Moskvada saxlanılanların sayı 250 nəfəri keçib

задержание на Манежной Fotonun müəllifi Getty Images
Image caption Moskvada Manejnaya və Puşkinskaya meydanlarında vətəndaşlar saxlanılıb.

Moskvanın mərkəzində bazar günü ictimai asayişin pozulmasına görə 263 nəfər saxlanılıb, polis bildirib.

Noyabrın 5-də müxalifətçi Vyaçeslav Maltsevin "Artpodqotovka" (Artilleriya hazırlığı) hərəkatının etiraz aksiyası təyin olunmuşdu.

"Noyabrın 5-də ictimai asayişin pozulmasına görə Moskvanın mərkəzində 263 nəfər saxlanılıb", - İnterfax agentliyi Moskva polisinə istinadən bildirib.

"OVD-İnfo" internet portalının məlumatına görə isə Moskvada saxlanılanların sayı artıq 296 nəfərə çatıb, Rusiya üzrə isə 330 nəfər saxlanılıb.

TASS agentliyi adını çəkmədiyi mənbəyə istinadən saxlanılanların bəzilərindən özünümüdafiə vasitələrinin müsadirə olunduğunu bildirib.

"OVD-İnfo" portalı və Twitter istifadəçilərinin bildirdiyinə görə, saxlanılanlar arasında həddi-büluğa çatmayanlar da var.

"Otkrıtıya Rossiya" (Aşkar Rusiya) hüquq müdafiə layihəsi rəhbərinin müavini Polina Nemirovskayanın bildirdiyinə görə, tutulanların əsas hissəsi Moskvada Manejnaya və Puşkinskaya meydanlarında saxlanılıb.

"OVD-İnfo" Krasnodar, Krasnoyarsk, Perm və Rostov-na-Donu şəhərlərində də vətəndaşların polis tərəfindən saxlandığını bildirib.

Fotonun müəllifi AFP

Əlaqəli mövzular

Bu barədə daha geniş