Yunanıstan türk hərbçiləri ekstradisiya etməyəcək

Hərbçilər

Şəklin mənbəyi, Reuters

Yunanıstan Ali Məhkəməsi 15 iyulda Türkiyədə baş verən dövlət çevrilişi ardınca ölkədən qaçan 8 əsgərin təhvil verilməsiylə bağlı tələbi rədd edib.

Qərardan bir qədər əvvəl Yunanıstanın Ədliyyə Naziri Stavros Kondonis "Hökumət Ali Məhkəmənin qərarlarına hörmət etməlidir" demişdi.

Ötən ilin dekabrında Afina Apellyasiya Məhkəməsi 8 əsgərdən üçünün Türkiyəyə təslim edilməsi barədə qərar çıxarmışdı.

Dövlət çevrilişinə cəhddən sonra vertolyotla Yunanıstana qaçan əsgərlər sığınacaq istəmişdilər.

Türkiyəyə təslim ediləcəkləri təqdirdə ədalətli mühakimə edilməyəcəklərini iddia edən əsgərlər dövlət çevrilişinə cəhd ittihamlarını rədd edirlər.

Türkiyə isə əsgərlərin təslim edilməsini istəyir.