Avropa Şurası NK-si İlqar Məmmədov barədə Azərbaycana xəbərdarlıq edib

Ilqar Məmmədov Fotonun müəllifi Avropa Şurası
Image caption İlqar Məmmədov

Avropa Şurası Nazirlər Komitəsinin (NK) çərşənbə günü Strasburqda keçirilən iclasında Azərbaycanın siyasətçi İlqar Məmmədovu azad etməmək qərarına görə "görünməmiş hüquqi addım" niyyəti barədə xəbərdarlıq edilib və cavab üçün noyabrın 29-dək möhlət verilib.

İclasdan sonra NK-nin yaydığı bəyanatda qeyd edilir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 2014-cü ilin may ayında verdiyi hökmə əsasən, İlqar Məmmədovun həbsi Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) bir neçə maddəsinə ziddir.

Respublikaçı Alternativ (ReAl) hərəkatının sədri İlqar Məmmədov 2013-cü il İsmayıllı iğtişaşlarına görə saxlanılıb və 2014-cü ildə, o, 7 il azadlıqdan məhrum edilib.

Bəyanatda həmçinin bildirilir ki, AİHM-ın qərarına əsasən, onun həbsinin yeganə məqsədi höküməti tənqid etdiyinə görə onu susdurmaq və ya cəzalandırmaqdır.

"İndiyədək məhəmə (AİHM) yalnız beş hökmündə 18-ci maddənin pozulmasını qeyd edib və İlqar Məmmədov Azərbaycana qarşı işindən başqa digər misalların hamısında şikayətçilər azad edilib", NK deyib.

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin sədri Səməd Seyidov, bu ayın əvvəli Strasburqda BBC Azərbaycancaya deyib ki, İlqar Məmmədovun işinin AŞ tərəfindən təqibi Azərbaycana qarşı ayrıseçkilikdir.


Həmçinin oxuyun:


Bununla Nazirlər Komitəsi, tarixində ilk dəfə AİHM-na bir daha müraciət edərək, hökmün icra edilməməsinin daha bir konvensiya pozuntusu olub-olmamasına münasibət bildirməsini məhkəmədən xahiş etməyə hazır olduğunu bildirib.

Azərbaycana bu qərara münasibətinin bildirmək üçün noyabrın 29-dək möhlət verilib. Əgər bu müddətdə Azərbaycan İlqar Məmmədovu azad etməsə, NK-i cənab Məmmədovun işinin icra olunmamasına dair məhkəməyə müraciətini dekabrın 5-də müzakirə edəcək, bəyanatda deyilir.

Bundan əvvəl, Avropa Şurasının Baş katibi Thorbjorn Jagland-da İlqar Məmmədovun azad edilməsinə çağırış edib. Azərbaycan üzrə AŞ Parlament Assambleyasının (AŞPA) həmməruzəçisi Stefan Schennach-da bu tövsiyəni verib.

Oktyabrın əvvəlində AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş iki qətnamədə bir sıra tövsiyələr və insan hüquqları vəziyyətinin tənqidlərilə yanaşı İlqar Məmmədovun azad edilməsi də tövsiyə edilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş