Kimdir? Nədir? - Türkiyə

Əsas hadisələrin xronologiyası:

Osmanlı imperiyası

1453 - Fateh Sultan II Mehmed Konstantinopolu tutaraq Bizans imperiyasına son qoyur və Osmanlı imperiyası Kiçik Asiyada və Balkanlarda bərqərar edilir.

15-16-cı əsrlər - İmperiyanın Asiya və Afrikaya genişlənməsi.

1683 - Osmanlıların Avropaya yürüşləri Vyana döyüşü ilə dayandırılır. Uzun tənəzzül dövrü başlanır.

19-cu əsr - İmperiyanın siyasi və iqtisadi modernizasiyası cəhdləri ümumən boşa çıxır.

1908 - Gənc Türklər İnqilabı ölkədə konstitusiya üsul-idarəsi bərqərar etsə də, ölkə Birinci Dünya Müharibəsi zamanı hərbi diktaturaya çevrilir. Bu müharibədə Osmanlı imperiyası Almaniya və Avstriya-Macarıstanla müttəfiq idi.

1918-22 - Osmanlı imperiyasının bölüşdürülməsi, sonunda müzəffər Türk Milli Hərəkatını doğurur. Xarici işğala və sultan hakimiyyətinə qarşı mübarizə başlanır.

Mustafa Kemal Atatürk

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Mustafa Kemal Atatürk

Müasir Türkiyə

1923 - Böyük Millət Məclisi Türkiyəni respublika və Mustafa Kemal Atatürkü prezident elan edir.

1928 - Türkiyə dünyəvi dövlət olur: İslamı dövlət dini edən konstitusiya maddəsi ləğv edilir.

1938 - Prezident Atatürk vəfat edir, onun yerini İsmet İnönü tutur.

1945 - 2-ci dünya müharibəsi zamanı neytral olan Türkiyə müharibənin qurtarmasına az qalmış Almaniya və Yaponiyaya müharibə elan edir, lakin döyüşlərdə iştirak etmir. Ölkə BMT-yə üzv olur.

1950 - İlk azad seçkidə müxalif Demokratik Partiya qalib gəlir.

Hərbi çevrilişlər

1952 - Türkiyə Atatürkün neytrallıq siyasətindən əl çəkərək NATO-ya qoşulur.

1960 - Hakim Demokratik Partiyaya qarşı ordu çevrilişi baş verir.

1963 - Avropa İqtisadi Birliyi ilə assosiasiya sazişi imzalanır.

1965 - Süleyman Demirel baş nazir olur. O, bu posta 7 dəfə sahib olacaq.

1971 - Siyasi zorakılıqlar dalağasının ardınca ordu Demirelin istefasına nail olur.

1974 - Türkiyə qoşunları Kiprə müdaxilə edir.

1978 - Bu müdaxilə ilə bağlı qoyulmuş ABŞ ticarət embarqosu qaldırılır.

1980 - Siyasi böharnın ardınca hərbi çevriliş və vətəndaş həyəcanları baş verir. Fövqəladə vəziyyət elan olunur.

1982 - Yeni konstitusiyaya 7 illik prezidentlik maddəsi əlavə olunur. Parlament birpalatalı olur.

1983 - Ümumi seçkidə Turqut Özalın Anavətən Partiyası qalib gəlir.

Kürd müharibəsi

1984 - Türkiyə "Şimali Kipr Türk Respublikasını" tanıyır.

Kürdüstan Fəhlə Partiyası ölkənin cənub-şərqində partizan müharibəsinə başlayır.

1987 - Türkiyə Avropa İqtisadi Birliyinə tam üzvlük üçün müraciət edir.

1990 - Türkiyə ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya İraqa hərbi hava zərbələri endirilməsi üçün öz bazalarını verir.

1992 - 20 minlik Türkiyə qoşunu anti-PKK əməliyyatı üçün kürdlərin İraqdakı sığınacağı olan əraziyə yeridilir.

1993 - Tansu Çiller Türkiyənin ilk qadın baş naziri olur. Demirel prezident seçilir.

1995 - İraqın şimalında kürdlərə qarşı genişmiqyaslı əməlityyatda 35 minlik Türkiyə birləşmələri iştirak edirlər.

İslami Rifah Partiyası seçkidə qalib gəlir, lakin hökumət qurmaq üçün dəstək qazana bilmir. İki mərkəz-sağçı partiya koalsiya hökuməti qurur.

Türkiyə Aİ-nin gömrük ittifaqına daxil olur.

Abdullah Öcalan

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Abdullah Öcalan

Siyasi İslamın yüksəlişi

1996 - Mərkəz-sağçı koalisiya çökür. Rifah Partiyasının lideri Necmettin Erbakan ilk dəfə olaraq islamçı hökumətə rəhbər olur.

1997 - Hərbiyyənin apardığı kampaniyanın ardınca hökumət koalisiyası dağılır. Hakimiyyətə mərkəz-sağçı Anavatan Partiyasının lideri Mesut Yılmaz gəlir.

1998, yanvar - Parlamentdə ən çox mandata malik Rifah Partiyası qadağan edilir. Yılmaz korrupsiya iddialarına görə istefaya gedir, onun yerinə Bülent Ecevit gəlir.

1999, fevral - PKK lideri Abdullah Öcalan Keniyada həbs edilir.

2001, iyun - Konstisusiya Məhkəməsi müxalif İslami Fəzilət Partiyasını qadağan edir. Partiyanı anti-dünyəvi fəaliyyətdə ittiham edirlər.

2002, yanvar - Türkiyə kişiləri, qəbul olunmuş yeni qanuna əsasən "ailə başçısı" statusunu itirirlər. Qadınların hüququları qanunlarda təsbit ediləndən 66 il sonra onlara nəhayət kişilərlə bərabər hüquqlar verilir.

2002, avqust - Parlament Aİ üzvlüyü üçün lazımı islahatlar barədə qanun qəbul edir. Ölüm cəzası müharibə vaxtları xaric ləğv edilməli, kürd dilində tədris, radioteleviziya yayımı qadağanları qaldırılmalıdır.

İslamçı partiya qalib gəlir

2002, noyabr - İslami köklərə malik Ədalət və İnkişaf Partiyası seçkidə böyük qələbə qazanır. Partiya konstitusiyanın dünyəvi prinsiplərinə sadiq qalacağını bəyan edir. Partiya liderinin müavini Abdullah Gül baş nazir təyin edilir.

2002, dekabr - Konstitusiyaya edilən dəyişiklik AKP lideri Erdoğanın parlament seçkisində namizəd olmasına imkan yaradır. Bu ona gələcəkdə baş nazir olmaq imkanı verəcək. O, yüksək hökumət postları tuta bilməzdi, çünki onun cinayət məhkumluğu vardı.

2003, mart - AKP lideri Recep Tayyip Erdoğan parlament mandatı qazanır. Bir neçə günün içərisində Abdullah Gül istefa verir və Erdoğan baş nazir olur.

Parrlamnet İraqa müdaxilə edən ABŞ hərbi qüvvələrinin Türkiyə bazalarından istifadəsinə icazə vermir, lakin Türkiyənin hava məkanı onların uçuşları üçün açıq elan olunur. Parlament İraqın şimalındakı kürd ərazilərinə Türkiyə qüvvələrinin göndərilməsinə mandat verir.

2003 iyun-iyul - Aİ üzvlüyü məqsədilə parlament ifadə azadlığı, kürd dilinin hüquqları və hərbiyyənin siyasi rolunun azaldılmasına dair qanunları təsdiq edir.

İstanbul basqınları

2003, noyabr - İstanbulun əsas sinaqoqu yaxınlığında törədilmiş iki avtomobil partlayışı nəticəsində 25 nəfər həlak olur və daha 200 nəfər yaralanır. Bundan iki gün sonra Britaniya konsulluğu və bir Britaniya bankında törədilən iki əlaqələndirilmiş bomba basqınında 28 nəfər həlak olur.

2004, yanvar - Türkiyə bütün şəraitlərdə ölüm cəzasını qadağan edən protokolu imzalayır və bu addım Aİ dairələrində alqışlanır.

2004, may - PKK bəyan edir ki, Türkiyə hökumət qoşunlarının onun qüvvələrini məhv etməyə yönəlmiş əməliyyatları ilə əlaqədar atəşkəsi dayandırmaq niyyətindədir.

2004, iyun - Dövlət teleyayımının ilk kürddilli proqramı efirə çıxır.

2004, sentyabr - Parlament işgəncələrin və qadınlara qarşı zorakılığın qarşısının alınması məqsədilə cinayət məcəlləsinin islahatlarını qəbul edir. Ailə sədaqətsizliyi cinayət məcəlləsindən çıxarılır.

Aİ danışıqları

2004, dekabr - Aİ liderləri Türkiyənin üzvlüyü ilə bağlı Ankara ilə danışıqlara 2005-ci ildə başlamaq qərarı verirlər. Bu qərar Brüssel sammitində qəbul edilir və Türkiyə qarşısında Kipri Aİ üzvü kimi tanımaq şərti qoyulur.

2005, yanvar - Köhnə lirənin 6 sıfırı ləğv edilməklə yeni türk lirəsi tədavülə buraxılır. Ödənişləri milyonlarla lirəyə çatdıran era bitir.

2005, may - Bundan əvvəlki qanun versiyalarının media azadlığını əngəllədiyinə dair şikayətlərlə bağlı parlament cinayət məcəlləsinə dəyişiklikləri qəbul edir. Aİ bu addımı alqışlayır, lakin bildirir ki, yeni cinayət məcəlləsi də insan haqları ilə əlaqədar onun standartlarına cavab vermir.

2005, iyun - Parlament məktəblərdə Quranın tədris edilməsi üçün hökumət tərəfindən verilmiş təşəbbüs üzərindən prezident Sezerin vetosunu qaldırır.

2005, oktyabr - Aİ üzvlüyü danışıqları intensiv mübahisələrdən sonra başlanır.

2005, noyabr - Rusiya qazını Qara dənizin dibi ilə Türkiyənin Samsun portuna çıxaran Mavi axın kəməri istifadəyə verilir.

2006, may - Bir silahlı Türkiyənin Ali Məhkəməsində atəş açaraq bir görkəmli hakimi öldürür və daha dörd nəfəri yaralayır. Minlərlə insan İslam təməlçilərindən gördüyü bu hücuma etitaz olaraq yürüşlərə çıxır.

2006, iyun - Parlament Avropa İttifaqını narahat edən, insan haqları qruplarının isə işgəncələrə yol açdığını söylədikləri yeni antiterror qanunlarını qəbul edir.

2006, iyul - Türkiyədə keçirilən mərasimlə Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verilir.

2006, 30 sentyabr - Kürd separatçı PKK qruplaşması hərbiyyə üzərinə hücumları birtərəfli qaydada dayandırdığını elan edir.

2006, dekabr - Kipr nəqliyyatına özünün dəniz və hava limanlarını bağladığına görə Aİ Türkiyə ilə üzvlük danışqılarını qismən dondurur.

2007, yanvar - Jurnalist və erməni icmasının lideri Hrant Dink qətlə yetirilir. Bu qətl Ermənistan və Türkiyədə hiddətə səbəb olur. Baş nazir Erdoğan bəyan edir ki, bu güllə demokratiya və ifadə azadlığına atılıb.

Dünyəviçi etirazlar

2007, aprel - Ankarada on minlərlə dünyəvilik tərəfdarı etiraz aksiyalarına çıxır. Aksiyalarda məqsəd islamçı köklərinə görə baş nazir Erdoğanın prezident seçkisinə qatılmasının qarşısını almaqdır.

Hakim AKP Erdoğanın əvəzinə xarici işlər naziri Abdullah Gülün namizədliyini irəli sürür. O, birinci dövrədə kiçik səs fərqi ilə qalib gələ bilmir.

2007, may - Parlament prezidentə ümumxalq səsverməsi ilə seçilmə imkanı verən konstitusiya dəyişikliyinə ilkin razılığını verir. Lakin bu dəyişiklik prezident Sezer tərəfindən vetolanır.

2007, iyul - AKP parlament seçkisində qalib gəlir. Növbəti ay Abdullah Gül prezident seçirilir.

2007, oktyabr - Referendumda prezidentlərin parlament yox, ümumi seçki ilə seçilməsinə dair maddə etimad qazanır.

2007, dekabr - Türkiyə İraq ərazisindəki kürd PKK hərəkatına hava zərbələri endiməyə başlayır.

Hicab mübahisəsi

2008, fevral - Minlərlə etirazçı qadınlara universitetlərdə başlarını örtmək icazəsi tələbilə mitinqlər keçirir.

2008, iyul - AKP-nin ölkənin dünyəvi sistemini sarsıtmaq cəhdlərinə görə qadağan olunması üçün Konstitusiya Məhkəməsinə verilmiş iddia kiçicik səs çoxluğu ilə rədd edilir.

2008, oktyabr - Gizli Ergenekon ultramillətçi qrupuna üzvlükdə şübhəli bilinən 86 nəfərin məhkəməsi başlanır. Onlar təxribat törətməklə hərbiyyəni hökumətin üzərinə qaldırmaq cəhdində ittiham edilirlər.

2009, iyul - Prezident Abdullah Gül AKP partiyası tərəfindən verilmiş qanun layihəsini təsdiq edir. Bu qanunda milli təhlükəsizliyə hədə yaradan və ya mütəşəkkil cinayətkarlıqla əlaqəsi olan hərbçilərin mülki məhkəmələrdə mühakiməsinə icazə verilməsi nəzərdə tutulurdu.

2009, oktyabr - Türkiyə və Ermənistan hökumətləri İsveçrədə keçirilən danışıqlarda aralarındakı münasibətləri normallaşdırmaq niyyəti barədə razılıq əldə edirlər. Bu protokolları hər iki ölkənin parlamentləri ratifikasiya etməli idi. Türkiyə bildirir ki, Ermənistanla sərhədin açılması Ermənistan və Azərbaycan arasında mübahisəli Dağlıq Qarabağ probleminin həllindən asılı olacaq.

2009, dekabr - Hökumət özünün "kürd təşəbbüsü" çərçivəsində parlamentə kürd dilinin hüquqlarını artıran və əsasən kürd əhalisi yaşayan cənub-şərq bölgəsindəki hərbçilərin azaldılmasını ehtiva edən tədbirləri təklif edir.

Konstitusiya islahatı

2010, aprel - Parlament hökumətin Türkiyəni daha demokratik etmək iddiası ilə irəli sürdüyü konstitusiya dəyişikliklərinin müzakirəsinə başlayır. Müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) isə bildirir ki, bu dəyişikliklərlə hökumət dünyəvi ədliyyə üzərində nəzarətə sahiblənmək məqsədi güdür.

2010, may - Qəzza zolağına humanitar yardım aparmağa çalışarkən İsrail komandosu tərəfindən 9 Türkiyə fəalının öldürülməsi ilə əlaqədar İsraillə münasibətlər son dərəcə gərginləşir.

2010, sentyabr - Referendumda parlamentin hərbiyyə və ədliyyə üzərindəki nəzarətini artıracaq konstitusiya dəyişikliyinə səs verilir.

2010, noyabr - Sirləri faş edən Wikileaks saytının yaydığı məxfi teletayplardan bəlli olur ki, Fransa və Avstriya Türkiyənin Aİ üzvü olması üçün aparılan danışıqları bilərəkdən bloklamağa çalışıblar.

2011, iyun - Hakim AKP seçkilərdə inamlı qələbə qazanır. Erdoğanın üçüncü baş nazirlik müddəti başlanır.

Suriyada həyəcanlardan qaçan minlərlə qaçqın Türkiyəyə gəlir. Türkiyə Suriyadan islahatlar tələb edir.

2011, avqust - Hərbiyyə başçılarının kütləvi istefalarından sonra prezident Gül yeni komandanları təyin edir. Bu ilk dəfədir ki, qüdrətli orduya kimlərin komandanlıq edəcəyini hökumət müəyyənləşdirir.

2011, oktyabr - PKK qiyamçıları İraq sərhədi yaxınlığında 24 türk hərbçisini öldürürlər. Bu, 1990-cı illərdən bəri orduya qarşı ən ölümcül hücumdur.

2012, iyun - Türkiyə məktəblərə könüllü olaraq kürd dilini tədris etmək icazəsi verir.

2012, oktyabr - Dəməşqlə münasibətlər gərginləşir. Bu, Suriyanın artilleriya zərbəsi sərhədboyu şəhərdə 5 mülkinin ölməsi ilə nəticələndikdən sonra baş verir. Türkiyə silahlı qüvvələri cavab olaraq Suriyanı topa tutur.

2013, mart - Türkiyə hökuməti və məhbus PKK lideri Abdullah Öcalan arasında xeyli uzanmış danışıqların sonunda PKK lideri silahlı mübarizənin başa çatdığını və atəşkəs elan olunduğunu bəyan edir.

Etirazlar

2013, may-iyun - İstanbulda ictimai yaşıllıqların tikinti işlərinə görə dağıdılmasına qarşı Türkiyə boyunca bir neçə şəhəri bürüyən anti-hökumət etirazları başlanır. Polis etirazlara zorakılıqla reaksiya verir, iki etirazçı ölür. Baş nazir Erdoğan geri çəkilmək fikrində deyil.

2013, dekabr - Hökumət bir neçə iqtidaryönlü ictimai fiqurun həbsi ilə bağlı polis rəislərini işdən qovur. Müşahidəçilər deyirlər ki, bu, AKP ilə onun keçmiş müttəfiqi Fethullah Gülenin hərəkatı arasında hakimiyyət çəkişməsinin göstəricisidir.

Erdoğanın prezidentliyi

2014, avqust - Baş nazir Erdoğan ilk dəfə olaraq ümumxalq seçkisi ilə prezident olur.

2015, mart - "Buz baltası" çevriliş cəhdi üzrə məhkəmə prosesi iflasa uğrayır. Məhkəmə çevriliş cəhdində ittiham edilən 236 zabitin işinə xitam verir. Onlar 2003-cü ildə baş nazir Erdoğanı devirmək cəhdində ittiham edilirdilər.

2015, iyun - Kürdyönlü solçu Xalq Demokratik Partiyası (HDP) parlament seçkilərinə daxil olur və hakimiyyəti həlledici parlament çoxluğundan məhrum edir. Beləliklə, AKP-nın prezident Erdoğana müstəsna səlahiyyətlər verəcək referendumu keçirmək planları baş tutmur.

2015, iyul - Suriya sərhədindəki Suruc şəhərində İD tərəfindən törədildiyi iddia edilən bomba basqınında 32 gənc fəalın öldürülməsi ilə Türkiyə İD-ə qarşı hava zərbələri elan edir.

2013-cü ildən həbsxanadakı PKK lideri Abdullah Öcalan tərəfindən elan edilmiş atəşkəs Suriya müharibəsinin yaratdığı gərginliyin ağırlığı altında iflasa uğrayır. Kürd üsyanı bir daha alovlanır.

2015, oktyabr - Türkiyə, özünü İslam Dövləti adlandıran qruplaşmanı Ankarada keçirilən sülh yürüşü zamanı törədilmiş və 100 nəfərin həyatına son qoymuş qoşa bomba basqınında ittiham edir.

Suriya münaqişəsi yayılır

Hökumət və kürd qiyamçılar arasında atəşkəsin pozulması ölkənin cənub-şərqində döyüşlərin bərpasına yol açır.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Hökumət və kürd qiyamçılar arasında atəşkəsin pozulması ölkənin cənub-şərqində döyüşlərin bərpasına yol açır

2015, noyabr - Hakim AKP növbədənkənar seçkidə parlament çoxluğu qazanır, lakin prezident Erdoğanın səlahiyyətlərini artıracaq referendumun keçirilməsi üçün lazım olan qədər mandat toplaya bilmir.

Türkiyə Rusiyanın hərbi təyyarəsini Suriya üzərində vurub salır. Türkiyənin ikinci ən böyük ticarət partnyoru Rusiya onun üzərinə sanksiyalar qoyur.

Avropa İttifaqı ilə Türkiyə arasında miqrantlara dair saziş əldə edilir. Bu sazişə əsasən Türkiyə ona veriləcək 3 milyard avronun müqabilində Avropaya qaçqın axınını dayandırmalıdır. Eyni zamanda Aİ Türkiyənin ittifaqa qoşulması üçün güzəştlər vəd edir.

2016, fevral - Ankarada hərbi maşın karvanına bomba basqını nəticəsində 38 nəfər həlak olur. PKK-nın sərt xətt-hərəkət tərəfdarı olan qolu - Kürd Azadlıq Qartalları (TAK) təşkilatı bu hücuma görə məsuliyyəti öz üzərinə götürür.

Medianın əzişdirilməsi

2016, mart - Hakimiyyət Türkiyənin Erdoğanın rəqibi Fethullah Gülenə bağlı olduğu düşünülən ən böyük qəzeti Zamanı dövlət nəzarətinə verir.

Ankarada avtomobillə törədilmiş intiharçı bomba partlayışında 37 nəfər həlak olur. TAK məsuliyyəti üzərinə götürür.

2016, may - Baş nazir Ahmet Davutoğlu prezident Erdoğanla ixtilafın ardınca istefa verir.

Prezident Erdoğan elan edir ki, Davutoğlunun Avropa ilə miqrant axının dayandırılması barədə imzaladığı saziş, Aİ türklərə Şengen zonasına vizasız giriş verməsə iflasa uğraya bilər.

2016, iyun - Almaniya parlamenti ermənilərin Birinci Dünya Müharibəsi illərində Osmanlı imperiyasındakı qətllərini soyqırımı kimi tanıyandan dərhal sonra Ankara bu ölkədəki səfirini geri çağırır.

İstanbulun Atatürk hava limanına silahlı və bombalı basqında 13 əcnəbi vətəndaş da daxil 42 nəfər həlak olur. Türkiyə hakimiyyəti bildirir ki, hücumu İslam Dövlətinin törətdiyini göstərən əlamətlər var.

Çevriliş cəhdi

2016, iyul - Hakimiyyət minlərlə əsgər və hakimi çevriliş cəhdində şübhəli kimi həbs edir. Prezident Erdoğan çevriliş cəhdinin arxasında ABŞ-da yaşayan Fethullah Gülenin dayandığını bəyan edir.

Hökumət həmçinin 16 telekanal da daxil, onlarca media qurumunu bağlayır.

2016, avqust - prezident Erdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Sankt Peterburqa gedir. İki lider 2015-ci ilin noyabrında Rusiya təyyarəsi Türkiyə tərəfindən vurulduqdan sonra pozulmuş yaxın iqtisadi bağların bərpasını bəyan edirlər.

2016, dekabr - Xidmətdə olmayan polis ehtimal edildiyinə görə Suriya hava kampaniyasının qisası kimi Rusiya səfirini qətlə yetirir. Türkiyə və Rusiya, İran İslam Respublikası ilə birlikdə Suriyada "İslam Dövləti" təşkilatına qarşı vuruşacaqlarını bəyan edirlər.

2017, yanvar - Silahlı şəxs Yeni il gecəsini Reina gecə klubunda bayram edənlərdən 39 nəfərini qətlə yetirir. Özünü İslam Dövləti adlandıran təşkilat bu terror aktına görə məsuliyyəti üzərinə götürür.