İranda izdihamlı hökumətpərəst nümayişi keçirilib
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

İranda izdihamlı hökumətpərəst nümayişlər keçirilir

İranda etirazların ardınca hökumət tərəfdarlarının nümayişləri təşkil olunub. Dövlət televiziyası müxtəlif bölgələrdə keçirilən yürüşlərə on minlərlə adamın qatıldığını xəbər verir.

Gecə ərzində müxtəlif yerlərdə etiraz çıxışları davam edib. Onlar barədə sosial mediada xəbər verilir.

İran hökuməti mitinqlərin təşkilində xarici qüvvələri ittiham edir.

Ötən cümə axşamı günü şərqdəki Məşhəd şəhərində başlayan etiraz mitinqləri ölkə boyu yayılıb.

Bu, 2009-cü il mübahisəli prezident seçkilərindən sonra İranda baş verən ən irimiqyaslı etiraz çıxışlarıdır.