Ukrayna: Spiker parlamentdə rusca çıxış etməməyi xahiş edib

Şəklin mənbəyi, Getty Images
"Bütün xalqların nümayəndələrini dövlət dilinə hörmət etməyə və Ali Rada tribunasından Ukrayna dilində çıxış etməyə çağırıram",- deyə Parubi bildirb.
Bundan əvvəl isə Parubi təqaüdlərlə bağlı qanun layihəsi müzakirə edilərkən rusca çıxış edən "müxalifətçi blok"dan olan deputat Nataliya Korolevskayanın sözünü yarıda kəsib.
"Ukrainskaya pravda"nın yazdığına görə, Korolevskaya çıxışını ukrayna dilində davam etdirib. Digər deputatlar da spikerin təklifini dəstəklyiblər.
Daha sonra daha bir "müxalifətçi blok"dan olan deputat Aleksandr Doljenkov rusca danışaraq tribunadan istənilən dildə danışmağın mümkün olduğunu təkid edib. Parubi ona da iradını bildirib.
"Münaqişə olmayan yerdə münaqişə yaratmayın. Ukraynada yalnız bir dövlət dili var, bu da ukrayna dilidir", - deyə spiker vurğulayıb.
Bu ilin yanvar ayında Ali Radada "dövlət dili" qanun layihəsi qeydiyyatdan keçib. Bu qanuna əsasən ukrayna dilinin bütün dövlət sahələrində, ictimaiu həyatda, KİV-lərdə işlənməsi mütləqdir. Qanunu pozanlar cərimə olunacaq, "Ukraynada rəsmi çoxdilliliyi tətbiq etməyə" cəhd edənlərə qarşı cinayət işi açılacaq.
Ukraynada "Dövlət dili siyasəti haqqında" qanun qüvvədədir.
Bu qanuna əsasən əhalinin ən azı 10 faizi tərəfindən doğma dil hesab edilən bölgələrdə rus dili regional dil statusuna malikdir. Ukrayna rəhbərliyi bu qanunun ləğv edilməsini tələb edir.
2011-ci ilin dekabrında Kiyev rayon inzibati məhkəməsi rus dilinin Ukrayna Ali Radasında istifadə olunmasına icazə verib. O zaman Ukraynanın prezidenti Viktor Yanukoviç idi.