İran: əxlaq polisi 230 nəfəri içki qonaqlığında iştiraka görə həbs edib

Iranian police dispose of confiscated alcohol (file image, 2009) Fotonun müəllifi Getty Images
Image caption İran polisi spirtli içkiləri müsadirə edir (arxiv)

İranın əxlaq polisi Tehranda qışdönümü günü şənliklərində iştirak edən 230 nəfəri həbs edib.

Yelda kimi tanınan ilin ən qısa günü İranda ənənəvi olaraq qeyd olunur.

Tehranın mənəvi-təhlükəsizlik qrupunun rəhbəri, polkovnik Zülfikar Barfar bildirib ki, şənliklərdə iştirak edənlər içib və rəqs ediblər.

İranda spirtli içki içmək 80 şallaq ilə cəzalandırıla bilər, hərçənd ki, son illərdə bu, tez-tez cərimə ilə əvəz olunur.

Farsca Ərşad adlandırılan əxlaq polisi, həmçinin qadınların İslami geyim formasına əməl etməsinə nəzarət edir.

Polis bildirib ki, 140 nəfər Lavasan ərazisində bağda, qalan 90 nəfər isə Fərmaniyədə həbs edilib.

Tədbirlərdə çıxış edən iki müğənni də həbs edilənlərin arasındadır, hadisə yerindən bəzi spirtli içki və narkotik maddələrin də götürüldüyü deyilir.

Polkovnik Barfar bildirib ki, qonaqlıq iştirakçıları öz fotolarını İnstagram-da da paylaşıblar.

Bu barədə daha geniş