1917-ci il Rusiya inqilabı dünya mətbuatında necə işıqlandırılıb?

Газета La Nacion - 16 марта 1917 год Fotonun müəllifi La Nacion

1917-ci ildə Rusiyada baş verən hadisələrə dünya qəzetləri fərqli şəkildə münasibət bildirirlər.

Bəziləri onu manşetdə əsas xəbər kimi, digərləri isə xarici xəbərlər bölməsində bir neçə paraqraflıq yazı kimi işıqlandırıblar.

Bəzi redaktorlar Fevral inqilabını Birinci dünya müharibəsi kontekstində qiymətləndirir, sonrakı hadisələr haqqında mülahizə yürüdürdülər.

Bir sıra nəşrlər çar II Nikolayın devrilməsini 1917-ci ilin ən mühüm hadisəsi sayıb... ta ki, həmin ilin payızında yaşanan hadisələrə qədər.


Britaniyanın The Sphere nəşri, martın 24-ü fevral hadisələrini tam dəqiqliklə təsvir edən məqalə ilə çıxış edir.

Qəzetin rəssamı Petroqradın detallı xəritəsinin rəsmini çəkir.

Petroqradın coğrafiyasının britaniyalı oxucular üçün maraqlı olduğunu təsəvvür etmək çətin olsa da, görünür ki, redaktorlar hekayəni mümkün qədər müfəssəl təsvir etmək istəyirdilər.

İnqilab haqqında daha iki məqalə dərc olunur: "Petroqradda dörd gün çəkən İnqilab"' və "Çar II Nikolayın hakimiyyətdən imtinası" (Martın 15-i Rusiya imperatoru tərəfindən imzalanan orijinal sənədin tərcüməsi).

Fotonun müəllifi Illustrated London News Ltd./BRITISH LIBRARY BOARD

The Sphere-nin Rusiya ilə bağlı növbəti yazısı apreldə və bir də iyulda çap olundu.

"Oxucularımıza Petroqraddakı hadisələr haqqında məlumat verdiyimiz son yazımızdan üç ay keçib," yazıda deyilirdi, "və o zamandan bəri bu qeyri-adi inqilabın bəzi elementləri bəlli olub".

Yazıda oxuculara cənab Stinton Jones-un müəllifi olduğu yeni kitabı almaq məsləhət görülürdü. O, fevral hadisələri zamanı biznes ortağı ilə birlikdə Petroqradda imiş və yaşananları "Rusiya inqilabda" adlı kitabında təsvir edib.

Nəşrə əsasən, cənab Jones-un əsərində britaniyalı oxucular agah olmadığı detallarla qarşılaşacaq. Məsələn, gözəl geyimli aristokratlar küçədə rahat gəzinir və onlara söz deyən yoxdu.

Ən çox əziyyət çəkənlər təqaüddə olan hərbçilər, qəzet yazıçıları olub.

Fotonun müəllifi Illustrated London News Ltd./BRITISH LIBRARY BOARD

Petroqraddakı xəbərlər martın 17-si Kolumbiyanın El Espectador qəzetində də yer alıb.

Ön səhifənin aşağı hissəsində çap olunmuş "Rusiyada inqilab" başlıqlı xəbər, yeddi qısa paraqrafdan ibarət olub.

"Rusiyada dəhşətli inqilab"ın baş verdiyini bildirən məqalə hakimiyyət üzvlərinin həbs olunduğunu xəbər verirdi.

Fotonun müəllifi El Espectador

1917-ci ilin 17 martında başqa bir Kolumbiya qəzeti olan El Tiempo inqilabı iki Rusiya arasındakı qarşıdurma kimi təsvir edib.

Yeni Rusiya "Duma, ordu və xalqdan" və digər Rusiya " bütün təbəqələrə mənsub zadəganlar və irticaçılardan" ibarətdir.

Fotonun müəllifi El Tiempo

Növbəti gün martın 18-i məhz El Tiempo, Petroqradda olan E. Semyonovun "Rusiya inqilabının sələfləri" adlı məqaləsini dərc edir.

Məqalədə qəzet, fevral hadisələrinə səbəb olan siyasi qüvvələrin nisbətini izah etməyə çalışırdı.

Fotonun müəllifi El Tiempo

Bu əsnada Meksika qəzeti El Democrata, ehtimalən şəkili olmadığına görə, rəssamlara Rusiya çarının rəsmini çəkdirib.

Martın 16-sı dərc olunan xəbərin başlığında yazılmışdı: "Ümumrusiya çarı hakimiyyətdən imtina edir, Duma İmperiyanın idarəsini ələ keçirir'.

Fotonun müəllifi El Democrata

Başqa bir Meksika nəşri El Nacional isə Rusiyadakı hadisələr haqqında tələsik mülahizə yürütməyib və Rusiya ilə bağlı bağlı məlumatı baş yerdə yalnız Martın 17-si çap edib.

Bundan əvvəl isə qəzet çar II Nikolayın hakimiyyətdən imtinası haqqında qısa bir yazı ilə kifayətlənib. "Təsdiqlənib: Çar II Nikolay taxt-tacdan imtina edib".

Fotonun müəllifi El Nacional

Belə görünür ki, digər Meksika qəzeti - El Pueblo öncədən bir qədər təhrif olunmuş məlumat alıb.

Nəşr "Rusiya çarı öz oğlunun lehinə hakimiyyətdən əl çəkir" adlı məqaləni imperator və onun oğlunun şəkillərilə müşayiət edir.

Məlumdur ki, çar şahzadə Alekseyin xeyrinə hakimiyyətdən imtina etmək istəsə də, bir neçə saat sonra fikrini dəyişib.

O, şahzadəni tək qoyub ölkədən gedə bilməyəcəyini deyərək qardaşı knyaz Mixaili növbəti "Ümumrusiya imperatoru" elan edir.

Fotonun müəllifi El Pueblo

Argentinanın La Razon qəzeti 17 mart buraxılışında bütün bir səhifəsini inqilaba həsr edir. Məqalədə, qəzetin təbirincə monarxiyanın dağılmasında rol oynayan şəxslərin fotoları da göstərilir.

Qəzet, "azadlığın patriarxı" kimi qələmə verdiyi alim, filosof və inqilabçı Pyotr Kropotkin haqqında məqalə də dərc edir.

Bu "qoca inqilabçı" azadlığı qiymətləndirməyi britaniyalılardan öyrənib, La Razon yazırdı.

Fotonun müəllifi La Razon

Martın 15-i The New York Times Rusiyadakı hadisələrin şişirdilmiş təsvirindən bəhs edib. Yazıda Stokholmdan gələn bir teleqrama istinad edilir.

Teleqramın müəllifi yenicə Petroqraddan qayıdan tanınmış isveçli mühəndis cənab Edstroem olub.

Cənab Edstroem bildirib ki, qatarlar normal işləyir, kütləvi etirazlar baş verməyib və polis və vətəndaşlar arasında heç bir qarşıdurma yaşanmayıb.

Fotonun müəllifi New York Times

The New York Times-ın növbəti buraxılışında yazılır ki, knyaz Mixail insanların dəstəyini hiss edərsə, taxta çıxa bilər.

Fotonun müəllifi NYT

Martın 17-si The New York Times-da belə başlıq gedir: "Rusiyada Romanov sülaləsinın dövrü bitdi", "Çar radınca hakimiyyətdən Mixail da imtina edib", 'Konstitusiya məclisi toplanacaq".

Fotonun müəllifi NYT

Birləşmiş Ştatların digər sahilində nəşr olunan The Los Angeles Times qəzeti martın 16-sı, çarın qardaşı knyaz Mixailin vəziyyəti ələ ala biləcəyinə inandığını yazırdı. Qəzet onu Rusiyanın aparıcı yeni fiquru adlandırırdı. Prezident Wilson, yazıda deyilirdi, "slavyan üsyanından" narahatdır.

Fotonun müəllifi LA Times

Avropada "The Scotsman" göstərib ki, insanların ümidlərinin əksinə, yeni Rusiya inqilabdan əvvəlki mürtəce Rusiyadan fərqli olaraq Almaniya üçün daha təhlükəli rəqibə çevriləcək.

Nəşrdə alman qəzetlərinə istinad olunur. Belə ki, onlar da eyni qorxulara əsaslanıb, vətəndaşlarına Rusiya ilə müharibənin daha ölümcül mərhələsinə girəcəyi xəbərdarlığını veriblər.

Almaniyanın Rheinisch-Vestfalische Zeitung qəzeti yazırdı ki, Rusiyada hakimiyyətin dəyişməsi iki ölkə arasındakı "yaraya bir az daha duz tökəcək".

Müncher Neueste Nachrichten, pasifist hislərin Rusiyanın inqilabi çevrəsində artdığını yazırdı. Amma əlavə edirdi, inqilab heç şübhəsiz Rusiya ordusunu müharibəni davam etdirməyə həvəsləndirəcək.

Sentyabrın 1-i Britaniya qəzeti The Graphic Rusiyadakı xüsusi müxbiri John Vladimirov tərəfindən çəkilən eskizləri dərc edir. Rəssam Petroqraddakı qarşıdurma atmosferini, ordudakı vəziyyəti və şəhərlərdən kənardakı əhvalı-ruhiyyəni təsvir etməyə çalışırdı.

Fotonun müəllifi Illustrated London News Ltd./BRITISH LIBRARY BOARD

Əlaqəli mövzular

Bu barədə daha geniş