Ukrayna: Putinə qarşı "sui-qəsd hazırlayan" şəxs yaralanıb, onun xanımı isə ölüb

Fotonun müəllifi AFP/Getty Images
Image caption Rusiyapərəst üsyançılara qarşı vuruşduğu üçün Amina Okuyeva Ukraynada qəhrəman statusuna sahib idi.

Rusiya prezidentinə sui-qəsd hazırlamaqda ittiham edilmiş çeçenistanlı şəxs Kiyev yaxınlığında pusquya düşdükdən sonra xəsarət alıb, onunla maşında olan xanımı həlak olub.

Cütlüyün maşını Hlevaxa kəndi yaxınlığında gülləbaran edilib.

Ayağından yaralanmış Adam Osmayev deyib ki, xanımı Amina Okueyva açılan atəşlə başından vurularaq ölüb.

Ukrayna rəsmiləri hadisə arxasında Rusiyanın əli olduğundan şübhə edirlər.

Rusiyapərəst üsyançılara qarşı vuruşduğu üçün Amina Okuyeva Ukraynada qəhrəman statusuna sahib idi.

Adam Osmayev və Amina Okueyva (arxiv) Fotonun müəllifi Reuters
Image caption Adam Osmayev və Amina Okuyeva (arxiv)
Maşın Fotonun müəllifi Reuters
Image caption Cütlüyün maşını Hlevaxa kəndi yaxınlığında gülləbaran edilib.

.

Əlaqəli mövzular

Bu barədə daha geniş