Mixail Saakaşvili müddətsiz "aclıq aksiyasına başlayıb"

Mixail Saakaşviliyə Fotonun müəllifi Reuters
Image caption Mixail Saakaşvilinin həbsi barədə xəbər cümə günü yayılıb.

Ukrayna paytaxtı Kiyevdə həbs edilmiş Mixail Saakaşvili müddətsiz aclıq aksiyasına başlayıb, onun vəkili bildirir.

"Onun barəsində 60 gün müddətinə həbs qətimkan tədbiri seçilərsə o, aclığını davam etdirəcək", vəkil Ruslan Çernolutski deyib.

Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna hakimiyyətini korrupsiyada ittiham edərək əhalini etiraz aksiyalarına səsləyir.

Onun həbsi barədə xəbər cümə günü yayılıb.

DİN Saakaşvilinin saxlanılmasının "müqavimətsiz, güc tətbiq olunmadan" keçdiyini qeyd edir.

"Saxlanılmış şəxs müvəqqəti təcridxanaya yerləşdirilib. Ona dair istintaq hərəkətlərinin keçirilməsi və qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət gözlənilir", - Ukraynanın baş prokuroru Yuri Lutsenko Facebook vasitəsilə bildirib.

Qanuna görə qətimkan tədbiri barədə qərar üç gün ərzində qəbul olunmalıdır.

Bu barədə daha geniş