Eurovision 2017: Təşkilatçı komanda kütləvi istefa verib
- Mark Savage
- BBC Music müxbiri

Şəklin mənbəyi, Getty Images
Ötən ilki müsabiqədə ukraynalı müğənni Camala qalib gəldiyinə görə, 2017 Avroviziya Mahnı Müsabiqəsi Kiyevdə keçiriləcək
Ukrayna Eurovision komandası, təşkilat komitəsinin başına dekabrda təyin olunan yeni müdirin gəlməsi ilə mühüm məsuliyyətli işlərdən uzaqlaşdırıldığını bildirib.
İstefa məktubuna əsasən, onların, tədbir haqqında qərarlar verməsinə tamamilə mane olunub.
Eurovision yaradıcısı EBU, Ukraynanın ictimai yayımçısına, dəyişikliklərə baxmayaraq, "iş qrafikinə tam uysunlar" deyə bildirib.
O, tədbirin planlaşdırıldığı kimi bu ilin may ayında Kiyevdə baş tutacağında təkidlidir.
Böyük Britaniyanın 2017-ci il Eurovision Mahnı Müsabiqəsində təmsilçisi Lucie Jones, Never Give Up On You (Səndən vaz keçmərəm) mahnısını ifa edir
Komanda üzvləri arasında bu ilki tədbirin iki icraçı prodüseri də var.
Bütün heyət, ukraynalı müğənni Camala 1944 adlı mahnı ilə qalib gəldikdən sonra, müsabiqənin təşkilatçısı Ukraynanın İctimai Yayımçısı (UA:PBC) tərəfindən müəyyən olunub.
Strana-da çap edilən açıq məktubda komanda deyib: "Yarışı işinin yox, həm də həyatının bir hissəsinə çevirən Eurovision komandası olaraq biz, rəsmən bildiririk ki, istefa veririk və müsabiqənin təşkilindəki hazırlıqları dayandırırıq."
Analiz: Müsabiqə təhlükədədirmi?
Bu, Eurovision Mahnı Müsabiqəsini böyük çətinlik altında qoyub. 2010-cu ildə Norveç yayımçısı NRK, Fifa və Eurovision xərclərini eyni anda ödəyə bilməyəcəyinə görə, Dünya Kubokundan imtina etmişdi.
Ukraynada isə tapşırıq daha problemlidir. Tədbirin hansı şəhərdə baş tutacağı qərarı üç dəfə dəyişdirilib və hətta şayiələr gəzir ki, müsabiqə Rusiyaya dövr ediləcək.
İndi isə yarışa həftələr qalan bir anda, əsas komadan istefa verib. Onlar, bütün qərarlarını gözə almayan müdir ilə yola getməyiblər. Onlar, eyni zamanda iddia edirlər ki, subpodratçılar ilə müqavilələrin sonlandırılmasında da problemlər yaşanıb. Ən pisi isə bunların səhnəni inşa edəcək komandalar olmasıdır.
Tədbir baş tutmalıdır və 1956-cı ildən bəri müsabiqənin təşkilatçısı olan EBU-nun iqtisadi və siyasi gücü buna yetər. Lakin, hadisələrin inkişafı, ictimai maraq dairəsindədir.
Onlar bildiriblər ki, ötən il Eurovision koordinatoru Pavlo Hrytsak-ın təyinindən sonra, hazırlıqlar "demək olar ki, iki ay dayanıb" və əlavə ediblər ki, "komandamızın işinin qarşısı tamamilə alınıb".
Onlar, həmçinin deyiblər ki, tədbirin büdcəsinin 22 milyon avrodan 29 milyon avroya qaldırılması qərarı, Ukraynanın dövlət yayımçısının milyonlarla gəlirini siləcək.
EBU məktubda göstərilən heyət problemləri ilə bağlı şərh verə bilməyəcəyini bildirib və heyətə gördükləri işə görə minnətdarlıq edib.
Bəyanatda göstərilib: "Biz UA:PBC-a, heyət dəyişikliyinə baxmayaraq, razılaşdırılmış planların sürətli və effektli tətbiqinin mühümlüyünü bildirmişik. May ayında Müsabiqənin uğurla baş tutması üçün İdarəedici Qrup tərəfindən müəyyən olunmuş iş qrafiki və məqsədlərə çatmaq üçün çalışmalıyıq."
Şəklin mənbəyi, Reuters
Təşkilat komandası Eurovision koordinatoru Pavlo Hrytsak-ın onların qərarlarını nəzərə almadığını iddia edir
Bu ilki Eurovision Mahnı Müsabiqəsi mayın 13-ü Kiyevdə keçiriləcək.
Britaniyanı bu ilki yarışda keçmiş X Factor yarışının iştirakçısı Lucie Jones təmsil edəcək. Uelsli müğənni, BBC Two Eurovision: Siz Seçin (BBC Two Eurovision: You Decide) verilişində Never Give Up On You mahnısı ilə, ictimai səsvermə əsasında seçilib.
Mahnının müəlliflərindən biri, 2013-cü il Eurovision Mahnı Müsabiqəsində Only Teardrops (Ancaq Göz Yaşları) mahnısı ilə qalib gələn danimarkalı ulduz Emmelie de Forest-dir.
"Qəbir daşı üzərində rəqs"
Eurovision-ın Açılış Mərasiminin 17-ci əsrdən qalma dini məkan Müqəddəs Sofiya kompleksində keçirilməsi ilə bağlı mübahisələr mövcud idi.
Məkandan istifadə, Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsi tərəfindən "kafirlik" adlandırılıb.
"İstənilə nöqteyi-nəzərdən bu, pis qərardır," Moskovski Komsomoleç-ə müsahibəsində Rusiya Pravoslav Kilsəsinin tanınmış dyakonu Andrey Kurayev deyib. "Kiyevli I Mstislavın qəbir daşı üzərində rəqs olunacaq."
Bunun ardından Ukrayna mili telekanal və radio şirkətinin rəhbəri Zurab Alasaniya, ölkənin müsabiqə ilə maddi problemlər yaşadığı xəbərləri gələn bir zamanda istefa verib.

Azərbaycanı Eurovision-da Diana Hacıyeva təmsil edəcək
Azərbaycanı Eurovision 2017-də caz müğənnisi Diana Hacıyeva təmsil edəcək.