar üçün normal praktikaya çevrilib," BBC-ə müsahibəsində müxalif rus siyasətçisi Mixayil Kasyanov deyib. Ötən il Rusiya televiziyasında Kasyanovun köməkçisi ilə intim münasibətlərinin video yazısı yayımlanmışdı.

Donald Trump özü isə əminliklə, heç vaxt bu cür oyuna gəlmədiyini bildirir.

"Xaricdə mən, öz təhlükəsizlik xidmətimə mümkün kameralar barəsində xəbərdarlıq edirəm," yeni seçilmiş prezident mətbuat konfransında söyləyib. "Həqiqətən də, kimsə buna inanırmı... Mən germofobam (mikroblardan qorxan adam - BBC)."

Həddindən artıq dəyərləndirilən imkanlar?

Trump-ın rəqibi Hillary Clinton-a zərbə vurmaq məqsədilə ABŞ Demokratlar Partiyasının serverinə edilən hücumlarda da rus hakerləri günahlandırılır.

Demokratların kompüterlərində sındırlmış kodu ilk aşkarlayan CrowdStrike şirkətinin nümayəndəsi Dmitri Alperovitch bildirir ki, hücumların arxasında Rusiya xüsusi təyinatlıları dayanıblar və bunu sübut edə bilər.

"Kodun yazılışı və keçmiş hücumların forması? bizə böyük əminliklə bunun rus kəşfiyyatı tərəfindən həyata keçirildiyini deməyə əsas verir," Alperovitch BBC-yə müsahibəsində deyib.

Rusiya orqanları bunu bir dəfə də təkzib etməyib. Rusiyalı filosof və politoloq, eləcə də Kreml yönlü telekanal "Tsarqrad"ın baş redaktoru Aleksandr Duqin, bu ittihamların əsassız olduğundan əmindir.

John Sweeney-in, Donald Trump-ın qələbəsinin Vladimr Putinin də qələbəsi olduğu sualına o belə cavab verib:

"Mən tamamilə əminəm ki, siz imkanları həddindən artıq dəyərləndirirsiniz, biz Amerika xalqının bu seçimindən şadıq. Lakin, mən həm də tamamilə əminəm ki, bizim Amerika xalqının azad seçiminə təsirimiz sıfıra bərabərdir."

Fotonun müəllifi AFP
Image caption Son mətbuat konfransında Trump yenidən ona qarşı edilən dəstəyi təkzib edib

Donald Trump-ın özü, qalib gəlməsində rus hakerlərinin rolu ilə bağlı MKİ-nin bəyanatlarını əsassız adlandırıb və xəbər orqanlarını yalançı xəbər yaymaqda ittiham edib.

"Mərkəzi Kəşfiyyat Agentliyinin dəhşətli keçmişi var, onlar bizə Benqazi haqqında yalan deyiblər, onlar bizə Vyetnam haqqında yalan deyiblər. Onlar bizə Kennedy-nin ölümü ilə bağlı yalan deyiblər... Onlar casusdurlar, casuslar isə yalan danışır," BBC-ə müsahibəsində Trump-ın keçmiş siyasi məsləhətçisi Rodger Stoun söyləyib.

"Rusiyanı canavar kimi göstərərək, Donald Trump-ın qələbəsini qeyri-qanuni elan etmək onların marağındadır."

"Maço-atışma"

CIA-in keçmiş fəaliyyət rəhbəri John McAlpin düşünür ki, Trump, Rusiya ilə bağlı suallarda sadəlövh davrana bilər.

"Ola bilsin ki, Trump Rusiyanın əli ilə hərəkət edir. Rusların sevdiyi bir termin var - gərəkli axmaq, yəni onların əldə etmək istədiyi şeyə, o qədər də düşünmədən şərait yaradan şəxs," o, BBC-yə deyib.

Vladimir Putin haqqında əvvəlki yaxşı fikirlərinə baxmayaraq, Trump, son mətbuat konfransında Rusiya prezidenti ilə öz arasında məsafə saxlayıb.

"Həqiqətən mi kimsə, Hillary-nin Putin ilə münasibətdə məndən qəddar olduğunu düşünür?"

"Onların ikisi də, hər hansı bir tənqid ilə qarşılaşdıqda kifayət qədər impulsiv görsənirlər. Biz bunu həm Trump-da, həm də Putində görmüşük. Buna görə də, onların maço-atışmasını izləmək niyyətində deyiləm," McAlpin deyib.

Panorama proqramını burdan izləyə bilərsiniz. (Keçid giriş yalnız Böyük Britaniya ərazisindən açılır)

Bu barədə daha geniş