Axtarışda olan İD cihadçısı Gürcüstanda öldürülüb

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Tbilisi sakini: Atışma səsləri o qədər güclü idi ki, qorxmağa başladım

Gürcüstanın bildirdiyinə görə çeçen cihadçı Gürcüstan paytaxtı Tbilisidəki toqquşmalar nəticəsində öldürülüb. O, keçən il İstanbul aeroportundakı partlayışı təşkil etməkdə şübhəli bilinib.

Özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın üzvü olan Axmet Çatayev bir həftə bundan əvvəl Tbilisidə baş vermiş 20 saatlıq atışmalar zamanı öldürülmüş üç silahlıdan biridir.

Gürcüstanın dövlət təhülkəsizliyi orqanının bildirdiyinə görə, DNT sınaqlarından sonra məlum olub ki, Çatayev mühasirəyə alınmış mənzilində özünü partladıb.

İstanbul hücumunda 45 nəfər həlak olmuşdu.

Fotonun müəllifi AFP
Image caption Keçən həftə Gürcüstanın cüsusi təyinatlıları Tbilisidəki yaşayış binasında əməliyyat keçirib

Türkiyə rəsmiləri Çatayevin təşkilatçı olduğunu bildirirdilər. Aeroport bir neçə partlayışa məruz qalmışdı və hücum zamanı üç basqınçı da həlak olmuşdu. Türkiyə hücuma görə İD-ni təqsirləndirib.

Bu barədə daha geniş