Aİ Türkiyənin 5 milyard dollarlıq üzvlük yardımını kəsməyi düşünür

Avropa İttifaqı Türkiyədəki insan haqları pozuntusu hallarını getdikcə daha çox tənqid edir Fotonun müəllifi European Photopress Agency
Image caption Avropa İttifaqı Türkiyədəki insan haqları pozuntusu hallarını getdikcə daha çox tənqid edir

Almaniya kansleri Angela Merkel Brüsseldəki bu məsələni zirvə görüşünün gündəliyinə saldırdıqdan sonra, Avropa İttifaqı (Aİ) Türkiyəyə ödənilən yardım haqqını azaltmağı düşünür.

O, Türkiyədəki insan haqları pozuntusu hallarına qarşı Qərbin tənqidlərini əsas gətirib.

"Biz çox narahatıq," o, 2016-cı ildə prezident Recep Tayyip Erdoğana qarşı baş tutmayan çevriliş cəhdindən sonrakı həbslərə işarə edib.

Aİ üzvlüyünə namizəd Türkiyə, 2014-2020-ci illər arasında yardım kimi Aİ-dən 4 milyard dollar almalıdır.

Yardımın məqsədi məhkəmə də daxil olmaqla, Türkiyədə ictimai birliklərin Aİ standartlarına uyğun qurulmasıdır. Bu məbləğə eləcə də təhsil, təlim, infrastruktur və kənd təsərrüfatı üçün yardım daxildir.

Aİ-nin bu yardımının, onun Suriyadakı dəhşətli müharibə ucbatından Türkiyəyə pənah gətirən qaçqınlar üçün ödəyəcəyi 3 milyard avro ilə əlaqəsi yoxdur.

"Biz, boynumuza götürdüyümüz üç milyarddan başqa, gələn illər üçün də üç milyard ödəməyə söz vermişik. Sözümüzü tutmalıyıq."

Aİ Türkiyə ilə 2016-cı ildəki sazişi yerinə yetirməyi vacib hesab edir. Belə ki, Türkiyə, miqrant və qaçqınların Yunanıstan üzərindən Aİ-yə girməsinin qarşısını almaq öhdəliyi götürüb.

Türkiyə ilə Aİ üzvlüyü haqqında danışıqlar dondurulsa da, xanım Merkel danışıqların ümumiyyətlə ləğvi üçün güclü səy göstərib.


Avropa İttifaqı-Türkiyə danışıqlarının dayandırılması çağırışlarına kim, nə deyir?

Avropa Şurası Türkiyəyə "xəbərdarlıq edib"

Avropa Parlamenti Türkiyə-Aİ danışıqlarının dondurulmasını istəyir

Almaniya Türkiyəyə silah satışının böyük qismini dondurub


Avstriyadakı seçkilərin qalibi və çox güman ki, yeni kansleri olacaq mühafizəkar Sebastian Kurz da Türkiyənin namizədlik təklifini rədd etməyə çağıranların arasındadır.

"Biz Aİ Komissiyasından Türkiyəyə ayrılan üzvlük yardımı haqqında yenidən düşünməyi xahiş etdik," xanım Merkel cümə axşamı günü müxbirlərə bildirib.

Türkiyə ilə bağlı məsələləri həll etmək üçün Aİ bölmələri, qeyri-rəsmi sammit bəyanatı yayıb: "Avropa Şurası Türkiyə ilə münasibətlər üzrə müzakirə aparıb."

Ölkədə İnsan haqlarının pozulması ilə bağlı Berlinin ciddi tənqidlərinə görə Türkiyə, alman siyasətçilərə qarşı aylarca kəskin bəyanatlar yayıb.

Uğursuz çevriliş cəhdindən sonra, Türkiyədə həbs olunan minlərlə jurnalist, alim və vətəndaş cəmiyyəti fəalları arasında bir sıra Almaniya vətəndaşları da var.

Bu barədə daha geniş