Türkiyədən Rusiyanın PYD dəvətinə reaksiya: "Qəbuledilməzdir"

İbrahim Kalın Fotonun müəllifi DHA
Image caption Türkiyə Prezident administrasiyasının sözçüsü İbrahim Kalın.

Qazaxıstan paytaxtı Astanada davam edən Suriya danışıqlarında Rusiyanın müzakirələrə Suriya Xalqları Konqresi partiyasının (PYD) nümayəndələrini dəvət etmək təşəbbüsünə Türkiyənin cavabı belə olub: "Qəbul edilməsi mümkünsüzdür".

Bu məsələyə dair Türkiyənin mövqeyini prezident administrasiyasının sözçüsü İbrahim Kalın Ankarada keçirilən mətbuat konfransında açıqlayıb.

"PYD və YPG (PYD-nin silahlı qanadı), PKK terror təşkilatının bir budağıdır", - İbrahim Kalın bildirib.

O bildirib ki, Türkiyənin bu cür təşəbbüsləri müsbət qarşılaması mümkün deyil.

Çərşənbə axşamı günü Reuters xəbər agentliyi PYD rəsmisi Badran Jia Kurd-dan qeyd olunan məsələ ilə bağlı sitat verib: "Mən bunun üzərində işləyirəm və bu günə qədər məsələyə müsbət münasibətim var".

Suriya ordusuna qarşı döyüşən və BMT-nin təklif etdiyi Cenevrə danışıqlarına qatılan Suriya Milli Koalisiyası, Rusiyanın Suriyada mübarizə aparan müxtəlif qrupların təmsilçiliyi ilə bir qurultay təşkil etmək təşəbbüsünü "BMT-ni kənarda qoymaq cəhdi" kimi qiymətləndirib.

Suriya Milli Koalisiyası bildirib ki, "Cenevrə prosesinin xaricində heç bir danışıqlara qatılmayacaq".

Bu barədə daha geniş