Mixək bəzəkli Alma: Kürd mədəniyyətində eşqin və sülhün simvolu

Karanfilli elma Fotonun müəllifi HATİCE KAMER

Diyarbakırda həftə sonları şəhərin ən dolu məkanlarının içində birinci səhər yeməyi verən qəhvəxana və restoranlar gəlir. Bərpa edilən qədim Diyarbakır evləri isə ən çox baş çəkilən yerlər arasındadır.

Bu evlər bəzən mədəniyyət və sənət dərnəklərinin məkanı da olur. Həftə sonu Saraykapı Kahvaltı Evinə gedib səhər yeməyi etmək istəyənlər isə xoş bir sürpriz ilə qarşılaşıblar.

Məkanın gözəl bağçasından Diyarbakırın tanınmış qadın dengbejlerindən (kürd sözü olun ədəbiyyatda kəlam və rəvayət söyləylən sənətçilər) Gazinin söylədiyi kürdcə mahnılar yüksəlir, bağçadakı masaların üzərində qonaqları yemək əvəzinə almalar və mixəklər gözləyir.


Həmçinin oxuyun:


Image caption Seyvan Saeedian

Mixək dedikdə ağlınıza rəngarəng çiçəklər gəlməsin. Söhbət gözəl ətirli bir ədəva olan mixək ağacının toxumlarından gedir.

Almalar və mixəklər, dəmir-dümürdən hazırladığı qəribə heykəlləri ilə tanınan iranlı kürd sənətçi Seyvan Saeedian-ın bir layihəsi üçün istifadə olunur.

Layihənin adı Seva Mexekrej (Mixək Bəzəkli Alma).

Hədiyyə ediləcək ilk mixək almaları

Seyvan Saeedian gələn qonaqlara Mixək Bəzəkli Almanın kürd mədəniyyətində eşqin və sülhün simvolu olaraq qəbul edildiyini izah edir.

Əlindəki almaya arada boşluq qalmayacaq şəkildə qərənfil dənələrini tək-tək yapışdırır. Qonaqlar da onu izləyərək sevdiklərinə, dostlarına hədiyyə edəcəkləri ilk qərənfilli almaları düzəltməyə başlayırlar.

Sənətkar, mixək bəzəkli alma ənənəsinin qədimdə İranda kürdlərin yaşadığı Mukriyan və Erdelan ilə İraqda Süleymaniyyəyə yaxın Gəermiyan bölgəsinə geniş yayıldığını bildirir.

"Bilməmiş olmazsınız, qədimdə gənc qızlar sevgilərini qarşı tərəfə sözlə deməkdən çəkiniblər. Cəmiyyət içində sevgisini oğlana sözlə çatdıran qızlara yaxşı baxılmazdı," cənab Saeedian deyir.

"Buna görə də özlərini ifadə etmək üçün bir simvola ehtiyacları olub. Mixək bəzəkli alma da bu şəkildə yaranıb. İran Kürdüstanında cavan qızlar sevdikləri oğlana mixəklə bəzədikləri bir alma göndərərmişlər. Almanı alan oğlan beləcə özünə aşiq olan qızdan xəbər tutarmış."

Yəni, bir yerdə mixəkli alma varsa, orada bir aşiq olduğunu deyə bilərik.

Image caption Almaya qərənfil toxumu düzən diyarbakırlılar

Küskünlüyü bitirmək istəmənin də simvolu

Cənab Saeedian bununla birlikdə mixəklə bəzəkli almanın fərqli bir mənası daha olduğunu söyləyir.

"Fərz edək ki, iki dost ya da iki sevgili arasında umu-küsü olub. Peşman olan, barışmaq istədiyini göstərmək istəyən tərəf sevgilisinə və ya dostuna mixəklə bəzənmiş alma düzəldib göndərərmiş. Yəni, Mixək Bəzəkli Alma bir növ həm eşqin, həm də küskünlüyə son vermək istəmənin, barışığın simvoludur."

Gözəl ətrinə görə qadınların qədimdə sandiqlarında mixəkli alma saxladığını də əlavə edir.

Sənətkar bu adəti anasından öyrənib.

"Anamın 80 yaşı var. Mən bunu ondan, o isə öz anasından öyrənib. Uşaq vaxtı mixəkli alma simvolunun kəndlərdə geniş yayıldığını deyirdi. Ən az 150 il yaşı olan bir ənənə imiş. Mahnılarda və şeirlərdə də yer alan mədəni bir simvol olub.

"Məsələn belə bir deyim var: Birakam va nabe, sev be mexek nabe (Mixəksiz almadan hədiyyə olmaz). Amma zaman keçdikcə bu adət də unudulub."

Seyvan Saeedian kürd folklorunda mühüm bir yeri olan, lakin unudulan bu adəti canlandırmaq məqsədilə 14 fevralın Mixəkli Alma Sevgililər Günü olaraq qeyd edilməsi üçün 14 il əvvəl İraq Kürdüstan Regional Rəhbərliyi (İKRR) Mədəniyyət Nazirliyinə bir layihə təqdim edib.

Dövrün İKRR Mədəniyyət naziri Falekeddin Kakai layihəni dəsətkləyib. Layihə əvvəl bəzi əyalət və rayonlarda tətbiq olunub, daha sonra geniş yayılaraq mədəni və turistik bir motiv kimi istifadə olunmağa başlanıb.

Belə ki, Seva Mexekrei İKRR Mədəniyyət Nazirliyi tərəfindən ilk rəsmi kürd simvolu olaraq qəbul edilib istifadə olunur. Gələn qonaqlara verilən hədiyyələrin içində yer alır.

Təqribən bir saat çəkir

Sənətkar layihəni Türkiyədə ilk dəfə Diyarbakırda həyata keçirib və bu, böyük maraqla qarşılanıb. Axşama qədər davam edən bəzəməyə 300-dən çox adam qatılıb.

Bir almanı bəzəmək üçün təxminən bir saat vaxt ayırmaq lazımdır. Təbii ki, daha estetik görünüş vermək insanın öz yaradıcılığından asılıdır.

Bəzəmə işinə qatılanların çoxu mədəni bir motiv olaraq qərənfilli almanı və onun mənası haqqında ilk dəfə burada öyrəniblər.

Alma ilə mixəyin qoxusu birləşərək bəzəmə işini daha da maraqlı edir.

"Mənə çox gözəl bir şey öyrətdiniz. Hədiyyə üçün bu almalardan düzəldib doğmalarıma göndərəcəyəm," Diyarbakırda yaşayan Emel xanım Saeediana deyir.

Image caption Mixək Bəzəkli Alma

"Çox gözəl ətri var, stressə yaxşı təsir göstərir"

Başqa iştirakçı qoxuların rahatladıcı bir təsiri olduğunu söyləyir:

"Təxminən bir saatdır ki, bunu edirəm və həzz alıram. Çox gözəl ətri var və stressə də yaxşı təsir göstərir. Həm ucuz, həm qalıcı, həm də çox mənalı və gözəl bir hədiyyə alınır."

Müəllimə olduğunu deyən başqa bir iştirakçı isə mixəyin qədimdə gözəl ətir üçün qadınlar tərəfindən fərqli şəkillərdə istifadə edildiyini izah edir:

"Bir rəfiqəmin anası mixəkdən boyunbağılar düzəldərdi. Nənəm də sinəsinə reyhan və mixək qoyduqlarını deyərdi."

Cavanlar bəzədikləri almanı sevgililərinə verəcəklərinə söylədikləri halda, daha yaşlılar isə onu dostlarına, rəfiqələrinə verməyi düşündüklərini deyirlər.

Kürdlərin eşq və sülh simvolunu unudulmaqdan qurtaran Saeedianın əsl məqsədi bu layihəni beynəlxalq səviyyəyə qaldırmaqdır.

Bunun üçün müraciətlər edən sənətkar sponsor tapa bilsə, 14 fevral Sevgililər Günündə Türkiyədə fərqli şəhərlərdə mixək bəzəkli alma günləri təşkil etmək istəyir.

Bu barədə daha geniş