İranın Qərbi Azərbaycan vilayətindəki toqquşmalarda "8 sərhədçi həlak olub"

Əsgər Fotonun müəllifi Tasnim

İranın Qərbi Azərbaycan vilayətində silahlı qrupla qarşıdurmada 8 sərhədçi həlak olub, İranın dövlət mediası bildirir.

Cümə axşamı günü Türkiyə ilə həmsərhəd Çaldıran bölgəsində baş vermiş toqquşmanı şərh edən yerli qubernatorun müavini qarşı tərəfdən də itkilərin olduğunu deyib.

"Cümə günü Çaldıran sərhəd bölgəsində terrorçu qrup və İran sərhədçiləri ilə ağır döyüşlərdə ən azı 8 sərhədçi həlak olub", - Əlireza Radfar bildirib.

Daxil olan məlumatlarda silahlıların hansı qrupa mənsub olduğu dəqiqləşdirilmir.

Lakin keçmişdə Türkiyə və İraq sərhədinə yaxın bu ərazilərdə kürd silahlıları və islamçı ekstremistlərlə toqquşmalar qeydə alınıb.

İran təxminın bir ay əvvəl Qərbi Azərbaycan vilayətində hərbi təlimlər keçirib.

Dövlət televiziyasına əsasən təlimlərin məqsədi "qüvvə və təhlükəsizliyi nümayiş" etdirmək olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş