Kimdir? Nədir? - İran

İmperiya dövründən indiyədək İranın tarixində ən mühüm hadisələrin xronologiyası.

E.ə. 550-330 - Əhəmənilər sülaləsi ilk Fars imperiyasını idarə edib. Ən güclü dövrü I Daranın hakimiyyəti illərinə təsadüf edib və sərhədlər Egey dənizi və Liviyadan Hind vadisinə qədər uzanıb.

Fotonun müəllifi Getty Images
Image caption Qədim Persepolis şəhəri ilk Fars imperiyasının mədəni zənginliyinin nümunəsidir

492-479 - Farsların Yunanıstanı işğal cəhdi uğursuzluqla nəticələnib.

330 - Makedoniyalı Böyük İsgəndər Fars imperiyasını zəbt edir və 323-cü ildə Babildə ölümünə qədər azömürlü imperiyanın əsasını qoyub.

312-140 - Ərazinin böyük hissəsi Böyük İsgəndərin generallarından biri Atropat tərəfindən əsası qoyulan imperiya tərəfindən idarə olunub.

E.ə.140-224 - Artıq Arşakilər sülaləsi tərəfindən idarə olunan Parfiya imperiyasının tərkibində.

E.ə. 224-651 - Sasanilər sülaləsi Fars İmperiyasını idarə edib. Əsas din Zərdüştilik olub.

İslamın yayılması

636 - Ərəb işğalı Sasanilər sülaləsinin sonunu gətirib və İranda İslam yayılmağa başlayıb.

9-cu əsr - Müasir Fars dili (və ya farsi) yaranmağa başlayıb. Yazılı şəkli ərəb xətti əsasında formalaşıb.

9-13-cü əsrlər - İslam Xilafəti süquta uğrayaq bir sıra İran və türk sülalələri ilə əvəzlənib: Səlcuq türkləri və Xarəzm imperiyası kimi.

Fotonun müəllifi Getty Images
Image caption İsfahan şəhərinin məhşur Allahverdi Xan körpüsünün tikintisi Şah Abbasın dövründə, 1602-ci ildə tamamlanıb

1220 - Çingiz xanın rəhbərliyi ilə monqollar İranı ələ keçiriblər və ərazi Çingizin nəvəsi Hülakünün rəhbərliyi altında Elxanilər dövlətinin bir hissəsinə çevrilib.

15-ci əsr - İran, Türk, Monqol sülalələri və şərqi İranda Teymurləng imperiyası torpaqlar uğrunda mübarizə aparıb.

1501 - Döyüşçü qəbilələri olan şiə qızılbaşlarının dəstəyilə I Şah İsmayıl, İslam Səfəvilər sülaləsinin ilk hökmdarına çevrilib. Şiəlik dövlət dini elan olunub.

1571-1629 - Səfəvilər imperiyasının çiçəklənən dövrü I Şah Abbasın hakimiyyəti illərinə təsadüf edib. O orduda islahatlar aparıb, qızılbaşları uzaqlaşdırıb və qərbi Avropa ilə ilk diplomatik əlaqələr qurub.

1639 - Qəsri-Şirin müqaviləsi nəticəsində Osmanlı imperiyası ilə davam edən 150 illik müharibəyə son qoyulub.

1736 - Nadir Şah sonuncu Səfəvi hökmdarını devirib və ömrü qısa olan Əfşarlar sülaləsinin əsasını qoyub.

1751 - Zəndlər sülaləsindən Kərim Xan qısa müddətlik belə olsa, sabitlik yarada bilib.

1794 - Məhəmməd Şah Qacar sonuncu Zənd padşahını öldürüb və Qacarlar sülaləsinin əsasını qoyub. Beləliklə, yarım əsrlik qeyri-sabitlikdən sonra, İranda stabillik bərqərar olub.

1828 - İran ikinci Rus-İran müharibəsindən sonra Qafqazın idarəsini Rusiyaya verib.

Fotonun müəllifi Hulton Archive
Image caption ABŞ-ın yaxın müttəfiqi olan Məhəmməd Rza Pəhləvi şah olduğu dövrdə İranı müasirləşdirmə layihələrini həyata keçirməyə səy göstərdi

1890 - "Tütün Üsyanları": Nasir-əl-Din Şah genişmiqyaslı etirazlardan sonra, Britaniya ilə ticarət əlaqələrini dayandırmalı olub.

1907 - Hökmdarların mütləq hakimiyyətlərini məhdudlaşdıran konstitusiyanın təqdimi.

1914-1918 - İran I Dünya Müharibəsində neytrallığını elan etsə də, ərazisində ağır döyüşlər baş verib.

1921 fevral - Hərbi komandir Rza Xan hakimiyyəti ələ keçirib.

1923 - Rza Xan baş nazir olub.

1925 dekabr - Parlament Əhməd Şah Qacarı devirərək Rza Xanı hökmdar seçib.

1926 aprel - Rza Xan, Rza Şah Pəhləvi kimi taca sahib olub. Şahın böyük oğlu Məhəmməd Rza vəliəhd şahzadə elan edilib.

Şahlığın bərpası

1935 - Əvvəllər Persiya kimi bilinən ölkə, ilk rəsmi adı kimi İran adı altında elan olunub.

Fotonun müəllifi Getty Images
Image caption 1979-cu ildə İran İslam İnqilabı ilə İran İslam Respublikası təsis olundu

1941 - II Dünya Müharibəsində İran Anqlo-Rusiya işğalına məruz qalıb və Şah, oğlu Məhəmməd Rza Pəhləvinin xeyrinə hakimiyyətdən əl çəkib.

1950 - Əli Razmara baş nazir seçilib və doqquz ay keçmədən sui-qəsd nəticəsində öldürülüb. Onu milliyyətçi Məhəmməd Müsəddiq əvəzləyib.

1951 aprel - Parlament, Britaniyanın idarə etdiyi Anqlo-İran Neft Şirkətinin dominant olduğu neft sənayesini milliləşdirmək üçün səs verir. Nəticədə Britaniya embarqo və blokada tətbiq edir və iqtisadiyyata böyük zərbə dəyir. Şah ilə Müsəddiq arasında baş verən hakimiyyət uğrunda mübarizə nəticəsində Şah 1953-cü ilin avqustunda ölkədən qaçır.

1953 August - Musəddiq, Britaniya və Amerika kəşfiyyat xidmətlərinin müdafiə etdiyi çevriliş cəhdi nəticəsində devrilir. General Fəzlulla Zahidi baş nazir elan olunur və Şah geri qayıdır.

Müasirləşmək uğrunda kampaniya

1963 yanvar - Şah ölkənin müasirləşdirilməsi və qərbləşdirilməsi uğrunda kampaniyaya başlayır. O, torpaq və sosial və iqtisadi islahatlar proqramı "Ağ İnqilab"ı səfərbər edir. 1960-cı illərin sonlarında Şah gizli polisdən (SAVAK) daha çox asılı olmağa başlayır.

1978 sentyabr - Şahın dindən uzaqlaşması və avtoritar idarəsi üsyanlar və genişmiqyaslı etiraz nümayişlərinə səbəb olur. Komendant saatı elan olunur.

Fotonun müəllifi Hulton Archive
Image caption Ayətullah Xomeyni 1979-1989-cu illərdə İrana rəhbərlik edir

Şah sürgün olunur, Xomeyni qayıdır

1979 yanvar - Siyasi vəziyyət qarışdıqca Şah və ailəsi sürgünə məcbur qalır.

1979 1 fevral - İslamçı fundamentalist Ayətulla Ruhulla Xomeyni İraq və Fransada 14 illik sürgün həyatından sonra, rejimə müxalif qismində geri qayıdır.

1979 1 aprel - Referendumdan sonra, İran İslam Respublikası elan olunur.

1979 4 noyabr - İslam hərbçiləri Tehrandakı ABŞ səfirliyində 52 amerikalını əsir götürürlər. Onlar, ABŞ-da müalicə alan Şahın İranda məhkəmə qarşısına çıxarılması üçün ekstradisiyasını tələb edirdilər.

1980 yanvar - Əbulhəsən Bani-Sədr İslam Respublikasının ilk prezidenti seçilir. Onun hökuməti böyük milliləşmə proqramı üzrə işlərə başlayır.

1980 iyul- Sürgündə olan Şah, Misirdə xərçəng xəstəliyindən ölür.

İran-İraq müharibəsi

1980 22 sentyabr - Səkkiz il davam edən İran-İraq müharibəsi başlayır.

1981 yanvar - 444 gün əsirlikdən sonra amerikalı əsrlər azad edilirlər.

1981 iyun - Prezident Əbülhəsən Banisədr Fransaya qaçdıqdan sonra, vəzifəsindən azad edilir.

1985 - ABŞ və Sovet İttifaqı silah təchizatını dayandırdıqdan sonra, ABŞ, Livandakı əsirlərin azadlığı müqabilində gizli silah anlaşması təklif edir və bu sonralar İran-Kontras qalmaqalı kimi bilinir.

1988 iyul - İran Hava Yolları Təyyarəsi səhvən BMT Vincennes tərəfindən vurulur və nəticədə təyyarə heyəti və 290 sərnişin həlak olur.

Atəşkəs

1988 iyul - İran, BMT himayəsi altında Cenevrədə aparılan danışıqlar nəticəsində atəşkəs razılığına gəlir.

1989 fevral - Ayətullah Xomeyni britaniyalı yazıçı Salman Rüşdinin ölüm fətvasını verir. Buna səbəb yazıçının "Şeytanın Ayələri" əsəridir.

1989 3 iyun - Ayətullah Xomeyni ölür. İyunun 4-ü prezident Xameneyi yeni ali lider elan olunur.

1989 avqust - Əli Əkbər Haşimi-Rəfsəncani yeni prezident kimi and içir.

1989 noyabr - ABŞ 567 milyon dollar dəyərində dondurulmuş İran aktivlərini dövriyyəyə buraxır.

Şiddətli zəlzələ

1990 iyun - İranda baş verən şiddətli zəlzələdə 40 000 nəfər ölür.

1990 - İran İraqın Küveyti işğalına münasibətdə neytral qalır.

1990 sentyabr - İran və İraq diplomatik əlaqələrini bərpa edirlər.

ABŞ sanksiyalar tətbiq edir

1995 - ABŞ İrana "terrorizmi" dəstəkləməsi, nüvə silahı əldə etməsi və Yaxın Şərqdəki proseslərə qərəzli münasibəti iddiaları əsasında neft və ticarət sanksiyaları tətbiq edir. İran iddiaları rədd edir.

1997 may - Məhəmməd Xatəmi prezident seçkilərində 70 faiz səs toplayaraq qələbə qazanır. O, səsvermədə mühafizəkar hakim elitanı geridə qoymuşdu.

1998 sentyabr - Taliban Məzari-Şərif yaxınlığında səkkiz iranlı diplomat və bir jurnalistin ölümü ilə nəticələnən hücumu boynuna aldıqdan sonra, İran Əfqanıstan sərhədinə minlərlə döyüşçülər göndərir.

Tələbə etirazları

1999 iyul - Tehran Universitetinin demokratiya tərəfdarı tələbələri "Salam" adlı islahatçı qəzetin bağlanmasından sonra, etirazlara başlayırlar. Təhlükəsizlik qüvvələri ilə baş verən toqquşmalar 6 gün davam edir və mindən çox tələbə həbs olunur.

2000 fevral - Məclis seçkiləri. İlk dəfə olaraq parlamentin idarəsi mühafizəkarlardan liberallar və Xatəmi tərəfdarlarına keçir.

2000 aprel - Yeni mətbuat qanunu əsasında məhkəmə 16 islahatçı qəzetin nəşrini qadağan edir.

2000 may - Altıncı parlamentin inauqurasiyası.

Xatəminin ikinci prezidentlik müddəti

2001 iyun - Prezident Xatəmi yenidən prezident seçilir.

2002 yanvar - ABŞ prezidenti George Bush İraq, İran və Şimali Koreyanı "şeytanın oxları" adlandırır və həmin ölkələrdə uzun mənzilli raketlərin hazırlandığı xəbərdarlığını verir. Onun nitqi İranda həm mühafizəkarlar, həm də islahatçılar tərəfindən hiddətlə qarşılanır.

2002 sentyabr - ABŞ-ın ciddi etirazlarına baxmayaraq, rusiyalı mühəndislər Buşehr şəhərində İranın ilk nüvə reaktorunun inşasına başlayırlar.

2003 iyun - Tehranda dini hakimiyyətə qarşı minlərlə tələb etirazlar keçirir.

2003 sentyabr - BMT nüvə gözətçisi IAEA, atom silahları proqramını yürütməməsi ilə bağlı bir neçə həftə vaxt verir.

2003 oktyabr - Hüquqşünas, insan haqları kampaniyaçısı, İranın 1975-ci ilk qadın hakimi olan və 1979-cu ildə istefaya məcbur qalan Şirin Ebadi, İranın ilk Nobel Sülh Mükafatı qalibi olur.

2003 noyabr - İran, uran zənginləşdirmə proqramını dayandırdığını bəyan edir və BMT-nin daha əsaslı yoxlamlarına icazə verdiyini bildirir. IAEA silah proqramı ilə bağlı heç bir dəlilə rast gəlmədiyini elan edir.

2003 dekabr - İranın cənub-şərqində baş verən zəlzələ nəticəsində 40 000 insan həyatını itirir. Bəm şəhəri yerlə-yeksan olur.

Mühafizəkar canlanma

2004 fevral - Mühafizəkarlar parlament seçkilərində yenidən üstünlüyü ələ keçirirlər. Minlərlə islahatçı namizəd seçkilərdən əvvəl Qəyyumlar Şurası tərəfindən diskvalifikasiya olunur.

Nüvə gərginliyi

2005 avqust-sentyabr - Tehran, İsfahanda yerləşən zavodunda uran emalını bərpa etdiyini deyir və iddia edir ki, proqram yalnız sülh məqsədi daşıyır. IAEA İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsini Pozduğunu aşkarlayır.

2004 iyun - İran, IAEA tərəfindən nüvə fəaliyyəti ilə bağlı əməkdaşlığa tam əməl etməməkdə ittiham olunur.

2004 noyabr -Tehranın ultra-mühafizəkar meri Mahmud Əhmədinejad, prezident seçkilərində dindarları və keçmiş islahatçı prezidenti Əkbər Haşimi Rəfsəncanini məğlub edərək qələbə qazanır.

2005 iyun - Tehranın ultra-mühafizəkar meri Mahmud Əhmədinejad, prezident seçkilərində dindarları və keçmiş islahatçı prezident Əkbər Haşimi Rəfsəncanini məğlub edərək qələbə qazanır.

2006 yanvar - İran, Natanz nüvə tədqiqatı təsisatındakı IAEA möhürünü sındırır.

Cənub şəhəri Əhvaza edilən bombalı hücumda səkkiz nəfər ölür və 40-dan çox insan yaralanır.

2006 fevral - IAEA, İranın nüvə fəaliyyəti ilə bağlı BMT Təhlükəsizlik Şurasına məruzə vermək üçün səsvermə keçirir. İran Natanzda uran zənginləşdirməsi fəaliyyətini davam etdirir.

2006 aprel - İran bildirir ki, Natanz təsisatında uran zənginləşdirilməsinə nail olub.

2006 31 avqust - BMT Təhlükəsizlik Şurasının İrana nüvə yanacağı ilə bağlı təqdim etdiyi vaxt tamamlanır. IAEA Tehranın proqramı dayandırmadığını deyir.

Holokostun təkzibi

2006 dekabr - İran, Holokost üzrə mübahisəli konfransa ev sahibliyi edir. Nümayəndələr arasında yəhudi soyqırımını rədd edənlər də olur.

BMT Təhlükəsizlik Şurası İranın həssas nüvə materialları və texnologiya ticarəti üzrə sanksiyaların lehinə səs verir. İran qərarı qınayır və uran zənginləşdirməsi işini daha da sürətnləndirmək haqqında vəd verir.

2007 fevral - IAEA deyir ki, İran uran zənginləşdirməsini dayandırması tələbinə əməl etmədiyinə görə Tehrana qarşı yeni sanksiyalar irəli sürülə bilər.

2007 mart - İranla İraqı ayıran su yolu Şətt-ül-Ərəbdə gözətçilik edən 15 britaniyalı dənizçi və donanmaçının İran tərəfindən nəzarət altına alınmasından sonra Britaniya ilə diplomatik gərginlik yaşanır.

2007 aprel - Prezident Əhmədinejad deyir ki, İran sənaye miqyaslı nüvə yanacağı istehsal edə bilər.

IAEA, İranın öz yeraltı uran zənginləşdirmə zavodunda nüvə yanacağı hazırlamağa başladığını bildirir. Eyni zamanda deyilir ki, İran 1300-dən çox sentrifuqa maşınını işə salıb.

2007 may - İran istədiyi təqdirdə üç və səkkiz il arasında nüvə silahı yarada bilər, IAEA deyir.

2007 iyun - Mümkün BMT sanksiyalarından çəkinən hakimiyyət yanacaq paylanmasını tətbiq edir və bununla da etirazlar baş qaldırır.

2007 iyul - İran yalnız benzinlə işləyən avtomobillərin istehsalını dayandırmağı planlaşdırır və əvəzində həm də qazla işləyən iki yanacaqlı maşınlara keçmək istəyir.

İran IAEA ilə danışıqlardan sonra müfəttişlərin Arak nüvə zavoduna baş çəkməsinə razılıq verir.

Yeni sanksiyalar

2007 oktyabr - BMT, İrana qarşı yeni sanksiyaların tətbiqi barədə məlumat yayır və bu, 30 il əvvəl tətbiq olunan ilk sanksiyalardan bəri ən çətini olur.

2007 dekabr - ABŞ kəşfiyyatı İran tərəfindən nüvə hədəsi alınması ilə bağlı yeni məruzə təqdim edir.

2008 fevral - İran yeni inşa edilmiş kosmik mərkəzin açılışını qeyd etmək münasibətilə tədqiqat raketi buraxır.

2008 mart - Prezident Əhmədinejad İraqa gözlənilməz rəsmi səfər edir və xarici orduları çıxmağa səsləyir. O eləcə də, ölkəsinin İraqda yenidənqurma işlərinə kömək istəyini bildirir və bir neçə kooperativ müqavilələr imzalayır.

Mühafizəkarlar parlament seçkilərində yerlərin üçdə ikisini tuturlar. Mühafizəkarlara, prezident Əhmədinejad-ın tərəfdarları ilə yanaşı, onun qərəzli xarici siyasətini bəyənməyən praqmatik mühafizəkarlar daxildir.

BMT Təhlükəsizlik Şurası Tehran üzərində iqtisadi və ticarət sanksiyalarını gücləndirir.

2008 may - IAEA bildirir ki, İran hələ də öz nüvə proqramı haqqında məlumatları gizlədir.

İranın yeni parlamenti keçmiş nüvə vasitəçisi Əli Ləricani-ni spiker seçir.

Yeni təkliflər

2008 iyun - Aİ-in xarici siyasət üzrə rəhbəri Javier Solana ticarət faydaları təklifini irəli sürür və Tehranın ona baxacağını, lakin uran zənginləşdiriməsini dayandırmaq ilə bağlı tələb olarsa, rədd edəcəyini bildirir.

2008 iyul - İran Şahab-3 raketinin yeni versiyasını sınaqdan keçirir. Rəsmilər bu uzunmənzilli raketin İsraildəki hədəfə qədər çatdığını bildirirlər.

2008 avqust - Avropalı rəsmilərin nüvə fəaliyyətilə bağlı təqdim etdiyi təkliflərin qeyri-rəsmi müddəti keçir və cavabsız qalır.

İran kosmosa peyk apara biləcək raketin sınağının müvəffəqiyyətlə keçdiyini bildirir.

2008 sentyabr - BMT Təhlükəsizlik Şurası İranın uran zənginləşdirməsi fəaliyyətini dayandırmaq üçün yeni qətnamə qəbul edir, amma yeni sanksiyalar tərtib etmir. Rusiya növbəti sanksiyaları dəstəkləməyəcəyini bildirir.

ABŞ ilə münasibətlər

2008 noyabr - Parlament daxili işlər naziri Əli Kordan-ın vəzifədən azad etmək haqqında qərar verir. Belə ki, o, Oxford Universiteti diplomunun saxta olduğunu etiraf edir. Bu hərəkət, prezident Əhmədinejad üçün növbəti il prezident seçkilərində bir zərbə olur.

Gözlənilməz halda prezident Əhmədinejad ABŞ-ın yeni seçilmiş prezidenti Barack Obama-nı təbrik edir. Cənab Obama, nüvə proqramı üzrə İran ilə şərtsiz dialoqa açıq olduğunu bildirir.

2008 dekabr - Polis Nobel Sülh Mükafatçısı qalibi Şirin Ebadi-nin rəhbərlik etdiyi insan haqları ofisində reyd aparır və onu bağlayır. Rəsmilər, mərkəzin qeyri-qanuni siyasi təşkilat rolunu oynadığını deyirlər.

2009 fevral - İranda İslam İnqilabının 30-cu ildönümündə çıxış edən prezident Mahmud Əhmədinejad bildirir ki, "qarşılıqlı hörmət" təmin olunduğu təqdirdə ABŞ-la danışıqlara hazırdır.

2009 mart - Ali lider Əli Xamaneyi anti-İsrail mitinqində söyləyir ki, ABŞ prezidenti Barack Obama Yaxın Şərqdə prezident Bush-un getdiyi "yanlış yolda" yeriyir.

2009 aprel - İran məhkəməsi iranlı-amerikalı jurnalist Roxana Saberi-in ABŞ-a casusluq ittihamının doğru olduğu qərarına gəlir və ona səkkiz ilk həbs cəzası verilir.

2009 may - İran, ABŞ dövlət departamentinin onun haqqında dünyanın "terrorizmin ən aktiv sponsoru" məruzəsini rədd edir.

Həbsdə olan iranlı-amerikalı jurnalist Roxana Saberi azad edilir və ABŞ-a qayıdır.

Seçki etirazları

2009 iyun - Mahmud Əhmədinejad-ın 12 iyun prezident seçkilərində qalib gəldiyi elan olunur. Rəqib namizədlər nəticənin yanlış olduğunu bildirirlər. Onların tərəfdarları küçələrə axışır və etirazlar dalğasında azı 30 nəfər həyatını itirir və 1000-dən çox adam həbs olunur.

İran rəsmləri etirazlarda xarici təsirlərin olduğunu bəyan edirlər.

2009 iyul - Prezident Əhmədinejad ən böyük vitse-prezident İsfəndiyar Rahim Maşaiyini Ali Lider Ayətullah Əli Xameneyinin basqısı altında vəzifəsindən kənarlaşdırır.

2009 avqust - Prezident Mahmud Əhmədinejad ikinci dəfə and içir və 1979-cu ildə İslam Respublikası qurulduqdan sonra ilk dəfə qadınların da daxil olduğu kabineti təqdim edir.

Bir qrup müxalifətçi etirazların təşkilində xarici qüvvələrlə əlaqə ittihamı ilə məhkəməyə çıxarılır.

Ali Lider Ayətullah Əli Xameneyi deyir ki, müxalifət liderlərinin seçkilərdən sonrakı etirazlarda xarici qüvvələrin agentləri kimi çıxış etməsi ilə bağlı dəlillər mövcuddur.

Raket sınaqları

2009 sentyabr - İran, Qum şəhəri yaxınlığında uran zənginləşdirilməsi zavodunun inşasını təsdiq edir, amma xoşməramlı məqsədi iddialarının üzərində dayanır.

Ölkənin orta və uzaq mənzilli raketlərinin sınaq atışları, Körfəzdəki İsrail və ABŞ bazalarını potensial hədəfə çevirir.

2009 oktyabr - BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya İrana xaricdə uran zənginləşdirilməsi üçün təklif irəli sürür.

2009 noyabr - İran beynəlxalq təklifi rədd edir. BMT nüvə gözətçisi IAEA, İranın gizli şəkildə ikinci uran zənginləşdirilməsi ərazisinə malik olması barədə qətnamə qəbul edir.

İran bu hərəkəti "siyasi" addım kimi qəbul edir və daha 10 uran zənginləşdirilməsi təsisi açacağını bildirir.

2009 dekabr - Nüfuzlu dissident dini rəhbər Böyük Ayətullah Hüseyn Əli Müntəzirinin ölümü müxalifət dəstəkçiləri və təhlükəsizlik qüvvələri arasında toqquşmalara səbəb olur. Prezident seçkilərindən sonra baş tutan ən qəddar toqquşmalarda səkkiz nəfər ölür.

2010 yanvar - İran, 2009-cu ilin iyununda baş tutan prezident seçkilərindən sonra yaşanan etirazlar əsnasında həbs etdiyi iki nəfəri edam edir. Dekabrda Aşura Günü zamanı baş verən və səkkiz nəfərin ölümü ilə nəticələnən müxalifət etirazında həbs olunan 16 nəfər də məhkəməyə çıxarılır.

İranın fizika üzrə professoru Məsud Əli-Məhəmmədi Tehranda baş verən bombalı hücumda həyatını itirir. Heç bir qrup məsuliyyəti öz üzərinə götürmür. Hökumət onun ölümündə ABŞ və İsraili ittiham edir. İran müxalifəti isə cənab Məhəmmədinin ötən ilki seçkidə onların bir namizədini dəstəklədiyini deyir.

2010 fevral - İran, Qərblə razılaşması əsasında zənginləşdirilmiş uranı, növbəti mərhələlərdən keçməsi üçün xaricə göndərməyə hazır olduğunu deyir. ABŞ Tehranı sözləri ilə hərəkətlərini uzlaşdırmağa səsləyir.

Müxalifət lideri Mir-Hüseyn Musəvi deyir ki, müxalifət hakimiyyət ilə dinc mübarizəsini davam etdirəcək.

2010 may - İran, Türkiyə və Braziliyanın vasitəçiliyi ilə baş tutan danışıqlarda uranın zənginləşdirilməsi üçün xaricə göndərilməsinə razılaşır. Qərb dövlətləri bununla İranın uran zənginləşdirməsini dayanmayacağını deyərək məsələyə skeptik münasibət göstərirlər.

Sanksiyalar artır

2010 iyun - BMT Təhlükəsizlik Şurası, İranın nüvə proqramına qarşı sanksiyaların dördüncü dövrəsini işə salır. Buraya daha kəskin iqtisadi qadağalar və artırılmış silah embarqosu da daxil edilir.

2010 iyul - Zinaya görə daşlanaraq öldürülən qadın beynəlxalq səs-küyə səbəb olur.

Pakistanla sərhəd şəhər Zahidanda şiə məscidində baş verən partlayışda 27 nəfər ölür.

2010 avqust - Mühəndislər Buşehr nüvə zavodunu yanacaqla təmin etməyə başlayırlar. Tehran bunu nüvə enerjisi istehsalında mühüm addım kimi təsvir edir.

2010 sentyabr - Buşehr nüvə zavdonundakı işçilərin kompüterlərində sənaye sistemlərinə təsir edən Stuxnet kompüter virusu akşarlanır.

İran-İraq sərhədində iki dostu ilə dağa dırmanan Amerika vətəndaşı Sarah Shourd bir illik həbsdən sonra azad edilir. Onların hər üçü casusluq iddialarını rədd edirlər.

ABŞ insan haqlarının pozulması üzrə səkkiz İran rəsmisinə qarşı görünməmiş sanksiyalar tətbiq edir.

2010 oktyabr - Britaniya səfirliyinin 2009-cu ildə həbs olunan keçmiş işçisi müddətini başa vuraraq sərbəst buraxılır.

2010 dekabr - İranın nüvə proqramı üzrə İran və dünyanın mühüm gücləri arasında Cenevrədə baş tutan danışıqların növbəti mərhələsi yanvar ayında İstanbula qərarlaşdırılır.

Prezident Əhmədinejad Xarici İşlər naziri Mənüçehr Mottaki-ni vəzifəsindən azad edir. O, naziri İran liderliyində əsas müxalifi kimi qiymətləndirir.

2011 yanvar - Nüvə proqramı rəhbəri Əli Əkbər Salehi deyir ki, artıq İran nüvə reaktorlarını hazırlamaq üçün lazım olan yanacaq piltələri və ötürücülərə malikdir.

2011 fevral - Yaxın Şərq və Şimali Afrikadakı etirazlar dalğasında ölkədə ilk genişmiqyaslı mitinqlər baş tutur.

İran Süveyş kanalı vasitəsilə İslam İnqilabından sonra ilk dəfə olaraq iki döyüş gəmisi göndərir. İsrail bunu provokasiya addımı kimi qiymətləndirir.

Lider çatışmazlığı

2011 aprel - Ali lider Ayətullah Xameneyi ilə prezident Əhmədinejad arasında Kəşfiyyat naziri Heydər Muslehinin istefası üstündə görülməmiş söz-söhbət düşür.

2011 may - İranın Atom Enerjisi Təşkilatı, Buşehr nüvə zavodunun işləkliyinin aşağı tempdə getdiyini bildirir.

2011 avqust - 2009-cu ildə İran-İraq sərhədində həbs olunan iki ABŞ vətəndaşı casusluqda günahkar bilinərək 8 il həbs cəzasına məhkum edilirlər.

2011 sentyabr - İran, Buşehr nüvə elektrik stansiyasının milli şəbəkəyə qoşulduğunu elan edir.

2011 oktyabr - ABŞ, Vaşinqtonda qətlə yetirilən Səudiyyə səfirinin ölümündə İranı ittiham edir. Tehran, ABŞ təbliğatının bir hissəsi ikimi iddiaları rədd edir.

2011 noyabr - BMT nüvə gözətçisi IAEA-nın təqdim etdiyi məruzədə İranın apardığı tədqiqatın yalnız nüvə bombası üçün istifadə oluna biləcəyi göstərilir. İran məlumatları siyasi əsaslı hesab edir.

2011 noyabr/dekabr - London iqtisadi sanksiyalar tətbiq etdikdən sonra, etirazçılar Tehrandakı Britaniya səfirliyinə hücum edirlər. Britaniya diplomatik işçilərini oradan çıxarır və bütün İranlı diplomatları uzaqlaşdırır, amma əlaqələr kəskinləşmir.

2012 yanvar - ABŞ İran mərkəzi bankına sanksiyalar tətbiq edir. İran, Hörmüz boğazı vasitəsilə neft daşınmasının qarşısını alacağı ilə onları hədələyir.

İran, yeraltı Fordo zavodunda uran zənginləşdirilməsinə başlayır. ABŞ bunu nüvə münaqişəsinin "daha da dərinləşməsi" kimi izah edir. Avropa İttifaqı İranın nüvə proqramına görə neftə embarqo qoyur.

2012 fevral - Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) müfəttişlərinə Tehranın cənubundakı Pərçin ərazisinə daxil olmağa icazə verilmədikdən sonra onlar İranı tərk edirlər.

2012 mart-may- Ali Lider Ayətullah Xameneyinin tərəfdarları, islahatçı qrupların boykot etdiyi parlament səsvermələrində prezident Mahmud Əhmədinejad tərəfdarlarını məğlub edirlər.

2012 may - BMT nüvə müfəttişləri İranın Fordo nüvə təsisində uranın 27 faiz zənginləşdirildiyini müəyyənləşdirirlər. Bu, İranın nüvə proqramı üzrə Bağdadda baş tutan İran və dünya ölkələri arasındakı danışıqlardan bir gün sonra baş verir.

2012 iyun - ABŞ, İran nefti idxalını dayandırmaq müqabilində Hindistan, Cənubi Koreya, Malayziya, Cənubi Afrika, Şri Lanka, Tayvan və Türkiyə kimi yeddi əsas müştərisi üzərindən iqtisadi sanksiyaları qaldırır.

Aİ İran neftini boykot edir

2012 iyul - Avropa İttifaqının İran nefti ixracı ilə bağlı boykotu qüvvəyə minir.

2012 sentyabr - Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) rüblük hesabatında, İranın Fordo nüvə təsisində istehsal gücünü iki dəfə artırdığını deyilir.

Kanada İranın nüvə proqramına görə ölkə ilə diplomatik əlaqələrini kəsir və Suriyada Əssəd hökumətinin tərəfini tutur.

2012 oktyabr - İran riallı ABŞ dollarına münasibətdə kəskin şəkildə aşağı düşür. Beynəlxalq sanksiyalar ucbatından rial, 2011-ci ildən bəri dəyərini 80% itirir. Beynəlxalq Bank binası qarşısında polis 100 valyuta tacirinə hücum edir.

Aİ ölkələri nüvə proqramına görə İrana qarşı banklar, ticarət və mühüm qaz idxalında əlavə sanksiyalar tətbiq edir.

2012 noyabr - Sızan IAEA hesabatında İranın Fordo yeraltı uran zənginləşdirilməsi təsisatının ikiqat hasilat vermək qabilliyi göstərilir.

2013 yanvar - İran IAEA-ya Natanz zavodunda daha təkmil uran zənginləşdirmə sentrifuqaları yerləşdirəcəyini deyir. Bu isə uranı daha sürətlə ayırmağa kömək edəcək.

İran, BBC və Amerikanın Səsinə qarşı tədbirləri çərçivəsində farsdilli media təşkilatları ilə işbirliyi qurmaqda ittiham etdiyi 11 jurnalisti həbs edir.

2013 aprel - İran iki uran yatağında əməliyyatlara başladığını və nüvə materialı istehsal etməyə qadir uran filizi emalı zavodunun inşasına start verildiyini deyir.

Ruhani prezident seçilir

2013 iyun - İslahatçı Həsən Ruhani səslərin 50%-dən artığını toplayaraq prezident seçkilərində qələbə qazanır.

2013 sentyabr - Prezident Ruhani ABŞ televiziya kanalı NBC-ə deyir ki, İran heç vaxt nüvə silahları hazırlamayacaq və BMT Baş Məclisində nüvə məsələsi üzrə çıxışında "vaxt və nəticələrə yönəldilmiş" danışıqlar təklifini təkrarlayır.

2013 noyabr - İran uran zənginləşdirilməsini 5%-ə qədər azaltmağı və təxminən 7 milyard dollarlıq sanksiya azaldılması müqabilində BMT müfəttişlərinin əraziyə girişini təmin etməyi öhdəliyinə götürür.

2014 yanvar - İran nüvə proqramı üzrə dünyanın ən güclü ölkələri ilə İran arasındakı Cenevrədə baş tutan sazişin tətbiqinə başlanır.

2014 aprel - Beynəlxalq Atom Enerjisi Agentliyi İranın yüksək-tərkibli uran ehtiyatının yarısını neytrallaşdırdığını sazişə uyğun olaraq bəyan edir.

ABŞ, İranın BMT-də səfirliyinə namizəd Həmid Əbutalebi-yə viza verməkdən imtina edir. Buna səbəb isə onun 1979-cu il ABŞ-ın Tehrandakı səfirliyində baş verən hadisələrdə iştirakı olur.

İraq böhranı

2014 iyun - Prezident Ruhani İranın sünni ekstremist qiyamçılarına qarşı mübarizədə İraqa kömək etməyə hazır olduğunu deyir.

Birləşmiş Krallıq Tehrandakı Britaniya səfirliyini yenidən açmağı planlaşdırır. 2011-ci ildə səfirliyə hücumlardan sonra İran ilə tam diplomatik münasibətlər dayandırılmışdı.

2014 iyul - İran və dünyanın altı ən güclü ölkəsi arasında Vyanada nüvə danışıqlarının altıncı və sonuncu mərhələsi başlanır.

2014 avqust - İran, Natanz uran zənginləşdirmə yatağında İsrailə məxsus dronu vurduğunu bildirir.

Parlament islahat tərəfdarı, Elm naziri Rza Fəraci-Dananı 2009-2010 seçki etirazlarında tələbə və müəllimləri "dəstəklədiyinə görə" vəzifəsindən kənarlaşdırır.

2014 noyabr - Rusiya İranda səkkiz nüvə reaktoru tikməyə razılıq verir.

İranın nüvə proqramı üzrə Vyana danışıqları 2013-cü ilin noyabrında Cenevrədəkı sazişin tamamlanması ilə bitir. Hər iki tərəf qalan məsələlərin həll olunacağına dair əminlik ifadə edir və danışıqların yeddi ay uzadılmasına razılaşır.

Nüvə sazişi

2015 iyul - İllərlə çəkən danışıqlardan sonra, dünyanın aparıcı gücləri İranla nüvə proqramı üzrə razılığa gələ bilirlər. Əvəzində beynəlxalq iqtisadi sanksiyalar aradan qaldırılır. Saziş, BMT nüvə müfəttişlərinə avtomatik olmasa da, geniş giriş haqqı verir.

2016yanvar- Səudiyyə Ərəbistanı aparıcı şiə vaiz Nimr əl-Nimri edam etdikdən sonra münasibətlər kəskinləşir. Kütlələr Səudiyyə səfirliyini yandırırlar.

BMT nüvə sazişinə əməl ilə bağlı razılığını bildirdikdən sonra İrana qarşı sanksiyalar qaldırılır. Prezident Ruhani, 16 ildən sonra Avropa ölkəsinə səfər edən ilk prezident olur.

2016 fevral - İslahatçılar parlament və Ali Liderin seçdiyi dini qurum olan Mütəxəssislər Məclisi seçkilərində yaxşı nəticə göstərirlər.

2016 dekabr - ABŞ Senatı İran Sanksiyaları Aktının on il müddətinə uzadılmasını təsdiq edir. Tehran ilə biznes aparan Amerika şirkətləri də cərimələnir.

2017 yanvar - İranın orta-mənzilli raket sınaqları həyata keçirdiyi deyilir. BMT Təhlükəsizlik Şurası nüvə daşıyıcılı raketlərin sınağını qadağan edən qətnamənin pozulması halının həqiqiliyini yoxlamaq üçün təhqiqat məsləhət bilir.

İran 37 il ərzində ilk dəfə yeni təyyarəsini qəbul edir.

2017 may - Həsən Ruhani prezident kimi seçkilərdə yenidən qalib gəlir.

2017 iyun - Parlament və Ayətullah Xomeyini məqbərəsinə hücumlarda bir neçə nəfər həyatını itirir. İslam Dövləti qruplaşması məsuliyyəti üzərinə götürür.

2017 dekabr-2018 yanvar - Bir neçə gün ərzində bəzi qəsəbə və şəhərlərdə etirazlar baş qaldırır.

Bu barədə daha geniş