Moskva: avtobus yeraltı keçidə düşüb: 4 nəfər ölüb, azı 11 yaralı var

Фото с места событий Fotonun müəllifi Yuri Kibirov/Facebook

Moskvada "Slavyan bulvarı" metro stansiyası yaxınlığında bir avtobus yeraltı keçidə daxil olub. Rusiya mediası yazır ki, azı dörd nəfər ölüb, daha 11 nəfər xəsarət alıb. İki nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Fotonun müəllifi Instagram/Makargeneralov

Moskvanın avtomobil müfəttişliyi dörd nəfərin həlak olduğunu təsdiqləyib. İnterfaks, RİA Novosti və TASS agentlikləri anonim mənbələrə istinadən yazır ki, qurbanların sayı beşə qədər artıb.

Media bundan əvvəl bildirib ki, avtobus yolun hərəkət hissəsindən çıxaraq yeraltı keçidə düşüb və ilişib. Bu zaman o, bir neçə nəfəri vurub.

"Avtobus "Slavyan bulvarı" metro stansiyası qarşısındakı yeraltı keçidin pillələrinə düşdükdən sonra dörd nəfər həlak olub", müfəttişlik bildirib.

İnterfaksın müsahibi dəqiqləşdirib ki, bu marşrut avtobusu, Skolkova gedirmiş.

Əlaqəli mövzular

Bu barədə daha geniş