Rusiya İnqilabı sizin həyatınıza necə təsir edib?

Fotonun müəllifi NATALIA KOLESNIKOVA/Getty Images

7 noyabr 1917-ci il... Çarlıq mütləqiyyətinin devrilib, Sovet İttifaqının yarandığı gün.

Dünyanın Qərb və Şərq bloku olaraq iki hissəyə bölünməsinə, on illər ərzində davam edən Soyuq Müharibəyə və Dəmir Pərdənin inşasına səbəb olan hadisələrin başlanğıc nöqtəsi sayılan Rusiya İnqilabının 100-cü ildönümündən bizi sayılı günlər ayırır.

BBC, bütün dünyaya təsir edən Rusiya İnqilabının 100-cü ildönümü üçün dünya boyunca oxucularına sual ünvanlayır:

"İnqilab sizin və ya ailənizin həyatını da dəyişdiribmi? Elə isə necə?"

Rusiya İnqilabı ilə bağlı bir hekayəniz varsa və bu hekayəni BBC Azərbaycanca vasitəsilə paylaşmaq istəyirsinizsə, bizimlə əlaqə qura bilərsiniz.

Bunun üçün sadəcə ailənizin o dövrə aid bir fotosu və həmin foto ilə bağlı olan hekayəni bizə göndərin.

Bizimlə əlaqə üçün e-mail ünvanı: azeri@bbc.co.uk

İstəsəniz Facebook hesabımız vasitəsilə də, şəxsi mesajla şəkil və hekayəni yollayaraq, Rusiya İnqilabının ildönümü ilə bağlı yayımlarımızın bir hissəsinə çevrilə bilərsiniz.

Göndərdiyiniz fotolar BBC və BBC ortaqlarına aid müxtəlif səhifələrdə nəşr edilə bilər, amma müəllif hüquqları sizə aid olacaq və bu layihədən başqa heç bir məqsədlə istifadə edilməyəcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş