Moskva: evsizlərin həyatı

Moskvanın mərkəzində ucalan əzəmətli bir binada hazırda evsizlər yaşayır. Bu evin sakinlərinin gün-güzaranı ilə BBC operatoru Stuart R McKenzie tanış olub.

Moskvada evsizlərin həyatı

Şəklin mənbəyi, Stuart R McKenzie/BBC

Şəklin alt yazısı,

Moskvanın mərkəzində dekorativ eyvanlar və pəncərə çərçivələrilə (nə vaxtsa bütöv şüşələri olan) bəzədilmiş əzəmətli bir bina ucalır. Keçmişdəki gözəlik indi viran qalıb. Yağış və qar sınıq pəncərə və qapılardan içəri soxularaq sanki divarlara hopur. Tərk edilmiş, unudulmuş bina.

Şəklin mənbəyi, Stuart R McKenzie/BBC

Şəklin alt yazısı,

Soyuq görünüşü ilə qorxu yaradan xarabalıqda insanlar yaşayır. Moskvalı evsizlər. Onlar bu qorxunc yerdə sağ qalmağa çalışır, hər gün yanlarından ötüb keçən moskvalılar isə onların fərqində belə deyillər.

Şəklin mənbəyi, Stuart R McKenzie/BBC

Şəklin alt yazısı,

Burda Daşa və Seryoja yaşayır. Bu çox ağır həyatdır: onlar şam yandıraraq soyuqdan qorunmağa çalışırlar. Lakin soyuq getdikcə iliklərə işləyir. Burada hava soyuq və boyatdır

Şəklin mənbəyi, Stuart R McKenzie/BBC

Şəklin alt yazısı,

“Bizim qədim zamanlardakı insanlar kimi yaşamaqdan xoşumuz gəlir. Biz sosial sistemin bir parçası olmaq istəmirik. Hər gün bizim üçün son gün ola bilər”, Seryoja belə deyir.

Şəklin mənbəyi, Stuart R McKenzie/BBC

Şəklin alt yazısı,

“Mən ali təhsilli bioloqam. Amma indi həm yazıçı həm də ki şairəm", - Seryoja deyir.

Şəklin mənbəyi, Stuart R McKenzie/BBC

Şəklin alt yazısı,

Körpəsini bağrına möhkəmcə basan Daşa sanki bununla həyatın özünə sarılır. Uşaqda həyat əlamətii yoxdur. Çünki onun uşağı – gəlincikdir.

Şəklin mənbəyi, Stuart R McKenzie/BBC

Şəklin alt yazısı,

Dəhlizin sonunda buz bağlamış qapının arxasında daha bir cütlük yaşayır. Lyudmila və Dmitri. Onların otağı qaranlıq və rütubətlidir. Otağda çarəsizlik hiss olunur.

Şəklin mənbəyi, Stuart R McKenzie/BBC

Şəklin alt yazısı,

Dmitri artıq iki ildir ki, evsizdir: “Mən platformadan yıxıldım və kürəyim sındı. Məni müalicə etdilər, amma sonra pulum qurtardı. Yaşamağa yerim yoxdur”.

Şəklin mənbəyi, Stuart R McKenzie/BBC

Şəklin alt yazısı,

Dövlət evsizlərə yardım edir – onlara sığınacaq, isti geyim və yemək verir. Küçələrdə evsizlərin sayı azalıb. Evsizlərə həmçinin xeyriyyə təşkilatları da köməklik edir. Soyuq və uzun qış aylarında bu çox vacibdir.

Şəklin mənbəyi, Stuart R McKenzie/BBC

Şəklin alt yazısı,

Lakin Dmitri və Lyudmila dövlətə etibar etmədikləri üçün problemlərini özləri həll etməyə üstünlük verirlər.

Şəklin mənbəyi, Stuart R McKenzie/BBC

Şəklin alt yazısı,

Bu viran, tərk edilmiş və hər kəs tərəfindən unudulan bina – Dmitri və Lyudmila üçün yeganə ümid yeri, Daşa və Seryoja üçün evdir. Yarı dağılmış, küləkli və pis havaya qapılarını açan bu bina insanların nəyə qadir olduğunu və onun soyuq, qaranlıq divarlarında az da olsa normal həyat şəraiti yaratdığını nümayiş etdirir .

Şəklin mənbəyi, Stuart R McKenzie/BBC

Şəklin alt yazısı,

Moskvada şaxtaların -30 dərəcəyə enməsinə baxmayaraq burda yaşayanlar sağ qalmaq niyyətindədirlər. Onların başqa çıxış yolu yoxdur.