Trump İran barədə: "Dəyişiklik vaxtı çatıb"

İran Fotonun müəllifi EPA
Image caption Tehran Universitetinin tələbələri ilə polis arasında qarşıdurma yaranıb.

İranda etirazlar fonunda ABŞ prezidenti Donald Trump İranda dəyişiklik vaxtının çatdığını bəyan edib.

Öz Twitter səhifəsində Donald Trump yazıb ki, Obama administrasiyası ilə bağladığı "dəhşətli" sövdələşməyə baxmayaraq, İran bütün sahələrdə iflasa uğrayır.

"Qüdrətli İran xalqı uzun illərdir ki, repressiyalara məruz qalıb. Onlar yemək və azadlıq üçün acdır. İnsan haqları ilə yanaşı İranın sərvəti də talan edilir. DƏYİŞİKLİK VAXTI ÇATIB!" - Trump öz Twitter səhifəsində yazıb.

Fotonun müəllifi Twitter
Image caption "Qüdrətli İran xalqı uzun illərdir ki, repressiyalara məruz qalıb. Onlar yemək və azadlıq üçün acdır. İnsan haqları ilə yanaşı İranın sərvəti də talan edilir. DƏYİŞİKLİK VAXTI ÇATIB!"

Onun bu bəyanatına bəzi sosial media istifadəçiləri tənqidi şərhlər yazıb.

Belə ki, istifadəçilərdən biri Trump-a belə cavab verib: "İran xalqını qüdrətli sayırsansa, niyə onların ABŞ-a girişini qadağan etmisən".

İranda bazar günü keçirilmiş etirazlar zamanı azı 10 nəfər ölüb, dövlət televiziyası detallı məlumat vermədən bildirib.

"Ötən axşam baş vermiş hadisələr zamanı bir neçə şəhərdə, təəssüf ki, 10-a yaxın insan həyatını itirib", Reuters sitat gətirib.

BBC Monitorinq İran mediasına istinadən yazır ki, indiyədək təxminən 200-dək insan saxlanıb.

Tehran valisinin köməkçisi Əli Əşgar Naserbaxt bildirib ki, saxlanılanların azı 40 nəfəri etirazçıların liderləridir.

Bazar günü nümayişlərində polislərin etirazçı qruplara yüksək təzyiqli su ilə müdaxilə etdiyi deyilir.

Nümayişlər necə başlayıb?

Fotonun müəllifi Getty Images

Nümayişlər dekabrın 28-də ölkənin şimal-şərqində, Məşhəddə iqtisadi çətinliklərə və qiymətlərin bahalaşmasına qarşı etirazlardan başlayıb, lakin bir çox yerlərdə həmin çıxışlar siyasi rəng almağa başlayıb, etirazçılar siyasi şüarlar səsləndirib.

Şüarlar, o cümlədən, İranın ali rəhbəri ayətullah Əli Xameneyi, prezident Həsən Ruhani və İranın bölgədəki siyasətinə qarşı olub.

İki gün davam edən etirazlardan sonra hazırda, ölkədə Telegram və İnstagram sosial platformalarının fəaliyyəti "müvəqqəti" məhdudlaşdırılıb.

İranda müşahidə edilən son etirazlar 2009-cu ildən bəri ölkədə baş vermiş ən irimiqyaslı kütləvi etiraz nümayişidir.

Ruhani: Hökümət tənqid və etirazlara yer verməlidir

Fotonun müəllifi EPA

İran prezidenti Həsən Ruhani İranda hökumətin tənqid və etirazlara yer verməsinin lazım olduğunu deyib.

İran agentliklərinin bildirdiyinə görə, bazar günü axşamı hökumət toplantısında danışan Ruhani, "zorakılıq və ictimai yerlərə zərər vermək tənqid deyildir" deyib.

"Konstitusiyaya görə xalqın tənqid və etiraz etmək hüququ vardır. Hökumət hüquqi iradlara və etirazlara yer verməlidir. Amma tənqid və etirazların ölkənin və xalqın vəziyyətini yaxşılaşdırması üçün səy göstərməliyik.

Hökumət vandallık edən və ətraf mühitə zərər verən qruplara tolerantlıq göstərməyəcəkdir.

Bəzi problemlərimizi həll etmək vaxt alır və hökumət ilə xalq bu problemləri aşmaq üçün əl-ələ verməlidir".

Bu barədə daha geniş