Aeroflot-un stüardessaları aviaşirkətdən təzminat udublar

Aeroflot stewardesses in Paris, 16 Jun 15 Fotonun müəllifi AFP
Image caption Aeroflot stüardessa vəzifələri üçün iş ərizəsində çəki, boy və geyim ölçüsü barədə məlumat tələb edir

Rusiyada bir məhkəmə Aerfolotun işçilərinə hansı ölçüdə forma geyinmələrinə göstəriş verməsinə icazəsi olmadığını qərar verib.

Məhkəmə, aviaşirkəti işçilərinin bədən ölçülərinə görə ayrıseçkil etməkdə təqsirləndirən iki stüardessa ilə razılaşıb. Stüardessalar bədən ölçülərinə görə daha az gəlirli aviaresylərə keçirildiklərini deyiblər.

Aeroflot stüardessalarına 48 ölçüdən (BK ölçüsü 16/ Avropa ölçüsü 42 / ABŞ ölçüsü 14) böyük uniforma geyinməməyi tapşırıb.

Lakin, məhkəmə, qərarında Aeroflotun siyasətini ayri-seçkilik olduğunu birbaşa deməyib.

Bunun əvəzin məhkəmə şikayətçilərə əmək haqqının itirilməsinə və əlavə əziyyətlərə görə kiçik miqdarda təzminat verib.

"Məntiqə qarşıdır"

Aeroflot deyib ki, onlar daxili qaydalarını dəyişmək barədə qərar verməkdən əvvəl məhkəmənin qərarını diqqətlə nəzərdən keçirəcək.

Şirkətin sözçüsü Rusiyanın Tass xəbər agentliyinə verdiyi məlumatda, məhkəmənin qərarında aviaşirkətin hərəkətlərində ayrı-seçkilik əlaməti aşkar edilmədiyinə görə məmnun olduğunu deyib.

Qismən zəfərindən sonra, şikayətçilərdən biri, İrina İyerusalimskaya, jurnalistlərə geyim ölçüsünün onun işindəki fəaliyyətinə heç bir təsiri olmadığını deyib.

"Mən əminəm ki, geyim ölçüləri peşəkar keyfiyyətlərə tətbiq edilə bilməz. Bu məntiqin əksinə gedir. Çünki, hər şeydən əvvəl, gördüyün işdə peşəkar olmalısan, görünüş isə, ikinci plandadır"-deyə o, əlavə edib.

İlkin məhkəmə işi zamanı, aviaşirkət ağır çəkili stüardessaların fövqaladə hallarda lazım olan cəld hərəkətləri yerinə yetirməyə nisbətən uyğun olmadıqlarını deyib.

Aeroflot həmçinin qeyd edib ki, şirkət, təyyarələrin daşıdığı əlavə hər kilo üçün əlavə yanacaq pulu ödəməli olur.

Aviaşirkətin stüardessalar üçün iş ərizəsində onlardan çəki, boy və geyim ölçüsü barədə məlumat tələb olunur.

Əlaqəli mövzular

Bu barədə daha geniş