Erdoğan: "Dünya Qüdsü Fələstinin paytaxtı kimi tanımalıdır"

Turkish President Recep Tayyip Erdogan address the meeting of the Organisation for Islamic Cooperation in Istanbul on Wednesday Fotonun müəllifi TR
Image caption Recep Tayyip Erdogan ABŞ-ı terrorçuluğa himayədarlıqda ittiham edib

Türkiyə prezidenti müsəlman ölkələrinin liderlərini Qüdsü/Yerusəlimi "Fələstin dövlətinin işğal altında olan paytaxtı" kimi tanımağa səsləyib.

İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində çıxış edən Recep Tayyip Erdoğan deyib ki, Qüdsün tanınmasına dair ABŞ qərarının "heç bir hökmü ola bilməz".

Cənab Erdoğan İsraili "terrorçu dövlət" adlandırıb.

Fələstin liderinə əsasən ABŞ "özünü sülh prosesində rol oynamaq" hüququndan məhrum edib.

"Biz sülh prosesində ABŞ üçün heç bir rolu qəbul etməli deyilik. Onlar İsrail xeyrinə qərəzli olduğunu sübut etdilər", - Mahmud Abbas zirvə görüşünə müraciətində bildirib.

"Diplomatik çözüm"

İstanbuldakı zirvə görüşünü izləyən BBC müxbiri İƏT sammitinin sərt bəyanatlarla açıldığını xəbər verir.

Lakin bəzi üzvlərin başqaları ilə müqayisədə, daha çox Trump-ı dəstəkləməsi nəzərə alınsa, sammitin konkret nəyə qadir ola biləcəyi məsələsi ortaya çıxır, - Mark Lowen-in məlumatında qeyd olunur.

Müxbirin dediyinə görə, bəzi ölkələrin nazir səviyyəsində təmsil olunması sammitlə bağlı gözləntilərin aşağı olmasından xəbər verir.

Eynilə, müsəlman ölkələrində Qüdslə bağlı küçə etirazları da nisbətən məhdud olub.

Trump-ın bəyanatından sonra cənab Erdoğan İsraillə diplomatik əlaqələri kəsəcəyini desə də, öz nitqində bu məsələyə toxunmayıb.

Cənab Erdoğan müsəlman ölkələrini Trump-ın Qüds qərarına birgə reaksiya verməyə səsləyib.

"Mən beynəlxalq hüquq və ədalətə hörmət edən bütün ölkələri Qüdsü Fələstin dövlətinin paytaxtı tanımağa səsləyirəm".

"Dostları ilə vuruşanlar düşmənlərə qarşı vuruşmağı unudur", - Recep Tayyip Erdoğan deyib.

"Bizə diplomatik çözüm lazımdır. Biz gündən-günə İsrailin Fələstindən daha çox torpaq almasına son qoymalıyıq. Və İsrailin gündən-günə sərgilədiyi siyasət və mövqelərini qəbul etməməliyik".

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Dünya liderləri Qüdsün tanınmasına necə reaksiya veriblər?

Əlaqəli mövzular

Bu barədə daha geniş