Şəkillərdə: Mükafat göyərçinlər

Pigeons are seen in a cage before the start of a pigeon auction in Sanliurfa, Turkey

Şəklin mənbəyi, Umit Bektas / Reuters

Türkiyənin cənub-şərqində yerləşən Şanlıurfada, göyərçinlərlə dolu qəfəsin ətrafı, kətillərlə əhatələnib. Yaxınlıqdakı elanda yazılıb: "Ən Gözəl Milli Göyərçin Müsabiqəsi".

Şəklin mənbəyi, Umit Bektas / Reuters

Burada, göyərçin saxlayanlar üçün auksion keçirilir. Suriya ilə sərhəd region boyunca yayılan ənənə, yüz illərdir ki, davam etdirilir.

Şəklin mənbəyi, Umit Bektas / Reuters

İsmail Özbek də göyərçin saxlayır. O, sayı təxminən 200 olan göyərçinini, təhlükəsizlikdən əmin olmaq üçün, həyəcan siqnalı və kameraların qoşulduğu damlarda saxlayır.

Cənab Özbek, bu mükafat almış quşlarına, Sarı Aynalı, Kara Alaca, Kırk Telli və İspir kimi lirik adlar verir.

Xırda zınqırov və tellər onların ayaqlarını bəzəyir. Bəzilərinin tükündən isə gümüşü zinət əşyaları sallanır.

Şəklin mənbəyi, Umit Bektas / Reuters

Şəklin mənbəyi, Umit Bektas / Reuters

Regiondakı qarışıqlıq və kürd qiyamçıları ilə dövlət ordusu arasında yaşanan son toqquşmalara baxmayaraq, bu quşlar, auksionlarda yüksək qiymətə satılır.

Cənab Özbek-in ən bahalı quşlarından birinin qiyməti 1500 türk lirası (748 manat) olub.

Auksionerlərdən olan İmam Dildaş, bir dəfə bir cüt göyərçinini 35,000 türk lirasına (17,481 manat) satıb.

"Bu, ata bilmədiyin sevdadır, hobbidir," Cənab Dildaş deyir.

"Göyərçinlərin pulunu ödəmək üçün, soyuducu və həyat yoldaşımın qızlı qolbaqlarını satdığım olub."

Şəklin mənbəyi, Umit Bektas / Reuters

Suriya ilə sərhədin cəmi 50 km aralıda yerləşdiyi bu şəhərə, vətəndaş müharibəsi gücləndikcə çoxlu quşlar köç etdiyinə görə qiymətlər aşağı düşsə də, konflikt kəskinləşdikcə qiymətlər də artmağa başlayıb.

Şəklin mənbəyi, Umit Bektas / Reuters

Şəklin mənbəyi, Umit Bektas / Reuters

Şəklin mənbəyi, Umit Bektas / Reuters

Şəklin mənbəyi, Umit Bektas / Reuters

Auksion bitənədək Cənab Dildaş, 13,000 lira (6491 manat) dəyərində göyərçin satır. O, məbləğin 10%-ni komissiya payı kimi qazanır.

Şəklin mənbəyi, Umit Bektas / Reuters

Şəkilləri İsmail Özbək çəkib.