Rusiyalı nənələr öz yollarını təmir edirlər

Rusiyalı babuşkaların güc və qətiyyətinə heç vaxt şübhə ilə yanaşmayın. Fotonun müəllifi ROSSIYA 24
Image caption Rusiyalı babuşkaların güc və qətiyyətinə heç vaxt şübhə ilə yanaşmayın

Bir qrup rusiyalı nənə yollarının yerli hakimiyyət orqanları tərəfindən təmir edilməsini gözləməkdən bezərək, lazımi avadanlıqları icarəyə götürub özləri etmək qərarına gəliblər, BBC Monitoring yazır.

Rossiya 24 xəbər kanalının yaydığı məlumatda rəsmilər Uraldakı Svedniy Bugaliş kəndinin çuxurlu yolunun "yaxşı vəziyyətdə olduğunu", qrupun bel və əl arabaları alaraq yerli hakimiyyəti utandırıcı bir vəziyyətə salmaq istədiyini söyləyib.

Uralın Ura.ru saytına əsasən, 90 yaşlı bir nənənin də daxil olduğu qrup 500 rubl (8,50 $, 6,50 AZN) qiymətə olan bir yük maşını çınqılı parçalayaraq, iki kişinin köməyi ilə işləməyə başlayıblar.

Məşhur rəqəmsal Komsomolskaya Pravda tərəfindən yayılan və işə başlamazdan əvvəl çəkilən şəkillərdə kənd yolları boyunca olan su yataqları göstərilərək, problemin böyüklüyünə diqqət çəkilib.

Müasir qəhrəmanlar

Yerli rəhbərlik keçən ay yoxlamadan sonra ərazidə artan yağışa baxmayaraq təmirə ehtiyac olmadığını söyləyib.

Bu ilk dəfə deyil ki kəndlilər ərazidəki yolları təmir edirlər.

Ura.ru saytının verdiyi məlumata görə, bu yayın əvvəllərində, iki gənc oxşar şəraitlərdə daş və soyuq asfaltdan istifadə edərək yollarını təmir ediblər.

Rusiyanın sosial mediasında isə məsələyə münasibətlər kəskindir. Belə ki, Rambler's Vkontakte saytında, "Bu hekayə çox russayağı və qorxuducudur. Bu yaşlı qadınlar müasir dövrümüzün qəhrəmanlarıdır" deyilir.

Twitter sosial şəbəkəsində isə onları "Uraldakı sərt babuşkalar" adlandırıblar.

Əksər ruslar ölkənin geniş mərkəzi bölgələrindən olan insanların başqa yerlərə nisbətən daha sərt və dözümlü olduğunu düşünürlər.