BBC-nin Aleksandr Duginlə yarımçıq qalmış müsahibəsi
BBC-nin Panorama proqramı özünün növbəti buraxılışını prezident Donald Trump-ın Rusiya ilə əlaqələrinə və onun barəsində Rusiya xüsusi xidmətlərinin kompromatı olduğu barədə iddialara həsr edib.
Habelə jurnalist John Sweeney-nin filmində Rusiyanın ABŞ seçkisinə iddia olunan müdaxiləsindən söhbət gedirdi. Rusiya hökuməti bu ittihamları dəfələrlə rədd edib.
Bu iddiaların əsassız olduğuna inananlardan biri də Rusiya filosofu və kremlyönlü politoloq Aleksandr Dugindir.
Onunla müsahibədə BBC jurnalisti həm də Kreml opponnetlərinin qətllərindən söz açıb. Bütün hallarda müsahibə uzun sürməyib.
"Trump-ın qələbəsində Rusiyanın rolu" - BBC-nin yeni filmində
BBC-nin "Panorama" verilişi növbəti efirini, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump ilə Rusiya arasındakı münasibət və onun, Rusiya xüsusi təyinatlı qüvvələrinin dəstəyi ilə seçkilərdə qalib gəlməsi ehtimallarına həsr edib.