Rusiyalı radio aparıcı boğazından bıçaqlanıb

Intruder arrested by police, 23 Oct 17

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Polis şübhəlini saxladığı an yerə qan səpələnib

Rusiyanın ən məhşur radio aparıcılarından biri Exo Moskvı radiosunun ofisinə zorla daxil olan bir kişi tərəfindən boğaz nahiyəsindən bıçaqlanıb.

Tatyana Felgengauer-in aldığı xəsarətin həyati təhlükə daşımadığı deyilir.

Hücumu törədən şəxs saxlanılıb. Onun motivi hələ ki, aydın deyil, lakin polis hadisənin şəxsi səbəblərlə baş verdiyini ehtimal edir.

Müstəqil radio stansiya olan Exo Moskvı, hökuməti tənqid edən mövqeləri tez-tez yayımlayır. O, "məlumatlı olan mənbələrə" istinadən hücum edənin İsrail vətəndaşı olduğunu deyir.

Məlumata görə, kişi otağa daxil olmazdan əvvəl təhlükəsizlik isçisinin üzünə qaz püskürüb.

Exo Moskvı hücum edənin adının "Boris Grits" olduğunu deyir.

Rusiya polisi onun xaricdən gəlmiş 48 yaşlı bir kişi olduğunu deyib.

Polis İnterfaks agentliyinə bildirib ki, "ilkin nəticələrə görə, onun motivi şəxsi" olub.

Bu yaxınlarda dövlət telekanalı Exo Moskvı-nı anti-Rusiya təbliğatı yaratmaq üçün Qərblə birgə işləməkdə təqsirləndirib, BBC-nin müxbiri Sarah Rainsford Moskvadan deyir.

Bu hadisədən bir ay əvvəl, başqa bir jurnalist, Yuliya Latınina, üzərinə nəcis atılması və maşınının yandırılmasından sonra ölkəni tərk edib.

Suspect - photo from Vitaly Ruvinsky, Ekho Moskvy website editor

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Şübhəlinin bu şəkli Exo Moskvı-nın internet səhifəsi redaktoru tərəfindən Facebook-da dərc olunub

Radionun işçiləri, hücum edənin Tatyana Felgengauer-i bıçaqladıqdan əvvəl heç bir şey qışqırmadığını deyiblər.

Xanım Felgengauer Exo Moskvı-da 10 ildən artıqdır ki, işləyir və redaktor müavini vəzifəsini tutur. O, hərbi ekspert, tanınmış jurnalist Pavel Felgengauger-in qızıdır.

Radio stansiyanın internet səhifəsinin redaktoru Vitali Ruvinski şübhəlinin şəklinin Facebook-da paylaşıb.

Yayımçının təhlükəsizlik işçilərindən biri hücum edən şəxsi saxlayarkən xəsarət alıb.

Tatyana Felgengauer in team photo

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Exo Moskvı aparıcılarının bu qrup şəklində Tatyana Felgengauer sağdadır

Ekho Moskvy entrance

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Exo Moskvı - sərbət mövqeyinə görə hörmət qazanmış bir radio stansiyasıdır

Rusiyalıların əksəriyyəti xəbərləri televiziyadan alırlar və əsas telekanalların əksəriyyəti ya dövlətə, ya da Kremlə yaxın olan şirkətlərə məxsusdur.