Böyük Britaniya generalı: Putin təhlükəli yol seçib

Генерал Ричард Ширрефф
Şəklin alt yazısı,

General Richard Shirreffin 2016-cı ilin mayında "2017: Rusiya ilə müharibə" adlı kitabı çapdan çıxıb

Böyük Britaniya generalı, bir neçə il NATO-da yüksək vəzifələrdən birini tutan Richard Shirreffin fikrincə, Qərb Rusiya ilə müharibəyə hazır olmalıdır.

2011-2014-cü illərdə Shirreff NATO-nun Avropadakı birləşmiş silahlarının ali baş komandirinin müavini vəzifəsində çalışıb.

2016-cı ilin mayında "2017: Rusiya ilə müharibə" adlı kitabını yayımlayan general burada Şimali Atlantik İttifaqı ölkələrinin Rusiya ilə potensial hərbi qarşıdurmasının modelini təsvir edib.

BBC-nin Rusiya xidmətinin əməkdaşı Olqa İvşina generaldan müsahibə götürüb.

BBC:General Shirreff bir qədər əvvəl Ukraynanın şərqində baş verən gərgin vəziyyətlə bağlı sizin fikirlərinizi bilmək istərdik. Hazırda bu məsələ Brüsseldə olduğu kimi, Kiyevdə və Moskvada da çox müzakirə olunur.

Richard Shirreff: Mənim fikrimcə biz Ukraynanın şərqindəki vəziyyətdən çox narahat olmalıyıq. Görürürk ki, Minsk razılaşmasına baxmayaraq orada döyüşlər davam edir. Bu isə dinc sakinlərlə yanaşı hərbçilərin də həlak olmasına gətirib çıxarıb. Məncə, Qərb və dünya ictimaiyyəti yaranan vəziyyətin ağırlığını etiraf etməlidir. KİV-lərin diqqətinin Ukraynadan kənar mövzulara yönəlməsi məni çox narahat edir. Ukraynadakı vəziyyət Avropanın təhlükəsizliyi üçün real təhlükədir və Ukrayna bu yükü əvvəlki kimi çəkməkdə davam edir.

BBC: Vəziyyət niyə məhz indi gərginləşib?

R.Sh: Mən düşnürəm ki, bu Suriya ordusunun Hələbi geri almasıyla bağlıdır. Bu, mənə 2015-ci ildəki vəziyyəti xatırladır. O zaman biz gördük ki, Rusiya Suriyada hərbi əməliyyatlara başlayan kimi Ukraynada vəziyyət sakitləşdi. Suriyada sakitlik olduğuna görə, Ukraynada vəziyyətin yenidən gərginləşəcəyi gözlənilir.

"Zəiflik aqressiyanı yalnız həvəsləndirir"

BBC:Sizin fikrinizcə, Qərb Ukraynaya yardım göstərməyi davam etdirməlidirmi?

R. Ş.: Əlbəttə. Ukrayna cəbhə xəttində yerləşir. Mənim fikrimcə, Qərb və beynəlxalq ictimaiyyət Ukraynaya dəstəyi davam etdirməlidir. Bu, həm maliyyə, həm təlim, həm də hərbi dəstək olmalıdır.

Son nəticədə isə hərbi güc vacibdir. Diplomatiyanı yaddan çıxarmaq lazım deyil. Lakin mən düşünürəm ki, Ukraynanın şərqdən gələn yeni hücumların qarşısını alması üçün ona kömək etmək lazımdır.

BBC:Lakin tənqidçilər, sizə bu cür yanaşmanın münaqişəni alovlandıracağı cavabını verə bilərlər.

R. Ş.: Bəli, mən belə sözləri eşitməkdən təəccüblənmirəm. Qeyd etməliyəm ki, mən Ukraynanın şərqindəki vəziyyəti öz gözlərimlə görməmişəm.

Mən hazırda bu məsələni krezlomda oturaraq müzakirə etməkdən çox narahatam. Mən orda olmağı və vəziyyəti şəxsən qiymətləndirməyə üstünlük verərdim.

Lakin tarix bizə öyrədir ki, zəiflik avtoritar hökumətləri və aqressiyanı yalnız həvəsləndirir. Mən düşünürəm ki, biz artıq kifayət qədər görmüşük.

Daha hansı gərginliyi görməliyik? Biz MH17 mülki təyyarəsinin necə vurulduğunu, Rusiya ordusunun raket və artilleriya atəşindən necə istifadə etdiyinin şahidi olduq.

Belə bir fəallığın olmayacağına dair heç bir işarə yoxdur. Buna görə də, bizim cavabımız adekvat olmalıdır

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Shirreffin fikrincə, NATO ölkələri Ukraynaya köməyi davam etdirməlidir

BBC: Siz, Ukraynanın NATO-ya daxil olması perspektivlərini necə görürsünüz?

R. Ş.: Bu çətin məsələdir. Mənim fikrimcə, biz Donbassda müharibə getdiyini etiraf etməliyik.

Orada Rusiya ordusu və ya Moskvanın dəstəyilə hərəkət edən separatçılar döyüşürlər. Mənim bu kampaniyada Rusiyanın yüksək rütbəli hərbçilərinin iştirak etdiyinə heç bir şübhəm yoxdur.

(Kreml Rusiya ordusnun Ukrayna ərazisində olmasını və Donbass münaqişəsində iştirakını təkzib edir - BBC).

Bu şərtlərdə NATO müqaviləsinin 5-ci bəndinin (Bu maddə NATO-nun istənilən üzvü ölkəsinə hansısa aqressiv hücum zamanı kollektiv müdafiə təminatı verir) şərtsiz yerinə yetiləcəyini dair Ukraynaya vəd vermək qeyri-realdır.

Biz bunu etiraf etməliyik. Hazırda Ukraynanın NATO-ya üzvlüyü məsələsini danışmağın vaxtı deyil. Lakin dəqiq olan odur ki, NATO Şimali Atlantik İttifaqına kimin daxil olub olmayacağı barədə Rusiya prezidenti Vladimir Putinə veto qoymaq hüququ verməməlidir.

Və əlbəttə ki, NATO ölkələri Ukraynaya köməyi davam etdirməlidir. Bu əsasən Ukraynanın silahlanmasıyla uyğunluq təşkil edən ölkələrə aiddir.

Burada söhbət əsasən ilk növbədə keçmiş Varşava razılaşmasına daxil olan ölkələrdən gedir. Onlarda sovet nümunəsi olan silah və avadanlıqlar qalmışdır.

"Qərbə ciddi çağırış"

BBC: Informasiya müharibəsi Ukraynanın şərqindəki münaqişədə vacib rol oynayır. Sizin fikrinizcə, Qərb Rusiyaya bu istiqamətdə müqavimət göstərmək üçün fəaliyyəti yetərlimidir?

R. Ş.: Biz Rusiyanın öz informasiya imkanlarından və kiber potensialından necə effektli istifadə etdiyini gördük. Və Qərb bunu etiraf etməlidir.

Bu artıq Ukraynanın şərqində baş verən qarşıdurmanın bir hissəsinə çevrilib. Qərb informasiya məkanında Rusiyaya sərbəst hərəkət etməsinə icazə verməməlidir.

Mübarizə aparmaq lazımdır. Mənə elə gəlir ki, Qərb ilk əvvəl bu istiqamətdə könülsüz hərəkət etdi. İndizə bu işin vacib olduğunu anlayıb.

Lakin mən informasiya ve kiber məkanında daha çox fəallıq görmək istəyirəm.

BBC: Sizcə, Qərb informasiya müharibəsində uduzurmu?

R. Ş.: Qərbə ciddi çağırış atılıb. Biz artıq dəfələrlə əlinin altında istənilən imkanı olan avtoritar rejimlərdən fərqli olaraq, demokratlara bu sahədə hərəkət etməyin çətin olduğunu görmüşük.

Çox şükür ki, demokratik ölkələr bu yolla öz KİV-lərinə təsir edə bilmirlər. Mənim fikrimcə, Rusiyanın sadə vətəndaşlarına onların liderinin necə təhlükəli yol tutduğunu danışmaq çox vacibdir.

Əslində Qərb və Böyük Britaniya gərginliyi zəiflətmək və normal münasibətlər qurmaq istəyir. Biz rusiyalı tələbələrin Böyük Britaniyaya gəlməsini, ticarətin inkişaf etməsini istəyirik.

Rusiya böyük qüvvədir və biz var olmalıyıq.

Şəklin mənbəyi, NATO

Şəklin alt yazısı,

Richard Shirreff kapitan olan zaman Körfəz müharibəsində gedən döyüşlərdə iştirak edib

BBC:Böyük Britaniyada əksinə, təzyiqi artırmaq barədə çox danışılır.

R. Ş.: Mən düşünürəm ki, hər iki cəbhədə hərəkət etmək lazımdır. Bir tərəfdən biz güclü və qəddar olmalıyıq.

Rusiyaya bu xəttdən o tərəfə keçə bilməyəcəyini göstərmək lazımdır.

Biz Ukraynanı dəstəkləyəcəyik.

NATO ölkələrini qorumaq yolunda son əsgərimiz ölənə qədər mübarizə aprmağa hazırıq. Və biz Rusiyanın qarşısını alacağıq.

Amma bu o demək deyil ki biz qarşıdurma istəyirik. Biz sülhün bərqərar olması tərəfdarıyıq.

Qərbi Avropa 70 il dünyada yaşayıb. Biz Rusiya ilə heç bir formada müharibə istəmirik.

Ona görə də güc nümayişi ilə yanaşı dialoq da lazımdır. Lakin bu dialoq müəyyən şərtlər altında keçməlidir.

Rusiya rəhbərliyi beynəlxalq hüququ qəbul edərək, 21-ci əsrdə qonşu dövlətin ərazisini istila etməyin yol verilməz olduğunu etiraf etməlidir.

Biz qanlı siyasətə qayıtmaq istəmirik. Münasibətlər qurmaq və körpülər tikmək üçün vasitə tapmaq lazımdır.

"Biz sülhün qarşılığını ödəməyə hazırıq"

BBC: 2016-ci ildə çap etdirdiyiniz kitabda Rusiya ilə müharibənin mümkün ssenarilərini təsvir etmisniz. Siz əvvəlki kimi, hadisələrin bu axarda inkişaf edəcəyi mümkünlüyü fikrində qalırsınızmı?

R. Ş.: Bu kitab - xəbərdarlıqdır. Biz Qərbin Rusiyanın və xüsusilə onun rəhbərliyinin güc toplaması təhlükəsini qəbul etməməsi ucbatından uçurumun kənarındayıq.

Rəsmi Moskva kəskin şəkildə müdafiə xərclərini artırdı və Avropada sərhədləri dəyişmək üçün gücdən istifadə edəcəyini nümayiş etdirir.

Kitabda söz etdiyim Qərbin zəiflikləri hərbi imkanların ixtisar edilməsində güclü effekt yaradır. Biz son 20 il ərzində bunu müşahidə etmişik.

Bu əsasən Qərbi Avropa ölkələrinə qarşı münasibətdə ədalətlidir və az da olsa ABŞ-a aidiyyatı var. Mən öz kitabımda sülh istəyirksə bunun qarşılığını ödəməyə hazır olduğumuz firkini çatdırmağa çalışmışam.

Bəzən bunun uğrunda mübarizə aparmağa hazır olduğumuzu nümayiş etdirməliyik.

BBC: 2017-ci ilin gəlişi ilə hadisələrin qiymətləndirilməsində bir dəyişiklik oldumu?

R. Ş.: Mən bu kitabı 2015-ci ildə yazmışam. Elə o zaman da vəziyyət kifayət qədər qorxuducu görünürdü.

Məni kitab yazmağa Putinin Krımı istila zamanı etdiyi hərəkətlər və Donbassda baş verənlər təkan verdi.

İndi geriyə baxanda anlayıram ki, həyat fikirləşdiyimdən daha qəribədir.

Biz Suriyada Rusiya qüvvələrindən geniş miqyasda istifadə olunduğunu, Avropa İttifaqında sabitliyi pozmaq üçün qaçqınlarla bağlı böhranı alovlandırmaq cəhdlərini gördük.

Rusiyanın kiber sahəsindəki fəallığını, ABŞ-ın Demokrat Partiyasının serverlərinə kiber hücumlarında Rusiyanın iştirakının şahidi olduq.

(Rusiya rəhbərliyi 2016-cı ildə ABŞ-dakı prezident seşkiləri ərəfəsində Amerika siyasi strukturlarına kiber hücumlarda iştirakını təkzib edir- BBC)

Və çox güman ki, belə hadisələrin baş verəcəyini kimsə güman etməzdi.

Bundan başqa biz NATO-ya şübhə ilə yanaşan ABŞ prezidentliyinə namizədi gördük.

ABŞ prezidentliyinə namizəd hücum olacağı təqdirdə NATO üzvü olan ölkələrə köməyə gəlməyəcəyinin mümkünlüyünü bəyan etdi. Və bu çox təhlükəlidir.

Bu, NATO-nun kollektiv təhlükəsizlik doktrinasında vacib elementləri sarsıda bilər.

Digər tərəfdən ABŞ-ın yeni prezidenti Rusiya ilə münasibətlərdə yeni dialoqların yaranacağına dair ümid verir.

Lakin bu zəiflik mövqeyilə deyil , güc mövqeyindən aparılmalıdır. Və güc mövqeyinin bir hissəsi NATÖ-nun ünvanına dəstək çağırışı olmalıdır.

Trumpın prezidentliyi dövründə ABŞ-ın NATO-dakı müttəfiqlərinin tam mənada dəstəkləməsi fikri səslənməlidir.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

Baltik ölkələri NATO hərbi kontingentini öz ərazilərində daimi mövcud olmasına çoxdan çalışırlar

BBC:Bütün bunlar bizi sonsuz qarşılıqlı ittihamlara və gərginliyin artmasına aparmayacaqmı?

R. Ş.: Hər zaman belə deyənlər tapılacaq. Xüsusilə, də NATO qüvvələrinin Baltikaya göndərilməsini təxribat hesab edənlər ola bilər.

Lakin 4 min insandan ibarət 4 batalyonun ora göndərilməsini təxribat hesab edilməsini çətinliklə təsvir edirəm. Bu anda Rusiya Baltik ölkələri ilə sərhəddə 3 motoatıcı diviziyanın yaradılmasını bəyan etdi.

Daha dəqiq desək söhbət 60-80 min hərbçidən gedir. Burda hansı bərabərlikdən danışmaq olar.

Mənim fikrimcə Rusiya gücə hörmətlə yanaşır.

O, öz opponentlərində zəif yeri tapmaq üçün zəmin axtarışındadır.

Və mən qorxuram ki, Qərb burada ikinci mövqedədir.