Gürcüstan bələdiyyə və mer seçkilərinə hazırlaşır

Tbilisi Fotonun müəllifi VANO SHLAMOV/ Getty Images
Image caption Son seçkilərdə iqtidar "Gürcü Arzusu" partiyasının qələbəsinə baxmayaraq, müxalif partiyaların da tərəfdarları çoxdur

Gürcüstan seçki komissiyasının saytında yayımlanan məlumata görə, oktyabrın 21 ölkənin 5 şəhər və 59 rayonunda mer, eləcə də 64 bələdiyyə məclisinin üzvləri seçiləcək.

"Ölkə üzrə ən böyük mübarizə iki regionda - Tbilisi şəhərində və Marneuli bölgəsində olacaq" bunu BBC Azərbaycancaya Tbilisi Dövlət Universitetinin Beynəlxalq Əlaqələr fakultəsinin məzunu Kamran Mamedov deyib.

Tbilisi şəhərində mer olmaq üçün rəqabət əsas iki namizəd arasında gedəcək.

Seçkilərin keçiriləcəyi rayonlara etnik azərbaycanlıların çoxluq təşkil etdiyi ərazilər də daxildir.


Həmçinin oxuyun:


Hazırda iqtidarda olan "Gürcü Arzusu" partiyasının təmsilçisi, keçmiş Energetika naziri Kaxa Kaladze və heç bir partiya mənsubiyyəti olmayan Alexander Eliaşvilivlinin şansları böyükdür.

Politoloqun sözlərinə görə oxşar vəziyyət Marneulidə də hökm sürür.

"Bundan əvvəlki iki seçkidə yığdığı səslərlə böyük tərəfdar kütləsi toplamış Əhməd İmamquliyev və hakim "Gürcü Arzusu" partiyasının nümayəndəsi Temur Abazov arasında rəqabət gedəcək"- Kamran Mamedov deyib.

İqtidar partiyası "Gürcü Arzusu" seçki kampaniyasına etnik gürcü olan Amiran Giorgadze ilə başlasa da, daha sonra namizədini etnik azərbaycanlı olan Temur Abazovla əvəz edib.

O daha öncə Gürcüstanın Azərbaycandakı səfirliyində işləyib və rəqibi Əhməd İmamquliyev qədər Marneulidə tanınmır.

Tbilisidə yaşayan Temur Abazov iqtidarda olan "Gürcü Arzusu" partiyasının qurucusu, oliqarx Bidzina İvanişviliyə yaxınlığı ilə seçilir.

Azərbaycanlıların çoxluq təşkil etdiyi Marneuli bölgəsində "Gürcü Arzusu" partiyasının mer namizədi azərbaycanlı olsa da, bələdiyyə üzvlüyünə seçiləcək olan siyahıdakı namizədlərin ilk onluğunu etnik gürcülər təşkil edir.

Fotonun müəllifi Getty Images
Image caption Gürcüstanın Marneuli rayonunun əhalisinin əksəriyyəti azərbaycanlıdır

Oxşar əsasla hazırlanmış siyahı iqtidar partiyasının Bolinisi bölgəsindən də irəli sürülüb. Orada isə əsas rəqabət Mixeil Saakaşvilinin sədri olduğu "Vahid Milli Hərəkat" partiyasının nümayəndəsi Samirə İsmayılova və rəqibi iqtidar partiyasının nümayəndəsi Tamaz Jorjoliani arasında gedəcək.

Ötən seçkidə olduğu qədər reytinqi olmayan Samirə İsmayılovanın iqtidar namizədinə qalib gəlməsi mümkünsüz kimi görünür.

Azərbaycanlıların çoxluq təşkil etdiyi bölgələrdə siyasi partiyaların mübarizəsindən başqa maraq doğuran faktlardan biri də, seçki ətrafında baş verən insidentlərdir.

Cümə axşamı günü, oktyabrın 19-da gecə saat 23:00 rədələrində Qızılhacılı kəndində "Gürcü Arzusu" partiyasının qərargahı qarşısında silahlı hücum olub və 4 nəfər yaralanıb.

2016-cı ildə keçirilən Parlamentə seçkilərində isə, eyni ərazidə, Qızılhacılı kəndində seçki məntəqəsinə hücum baş verib.

Nəticədə xüsusi təyinatlı qüvvələr gecə saatlarında kəndə girərək əməliyyat keçirib.

Bu barədə daha geniş