Türkiyədə unudulmuş gürcü krallığı

  • Katie Nadworny və Emma Harper
  • BBC Travel
Gürcü manastırı

Çoruh vadisində orta əsrlərdən qalma memarlıq möcüzəsi olan gürcü monastırları Türkiyə ilə Gürcüstan arasındakı anlaşılmazlıqlar ucbatından taleyin ümidinə buraxılmış bir vəziyyətdə belə əzəmətini qoruyub saxlayır.

Türkiyə-Gürcüstan sərhəddi yaxınlığındakı Kaçkar dağlarının ətəklərində, Çoruh vadisində gürcülərdən qalma möhtəşəm monastırlara rast gələ bilərsiniz.

Şəklin mənbəyi, Emma Harper

Şəklin alt yazısı,

Öşk monastırı

Orta əsrlər zamanı inşa edilən bu monastırlar Tao-Klarjeti knyazlığına aiddir.

Bu knyazlıq XII-XIII əsrlərdə Bagratunilər sülaləsinin hakimiyyəti altındakı Gürcüstan krallığı içində yer almışdı.

XIV əsrdə monqol hücumları nəticəsində krallıq parçalandı.

XVI əsrin ortalarından etibarən Tao-Klarjeti knyazlığı Osmanlı hakimiyyətinə keçdi.

Şəklin mənbəyi, Katie Nadworny

Erzurumdakı Öşk monastırı gürcü pravoslavının ən görkəmli nümunələrindən biridir.

963-73-cü illər arasında inşa edilən monastırın damı bu gün böyük qismi dağılmışdır.

Girişdəki yarı qabarıq şəklindəki bir qartal və qoyun ovlayan oxatan kimi relyeflər hələ də görünür.

Şəklin mənbəyi, Emma Harper

Şəklin alt yazısı,

İşxan monastırı

Lakin bir çox bəzəklər uzun illər ərzində oğurlanmışdır. Türkiyə ilə Gürcüstan arasındakı anlaşılmazlıqlar səbəbiylə burada bərpa işləri aparılmır.

Arpacık kəndi yaxınlığındakı İşhan kilsəsində isə təsadüf nəticəsində bərpa işləri aparılıb.

Şəklin mənbəyi, Emma Harper

Şəklin alt yazısı,

Dördkilsə

Yusufelidəki Dördkilsə isə böyük bir monastırın parçasıdır.

Öşk və İşhandakı günbəz yerinə burdakı dik dam otla bağlıdır.

Bagratuni rahiblərinin qurduğu bazilikanın (memarlıq planı) kəmər şəklindəki yüksək tavanlı orta həyəti keçmiş əzəmətini qoruyub saxlayır.

Şəklin mənbəyi, Katie Nadworny

Pravoslav xristian möminlərinin şəkilləri solmuş, divarlar qrafitti ilə örtülmüşdür. Kilsənin son zamanlarda axur olaraq istifadə edildiyi söylənilir.

Şəklin mənbəyi, Emma Harper

Hazırkı baxımsız vəziyyətinə baxmayaraq bu əsərlər orta əsrlərdəki ustalıq səviyyəsini gözlər onünə gətirir. Lakin qorunmalarına dair konkret bir planın olmaması memarlığın şah əsərlərinin gələcəyini naməlum edir.

Şəklin mənbəyi, Emma Harper

  • Bu məqaləni ingilis dilində BBC Travel oxuya bilərsiniz.
  • Dərgidəki digər məqalələri burda oxuya bilərsiniz.