Türkiyə: avtobus qəzasında Azərbaycan vətəndaşları ölüb və yaralanıb
Türkiyə: avtobus qəzasında Azərbaycan vətəndaşları ölüb və yaralanıb
İqdırdan Naxçıvana gedən avtobusla Naxçıvandan İqdıra gələn avtobusun toqquşması nəticəsində azı 28 nəfər yaralandığı və 8 nəfər öldüyü deyilir.
İqdır səhiyyə idarəsinin müdürü Alpaslan Erol BBC Azərbaycancaya bildirib ki, hadisə nəticəsində yaralananların azı 27 nəfəri, ölənlərin isə beşi Azərbaycan vətəndaşıdır.
Onlardan 26-si İqdır dövlət xəstəxanasında, 1-i isə Aralık dövlət xəstəxanasındadır, deyən cənab Erol onlardan ikisinin vəziyyətinin "ağır" olduğunu bildirib.
Hadisə yerindən videonu jurnalist Serdar Ünsal BBC Azərbaycancaya göndərib.