Qısa ətək geyinmiş qızları pisləyən çeçen sosial şəbəkə qrupu bağlanıb

Грозный Fotonun müəllifi Getty Images

"Vkontakte" sosial şəbəkəsinin rəhbərliyi, "əxlaqsız" qızların fotoşəkilləri və ünvanlarını yayan "Karfaqen"adlı çeçen Vkontakte qrupunu bloklayıb.

Qrupun ünvanına, Rusiyanın media nəzarət qurumu Roskomnadzorun tələbi ilə əngəlləndiyi barəsində mesaj gəlib.

Şöbənin rəsmi nümayəndəsi Vadim Ampelonski "Medusa"-ya açıqlayıb ki, "Karfaqen", Baş Prokurorluğun qərarı ilə, cəmiyyətdə ekstremist materiallar yaydığına görə, qadağan edilmış resursların reyestrinə daxil edilib.

"Karfagen" qrupunun administratorları sosial şəbəkələrdə "əxlaqsız" adlandırdıqları, qısa ətəklərdə, hicabsız, çiyinləri, ayaqları açıq və s. geyimli çeçen qızların şəkillərini yayıb.

Qrupun rəhbərləri bu cür qızları "yenidən tərbiyə etməyə" çağırır və özlərini "Vainax xalqını təmizləmək üçün olan gənclik hərəkatı" adlandırırlar.

Onlar bu qızların şəkilləri ilə yanaşı, onların ünvanlarını və qohumlarının əlaqə nömrələrini sosial şəbəkələrdəki səhifələrində yayıblar.

"Karfagen" qrupunun üzvləri hərəkətlərini belə əsaslandırıblar ki, qızlar özləri şəkillərini sosial şəbəkələrdə paylaşıblar, bu o deməkdir ki, onlar ictimaiyyətin fikrini eşitmək istəyirlər.

Qrupun açıqlamasında bildirilir ki, qrupda yalnız kişilər şərh yaza bilər və qrupa "başqa millətlərdən daxil olanlar dərhal qadağan edilir".

"Karfaqen"-in planları

"Vkontakte" qrupu çeçen qızlarının şəkilləri yayır, ancaq fəallar deyir ki, gələcəkdə onlar qonşu respubliklar olan Dağıstan və İnquşetyadan olan qızlara da diqqət yetirəcəklər.

Qrupun administratorlarından birinin "Medusa"-ya verdiyi məlumata görə, sentyabr ayında "Karfaqen" fəalları Çeçenistanda reyd keçirmək niyyətində olub, lakin ekstremizmə qarşı mübarizə idarəsi əməkdaşlarının müdaxiləsindən sonra bu planları təxirə salınıb.

Fəallar həmçinin bildirib ki, əgər onlar "hansısa Vainax ailəsinin qızını tərbiyəsiz hərəkətinə görə, öldürdüyünü görsələr", "onları ayaqüstə alqışlayacaqlar".

Sentyabr ayında, 22 yaşlı Luiza Dudurkayeva, "Karfaqen" icmanın onun şəkillərini yaydıqdan sonra, Norveçdən qaçqınlıq statusu alaraq, Çeçenistanı tərk edib.

Norveçə gedərkən onu Minskdə saxlayıblar və atasına veriblər, o da qızını özü ilə Çeçenistana geri gətirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş