Yerevanın mərkəzində qətl törətməkdə şübhəlilər axtarılır

AK-47 avtomatı Fotonun müəllifi Newsarmenia.am
Image caption Hadisə cümə axşamı günü Ermənistan hökumət binası yaxınlığında baş vermişdi.

Ermənistan polisi cümə axşamı günü paytaxt Yerevanın mərkəzində odlu silahla bir nəfəri öldürüb, digərini yaralamaqda şübhəli bilinən 35 yaşlı Albert Blbulyan, 33 yaşlı Armen Karadavidov və 60 yaşlı Rafik Xaçatryan barəsində axtarış elan edilib.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, iki və ya daha çox şəxsin həyatına sui-qəsd, çoxlarının həyatı üçün təhlükəli tərzdə qətl törətmək, qeyri-qanuni silah və sursat alıb-satmaq, saxlamaq və daşımaq maddələri əsasında cinayət işi başlanılıb.

Cümə axşamı saat 13:30 radələrində Ermənistan hökumət binasının təxminən 300 metrliyində "Vernisaj" bazarı adlanan ərazidən keçən avtomaşından açılmış atəş nəticəsində 43 yaşlı Qaqik Mosinyan öldürülüb, 39 yaşlı Vahaqn Abqaryan yaralanıb xəstəxanaya aparılmışdı.

Həkimlər onun səhhətini ağır kimi qiymətləndirir.

Polis məlumatında deyilənə görə, hadisə yerində AK-47 avtomat və "Makarov" tapançası tapılıb.

Hücuma məruz qalanlar "təsadüfi adamlar" deyil

Ermənistan mətbuatında silahlı hücum nəticəsində yaralanan Vahaqn Abqaryan Ermənistanın Alaverdi şəhərində "cinayət aləmində avtoritet" kimi səciyyələndirilir; qətlə yetirilən Qaqik Mosinyan isə onun mühafizəçisi olub.

Abqayran əvvəllər də sui-qəsdə məruz qalıb.

İstintaq Komitəsinin məlumatına görə, 2015-ci ildə də Vahaqn Abqaryanın avtomobili atəşə tutulubmuş.

O zaman onun sükan arxasında olan dostu Eduard Poğosyan zərər çəkməsə də, 1 ildən sonra Alaverdi şəhərində öldürülmüşdü.

Həmin qətl hadisəsində şübhəli bilinən və axtarışa elan edilmiş Vardan Piruzyan bu günədək tapılmayıb, lakin onun doğma qardaşı Kamo Piruzyan bu ilin iyun ayında öldürülmüşdür.

Əlaqəli mövzular

Bu barədə daha geniş