Türkiyədə noyabr ayında işsizlik bir daha artıb

Türkiye'de işsizlik son 7 yılın zirvesinde

Şəklin mənbəyi, Getty Images

Türkiyə Statistika Komitəsinin (TÜİK) verdiyi acıqlamaya görə, 2016-cı ilin noyabrında işsizlik səviyyəsi 12,1 faiz təşkil edib və 2015-ci ilin noyabr ayı ilə nisbətdə işsizlərin sayı 590 min artıb.

İşsizlərin ümumi sayı 3 milyon 715 min nəfərə çatıb.

2016-cı ilin noyabr ayında qeyd edilən 12,1 faiz işsizlik səviyyəsi 2010-cu ilin mart ayından sonra qeyd alınan ən yüksək rəqəmdir.

15-24 yaş arasında olan işsizlərin sayı 3,5 faiz artaraq 22,6 faizə çatıb.

Oktyabr ayında isə işsizlik 11,8 faiz qeyd olunub.

TUİK-in verdiyi məlumata əsasən Türkiyənin iqtisadiyyatında işçilər sektorlar arasında belə bölünüb:

  • Kənd təssərüfatı: 18,7 faiz
  • Sənaye: 19,6 faiz
  • İnşaat: 7,4 faiz
  • Xidmət: 54,2 faiz