Erdoğan: ABŞ ilə aramızdakı beynəlxalq qanunun aliliyi itir

Cumhurbaşkanı Recep Tayyip Erdoğan Fotonun müəllifi AFP

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Fransaya səfərindən əvvəl İstanbul Atatürk Hava limanında verdiyi açıqlamada ABŞ-da keçmiş Halkbank meneceri Mehmet Hakan Atillanın məhkəməsindən şikayətlənərək, ABŞ-la Türkiyə arasında ikitərəfli hüquqi razılaşmaların "etibarlılığını" itirdiyini deyib.

Prezident bu sərt çıxışını Mehmet Hakan Atillanın çərşənbə günü ABŞ-da məhkəmə tərəfindən İrana beynəlxalq sanksiyalardan yayınmağa kömək etdiyini vurğulayan hökmün oxunmasından sonra verib.



"Amerika bu anda çox ciddi sədlər arasında bir prosesi davam etdirir. Sadəcə hüquqda deyil, iqtisadiyyat sahəsində də maneələr var" deyən Erdoğan məhkəmənin Halkbankla əlaqəsi olmadığını iddia edib.

Cənab Erdoğan, məhkəmə prosesindən şikayətlənərək bildirib ki, "Amerikanın ədalət anlayışı budursa, o zaman dünya yandı. Amerika ədalət anlayışını nəzərdən keçirməlidir".

Türkiyəli ruhani Fethullah Gülenin Türkiyəyə ekstradisiya müraciətinə ABŞ-dan cavab gəlmədiyini xatırladan Erdoğan deyib: "ABŞ ilə aramızdakı beynəlxalq qanunun aliliyi itir".

Güleni Türkiyədə 2016-cı il çevriliş cəhdində təqsirləndirən Erdoğan hesab edir ki, buna baxmayaraq, Fethullah Gülen ABŞ-da ona "verilən 400 hektarlıq bir ərazidə paşa kimi" yaşayır.

Bu barədə daha geniş