İranda yanan bina çökdü: 20 nəfər dağıntı altında qalıb

Videonun alt yazısı,

Çökmədən öncə boşaldılan binada çox sayda yanğın söndürənlərin olduğu bildirilirdi.

İranın paytaxtı Tehranda şəhərin rəmzlərindən sayılan 17 mərtəbəli Plasco binası cöküb. Səhər saatlarında başlanan yanğın üzündən boşaldılan bina sonradan çöküb.

"AFR" və "Reuters" agentliyinin İran Dövlət Tekeviziyasına istinadən yaydığı xəbərə görə nəticədə 45 yanğın söndürən də daxil olmaqla 75 nəfər xəsarət alıb.

Dövlət televiziyasında açıqlama verən qubernator Məhəmməd Bəkir Kalibaf, 25 yanğınsöndürənin dağıntı altında qaldığını bildirərək hadisə yerində xilasedici qrupların işlədiyini bildirib.

Rəsmi "Fars" agentliyi binanın yaxınlığında yerləşən Türkiyə və İngiltərə səfirliklərinin ətrafında təhlükəsizlik tədbirlərinin təşkil edildiyini bildirib.

Çökən binada ev və ofislər, ən alt mərtəbəsində isə alış-veriş mərkəzi yerləşirdi.

Binanı inqilabdan öncə, məhşur iş adamı iranlı yəhudi Habibullah Elganyan inşa etdirib.

İnşaat işləri 1962-ci ildə yekunlaşan Plasco o zamanlar Tehranın ən hündür binası sayılırdı.

Daha sonralar İranda Plascodan da uca binalar inşa edilib.

Elganyan 1979-cu ildə, İran İnqilabından sonra İsrail ilə əlaqələrdə ittiham edilərək edam edilmişdı.

Şəklin mənbəyi, EPA

Şəklin mənbəyi, HAMED MALEKPOUR/TASNIMNEWS

Şəklin mənbəyi, AFP

Şəklin mənbəyi, AFP