Rusiya MSK-sı Navalnını gələn ilin prezident seçkisinə buraxmadı

Navalny Fotonun müəllifi AFP
Image caption MSK Navalny-ni prezident seçkisinə buraxmadı

Rusiya müxalifət lideri Alexei Navalny gələn ilki prezident seçkisindən kənarda qaldı. Buna Rusiya Mərkəzi Seçki Komissiyası qərar verib. MSK bunu Navalny-nin üzərindəki korrupsiya ittihamı ilə əsaslandırıb, bildirib ki, bu ittiham ağır cinayətlər kateqoriyasına aiddir və onun bu məhkumluğu üstündə qalır, ləğv edilməyib və ona xitam verilməyib.

Navalny isə məhkumluğunu siyasi fəaliyyəti ilə əsaslandırır.

O, hakimiyyəti tərəfdarlarının prezident seçkisini boykot edəcəyi ilə hədələyib. Navalny ölkə boyunca mitinqlər keçiriəcə biləcəklərini bəyan edib.

Alexei Navalny ilk dəfə 2013-cü ildə 500 min dollarlıq mənimsəmədə ittiham edilərək həbs olunmuşdu.

Rusiya prezidenti Vladimir Putin növbəti dəfə prezidentliyə öz namizədliyini irəli sürüb. Əgər o bu dəfə də seçkini qazansa, Rusya prezident kürsüsündə oturan ən çox prezident olan şəxs olacaq.

Fotonun müəllifi Reuters
Image caption Navalnının namizədliyini bazar günü keçirilmiş iclasda seçici təşəbbüs qrupunun 742 üzvü dəstəkləyib,

Alexei Navalny Moskvada bazar günü keçirilmiş iclasda seçicilərin təşəbbüs qrupu müxalifət lideri Aleksey Navalnının namizədliyinin prezidentliyə irəli sürülməsinə səs vermişdi

Korrupsiya ilə Mübarizə Fondunun təsisçisi olan Aleksey Navalnı 2018-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini özü irəli sürən fərd qismində iştirak edəcəyini bildirmişdi

Navalnının namizədliyini bazar günü keçirilmiş iclasda seçici təşəbbüs qrupunun 742 üzvü dəstəkləyib, məhz bu sayda seçici onun namizədliyinin irəli sürülməsinə dəstək verilən vərəqəyə imza atıb.

Bundan sonra həmin vərəqələrin Rusiya Mərkəzi Seçki Komissiyasına (MSK) ötürülməsi nəzrdə tutulur.

Bundan əvvəl MSK bildirmişdi ki, qanunvericiliyə uyğun olaraq, Navalnının məhkumluğu ona 2018-ci ilin prezident seçkilərində namizəd qismində iştirak etməyə imkan vermir.

Lakin Navalnın özü və onu dəstəkləyən təşəbbüsçü qrupun üzvləri bununla barışmaq niyyətində deyillər.

"Görək, məni necə seçkiyə buraxmayacaqlar! Biz tətilə başlayacağıq!" - Navalnı bazar günü Rusiya rəsmi dairələrinin ünvanına xəbərdarlıq etmişdi.

Əlaqəli mövzular

Bu barədə daha geniş