Putin Rusiya hərbçilərinin əksəriyyətinin Suriyadan çıxarılmasına əmr verib

Russian President Vladimir Putin delivers a speech at a ceremony to present state awards to Russian military personnel who fought in Syria at the Kremlin in Moscow, 17 March 17, 2016 Fotonun müəllifi Getty Images

Bazar ertəsi günü Suriyaya qəfil səfər edən Rusiya prezidenti Vladimir Putin, Rusiya hərbi qüvvələrinin Suriyadan qismən çıxarılmasına əmr verib.

Suriya prezidenti Bəşər əl-Əsəd cənab Putini Xmeymim hərbi hava bazasında qarşılayıb, İnterfaks xəbər agentliyi bildirib.

Cənab Putin 2016-cı ilin mart ayında Suriyada yerləşən Rusiya hərbçilərinin əksəriyyətini Rusiyaya qaytarmaq niyyətində olduğunu bəyan etmişdi.

Suriyaya bu gözlənilməz ziyarətindən sonra, Vladimir Putin Türkiyə və Misirə rəsmi səfərə yollanacaq.


Həmçinin oxuyun:


"Mən müdafiə nazirinə və baş qərargah rəisinə Rusiya hərbi qrupunun daimi bazalarına qaytarılmasına başlamağa əmr verirəm", RİA Novosti agentliyi Vladimir Putinə istinadən yazıb.

"Mən qərar vermişəm: Suriyada yerləşən Rusiya hərbçilərinin əksəriyyəti vətənə, Rusiyaya qayıdacaq", o əlavə edib.

Cənab Putin deyib ki, əgər "terrorçular bir daha başlarını qaldırsalar", Rusiya "onlara həyatlarında görmədikləri dərəcədə hava zərbələri endirəcək".

"Həm Suriyada, həm də Rusiyada terrora qarşı mübarizədəki itkilərimizi və qurbanlarımızı heç zaman unutmayacağıq", o deyib.

Bu barədə daha geniş