Dağlıq Qarabağdakı hərbi hissədə partlayış: ölən və xəsarət alanlar var

Artilleriya Fotonun müəllifi Reuters

Qarabağda yerləşən erməni hərbi hissələrindən birində tanka qarşı qumbara partlayışı nəticəsində 20 yaşlı hərbçi Hrant Manqasaryan həlak olub, - "Dağlıq Qarabağ Müdafiə Nazirliyi mətbuat xidməti"nə istinadən Ermənistan informasiya vasitələri xəbər verir.

Təmas xəttinin şimal-şərq istiqamətində baş verən insidentdə daha iki əsgər müxtəlif ağırlıqda qəlpə xəsarəti alıb.

Mətbuat hadisənin günorta çağlarında yer aldığını xəbər verir.

Partlayışla bağlı araşdırmanın aparıldığı bildirilir.

Bu barədə daha geniş